219 nəfər mina qurbanı
13.05.2022 [10:15]
Üçtərəfli Bəyanat mina ölümlərini dayandırmadı
Günel
“Qarabağa qayıdışı ləngidən səbəb” kimi xarakterizə edilən minalar demək olar ki, hər gün can almağa davam edir. Xarici İşlər Nazirliyinin məlumatına görə, üçtərəfli Bəyanat imzalandıqdan bu günədək əksəriyyəti mülki şəxs olmaqla, 219 nəfər mina qurbanı olub. Bu ilin yalnız aprel ayında baş vermiş 9 hadisə nəticəsində 10 nəfər minalardan xəsarət alıb.
Təbii ki proseslərin əsas səbəbi Ermənistanın guya mina xəritəsi adı ilə Azərbaycana qeyri-dəqiq, natamam xəritələri təqdim etməsidir. Hətta müxtəlif beynəlxalq səviyyəli görüşlərin də bu prosesə təsiri olmayıb. Çətin də olsa, Azərbaycan bu gün işğaldan azad olunmuş ərazilərdə minalardantəmizləmə işini sürətlə davam etdirir. ANAMA-nın həftəlik məlumatına əsasən, işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı 218 mina və partlamamış hərbi sursat aşkarlanıb. Tərtər, Ağdam, Füzuli, Şuşa, Xocavənd, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 97, tank əleyhinə 35 mina və 86 partlamamış hərbi sursat zərərsizləşdirilib.
İlk günlərdən müxtəlif ölkələr, habelə ABŞ və Fransa Azərbaycana dəstək üçün müxtəlif təkliflər səsləndiriblər. Qardaş Türkiyənin bu sahədə ölkəmizə yardımına gəlincə, burada da ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” müdrik kəlamının əsl həqiqəti ifadə etməsini görürük. Mina və partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə Türkiyənin hərbi istehkamçılarının ilk qrupu Azərbaycana 2020-ci il noyabrın 30-da, yəni müharibə başa çatdıqdan 20 gün sonra göndərilib. Qrup Azərbaycan Ordusuna işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində kömək göstərməyə başlayıb.
Qardaş Türkiyə Azərbaycana ötən ilin fevralında 20, may ayında isə əlavə 5 ədəd “MEMMAT” (Mexaniki Mina Təmizləmə Təchizatı) mina təmizləyən maşın göndərib. Bu texnikanın üstünlüyü ondan ibarətdir ki, 500 metr məsafədən idarə olunur və artıq onun işlədiyi əraziyə insanın girməsinə ehtiyac qalmır. Partlayış da baş verərsə, insan faktoru kənarda qalmış olur. Bunlardan əlavə, Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan Fövqəladə Hallar Nazirliyinə 10 xüsusi təlim keçmiş minaaxtaran it hədiyyə edib.
Təbii ki, minalardantəmizləmə prosesinin əsas hissəsi Azərbaycanın öz hesabına gerçəkləşir. Prezident İlham Əliyev hər dəfə bu məsələyə toxunarkən bildirir ki, azad edilmiş torpaqlarda minatəmizləmə işləri bizim üçün birinci dərəcəli vəzifədir. Bunun nəticəsidir ki, Azərbaycanın minatəmizləmə prosesindəki dinamikliyi beynəlxalq təşkilatlar, nəhəng dövlətlər tərəfindən alqışlanır.
Mina probleminin qlobal müstəvidə müzakirəsi, o cümlədən Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin kütləvi minalanması probleminin beynəlxalq miqyasda tanıdılması məqsədilə ölkəmizdə baş tutan beynəlxalq konfrans bu uğurun bir nümunəsidir. 37 ölkədən nümayəndələrin qatıldığı konfransda iştirakçılar bu sahədə mövcud olan çağırış və imkanların birgə müzakirəsini həyata keçiriblər.
Konfransda iştirakçıların fikirlərindən məlum olub ki, bütün səviyyələrdə tərəfdaşlıqlar qurulmadan humanitar minatəmizləmə fəaliyyətinin dayanıqlılığını təmin etmək mümkün deyil. Bu baxımdan, Azərbaycanda da humanitar minatəmizləmə proqramları üçün zamanında və davamlı maliyyələşməni təmin etmək üçün dayanıqlı dəstək və maliyyə mexanizmləri yaradılmalı olduğu vurğulanıb.
Qeyd edək ki, humanitar minatəmizləmə fəaliyyəti dayanıqlı inkişaf baxımından olduqca vacibdir. Həyatların xilas edilməsi, xəsarətlərin qarşısının alınması, infrastruktur, təhsil və kənd təsərrüfatı sahələrinin bərpası üçün bu, həlledici əhəmiyyət kəsb edir. Münaqişənin təsirinə məruz qalan bölgələrdə davam edən bərpa və quruculuq səylərini dəstəkləmək naminə humanitar minatəmizləmə sahəsində Azərbaycana göstərilən yardımların gücləndirilməsi olduqca əhəmiyyətlidir.
Humanitar minatəmizləmə sahəsində potensialın artırılması və təcrübə mübadiləsi davamlı münasibətlər, etibar əsasında təşəkkül tapan və uzunmüddətli öhdəlikləri şərtləndirən davamlı bir prosesdir. Potensialın artırılması və təcrübə mübadiləsi bütün maraqlı tərəflər arasında davamlı dialoq və maarifləndirmə tələb edir. Ümid edirik ki, mina probleminin kökündə dayanan və təşkilatçısı olan Ermənistan da maraqlı tərəflərdən birinə çevriləcək. Ən azından humanitar minatəmizləmə işlərində kiçik də olsa, rol oynayacaq.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48

