Virus dövrü bitməyib
10.06.2022 [10:45]
“Meymun çiçəyi”, “Quş qripi”, yeni ştammlar...
Nicat PAŞA
Koronavirus pandemiyasının bitməsinə yenicə sevinməyə başlamışdıq ki, xarici KİV-lər həyəcanlı xəbərlər yaydı. Belə ki, bütün dünyada hər gün yeni-yeni viruslar yaranır, insanlar kütləvi şəkildə yoluxurlar. Bir neçə gün bundan öncə meymun çiçəyi virusu ilə bağlı məlumatlar ortaya çıxdı. Artıq Səhiyyə Nazirliyi tərəfindən meymun çiçəyini müəyyən edən testlərin əldə edilməsi üçün ÜST-ə müraciət də edilib. Bundan başqa, bəzi ölkələrdə yüksək patogen quş qripinin aşkarlanması ilə bağlı məlumatlar da artıq mətbuatda yer alır...
Meymun çiçəyi xəstəliyinin xüsusiyyətləri barədə məlumatlar kifayət qədərdir. Belə ki, meymun çiçəyi nadir virus infeksiyasıdır. Həmin xəstəlik insana əsasən heyvandan keçir. Yoluxanlar ilə təmasda olmuş şəxslər üçün üçhəftəlik karantin tətbiq etməyi məsləhət görürlər. İlk qaydaların isə yaxın günlərdə aşkarlana biləcəyi gözlənilir. Xəstəlik çox vaxt yüngül keçir və pasiyentlərin əksəriyyəti bir neçə həftə ərzində sağalır. Lakin bəzi hallarda ağırlaşmalar da baş verir. Mütəxəssislərin sözlərinə görə, yüksək hərarət, baş və əzələ ağrısı, limfa düyünlərinin şişməsi, bel ağrıları, titrətmə və yorğunluq xəstəliyin ilk simptomlarıdır. Eyni zamanda, əvvəlcə üzdə, sonra isə bədənin digər hissələrində səpmə əmələ gələ bilər.
Bununla yanaşı, koronavirusun yeni ştamlarının yayılması ilə əlaqədar olaraq dünya əhalisinə müraciət edilib. Belə ki, bu barədə Bratislavada keçirilən “Globsek-2022” təhlükəsizlik konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib. O bildirib ki, hazırda istifadə edilən peyvəndlər yeni variantlar üçün keçərli deyil.
Yeni növ virusların ölkəmizdə də yayılacağı istisna deyil. Məsələ ilə bağlı “Yeni Azərbaycan”a danışan TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva virusun yeni növü haqqında ətraflı məlumat verib. O bildirib ki, əslində meymun çiçəyi yeni xəstəlik deyil: “1958-ci ildə meymunlarda aşkar edildikdən sonra insanlarda ilk dəfə 1970-ci ildə Konqo Demokratik Respublikasında qeydə alınmışdır. Mərkəzi və Qərbi Afrikanın tropik meşələri olan 11 ölkəsində, xüsusilə Nigeriya və Konqo Demokratik Respublikasında müşahidə olunan bu xəstəliyin yayılma tezliyi dəqiq bilinmir. Afrikada hər il bir neçə yüz hadisənin olduğu ehtimal edilir. Xəstəliyin digər qitələrə yayılması yoluxmuş heyvanlar və ya insanlar vasitəsilə baş verirdi, adətən az adam yoluxur və lokal alovlanmalar kimi seyr edilirdi”.
Hazırda xəstəliyin bu qədər marağa səbəb olması ona görədir ki, indiyə qədər Afrikadan kənarda rast gəlinən halların hamısı sözügedən qitədən gələn insanlar və ya gəmiricilərdə aşkarlanırdı: “Afrikadan kənarda aşkarlanan yoluxmaların sayı son həftədə artaraq, Afrikada müşahidə olunan halların ümumi sayını keçdiyi üçün Ümumdünya Səhiyyə Təşkilatının və elmi ictimaiyyətin diqqətini çəkib”.
Mütəxəssisin sözlərinə görə, xəstəliyin törədicisi DNT tərkibli çiçək virusu ailəsindən olan “meymun çiçəyi” virusudur (Monkeypox Virus): “Mərkəzi və Qərbi Afrikada iki fərqli genetik alt tipin xəstəliyə səbəb olduğu bilinir. Qərbi Afrika alt tipi Mərkəzi Afrika (Konqo hövzəsi) alt tipindən daha yüngül xəstəliyə səbəb olur. Ötən həftə Afrikadan kənarda görülən virusların tam genetik analizi hələ tamamlanmayıb, lakin ilkin məlumatlar Qərbi Afrika alt tipinə işarə edir”.
Yoluxma yoluna gəldikdə: “Meymun, sincab, siçovul və siçan kimi gəmiricilərdə rast gəlinən və onlardan insanlara keçən xəstəlikdir. İlk dəfə 1958-ci ildə bir tədqiqat laboratoriyasında meymunlarda çiçək xəstəliyinə bənzər bir xəstəliyin baş verdiyi zaman aşkar edildiyinə görə adı buradan götürülmüşdür.Virus insanlara yoluxmuş heyvanlarla, xəstə insanlarla və ya virusla çirklənmiş cansız əşyalarla (paltar, dəsmal, yataq dəsti və s.) və uzunmüddətli yaxın təmasla keçir. Virus sağlam insanlara dəridə, selikli qişalarda (ağız, burun, göz) və ya tənəffüs sistemindəki görünməz çatlar/cızıqlar vasitəsilə daxil olur. Yoluxmuş heyvanlardan insanlara ötürülmə dişləmə, qaşıma, qan və bədən mayeləri və ya heyvanın əti ilə təmas, zədələnmiş və ya bütün bunlarla çirklənmiş cansız materialla birbaşa təmasda baş verə bilər. İnsandan insana ötürülmənin, əsasən, böyük tənəffüs damcıları ilə baş verdiyi düşünülür. İnsandan insana ötürülməsi üçün üz-üzə, uzunmüddətli və yaxın təmas lazımdır, çünki böyük damlalar uzun məsafələri qət edə bilməz”.
Diaqnostika: “Xəstəlik əlamətlərini göstərən insanların son bir ayda riskli bölgələrə səyahət edib-etməmələri və ya oxşar simptomları olan biri ilə yaxın təmasda olub-olmaması araşdırılmalıdır. Meymun çiçəyi xəstəliyindən şübhələnən hallarda zədələnmiş yerlərdən lazımi qaydada alınmış və lazımi təhlükəsizlik tədbirləri görülməklə qablaşdırılmış nümunələr müvafiq laboratoriyaya göndərilməlidir. Göründüyü kimi, bu test adi laboratoriyalarda edilə bilməz, lakin lazımi materialların və personalın mövcud olduğu biotəhlükəsizlik səviyyəsi 2 olan laboratoriyalarda edilə bilər. Hazırda xəstəliyin diaqnozu PZR üsulu (polimeraza zəncirvari reaksiya) ilə nümunələrdə virusun DNT-sinin aşkarlanmasına əsaslanır”.
Şöbə müdiri qeyd edib ki, Meymun çiçəyi adətən 2-4 həftə ərzində öz-özünə sağalır: “Bununla belə, ağır gedişli xəstəlik immuniteti zəif olan insanlarda və kiçik uşaqlarda müşahidə edilə bilər. Ümumiyyətlə, xəstələnən insanların 3-6%-ində ölümlə nəticələnə bilir. Mərkəzi Afrika alt tipində ölümcüllük 11%-ə çatsa da, son günlər yayılan Qərbi Afrika alt tipində ölümcüllük daha aşağıdır (1%)”.
Müalicə və peyvənd: “Meymun çiçəyi üçün istifadə olunan spesifik dərman yoxdur. İndiyə qədər görülən hallar sidofovir, brinsidofovir, tekovirimat (ST-246) adlı virus əleyhinə dərmanlar və çiçək xəstəliyinə qarşı immunoqlobulinin tətbiqi ilə nəzarət altına alınıb. Tekovirimat adlı dərman heyvanlar və insanlar üzərində aparılan araşdırmalardan sonra 2022-ci ildə Avropa Dərman Agentliyi (EMA-Avropa Tibb Agentliyi) və ABŞ FDA tərəfindən təsdiqlənib, lakin dünyada geniş yayılmayıb”.
Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, çiçək xəstəliyinə qarşı peyvənd meymun xəstəliyindən 85% qorunma təmin edəcək.
Meymun çiçəyinin aydın əlamətləri və simptomları, mövcud məlumatlara görə asimptomatik infeksiyanın olmaması, sıx və uzunmüddətli təmasla ötürülməsi, DNT virusu kimi daha az mutasiyaya məruz qalması (COVID-19-da olduğu kimi yeni variantlar yoxdur) kimi amilləri nəzərə alsaq, COVID-19 kimi pandemiyaya səbəb olacağı gözlənilmir”, - deyə N.Mustafayeva əlavə edib.
Qeyd edək ki, ölkəmizdə yeni növ viruslara yoluxma halları müşahidə edilməyib.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

