Dövlət üçün əsas prioritet
27.07.2022 [09:50]
Şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına dövlət qayğısı
Nicat DİLQƏMLİ
Azərbaycanda şəhid ailələri, qazilər və müharibə veteranları hər zaman xüsusi diqqət və qayğı ilə əhatə olunurlar. Bu kateqoriyadan olan şəxslərin sosial təminatının gücləndirilməsi dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Şəhid ailələri, qazilər və müharibə veteranları birbaşa Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunublar. Dövlət başçımızın tapşırığı ilə şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına hərtərəfli dəstəyin göstərilməsi, onların sosial təminatının gücləndirilməsi istiqamətində bir çox tədbirlər həyata keçirilib, bununla bağlı sərəncamlar imzalanıb, qanunlar qəbul edilib.
3 min 500 mənzil, 214 avtomobil
Həyata keçirilən tədbirlərin uğurlu nəticəsidir ki, postmüharibə dövründə şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə ümumilikdə 3 min 500 mənzil verilib. Bununla yanaşı, müharibə əlillərinə 214 avtomobil təqdim olunub. 2021-ci ilin əvvəlindən şəhid ailələri və müharibə əlillərinin, Milli qəhrəmanların təqaüdləri, 2022-ci ilin əvvəlindən isə müavinətlər, o cümlədən əlilliyə görə müavinətlər orta hesabla 60 faiz artırılıb. Reabilitasiya müəssisələrində 2500-dən çox qazinin sosial-psixoloji və reabilitasiya xidmətləri ilə təminatı həyata keçirilib. Vətən müharibəsi zamanı xəsarət alaraq aşağı və yuxarı ətrafları amputasiya olunmuş 200 hərbçi, ümumilikdə isə 300 müharibə əlili yüksək texnologiyalı son nəsil protezlərlə təmin edilib.
Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir
Dövlətimiz tərəfindən aparılan siyasət kursunun əhəmiyyətli tərkib hissəsi olan bu sahəyə diqqət hər gün daha da artır. Ölkə başçısı öz çıxışlarında hər zaman bütün məmurlara, ictimaiyyətin bütün üzvlərinə şəhid ailələri, qazilər və müharibə veteranlarına xüsusi qayğı ilə yanaşma sərgiləməyi tələb edir. Prezident İlham Əliyev iyulun 25-də Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən bu məsələləri xüsusilə vurğulayıb: “Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. Dövlət tərəfindən bu diqqət daim göstərilir. İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Bilirsiniz ki, mənim şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlərim olub. Onların məişət problemləri dövlət xətti ilə həll olunur, 12 min 500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, fərdi evlər verilmişdir, minlərlə minik maşınları verilmişdir. Bu proses davam etdirilir”.
Dövlət xətti ilə...
Ölkə rəhbəri həm paytaxtda, həm də respublikamızın digər şəhər və rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri barədə də danışıb: “Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayonlarda da dövlət xətti ilə bu iş görüləcək. Yəni, dövlət öz üzərinə düşən vəzifəni icra edir. O cümlədən şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Əsas odur ki, yerlərdə də bu kateqoriyadan olan insanlara diqqət göstərilsin. Rayon icra orqanlarının nümayəndələri onlara biganə qalmasınlar, əksinə, daim onların yaşayışı ilə maraqlansınlar, onların məşğulluğu ilə maraqlansınlar”.
Biz bu Qələbəni onlara - şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq
Prezident İlham Əliyev dövlət məmurlarına, vətəndaşlara səslənərək bildirib ki, şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına xüsusi diqqət və qayğı ilə yanaşılmalıdır: “Biz bu Qələbəni onlara - şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq. Əlbəttə, dövlət qətiyyət göstərdi, biz öz iradəmizi ortaya qoyduq, heç nəyə baxmadan, heç kimdən çəkinmədən, “öldü var, döndü yoxdur” deyərək torpaqlarımızı azad etdik. Bu, dövlət siyasətidir və dövlətin gücüdür, vətəndaşlarımızın həmrəyliyidir. Amma onu da heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Yenə də deyirəm, dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətlər etməlidir”.
Bütün bunlar bir daha onu deməyə əsas verir ki, vətəndaşlarımıza, xüsusilə də şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına dövlət qayğısının göstərilməsi Azərbaycan dövləti üçün əsas prioritetdir.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31

