Reytinq xatirinə...
30.07.2022 [10:22]
Milli dəyərlərimiz tapdalanır
Telekanallardakı bayağılıq, qeyri-peşəkar aparıcılar...
Yeganə BAYRAMOVA
Azərbaycanda bəzi telekanalların durumu arzuolunmaz səviyyədədir. İzləyicilərin dünyagörüşünün zənginləşməsi, maariflənməsi ilə bağlı bir sıra problemlər mövcuddur. Teleməkanlar haqqında çoxsaylı qanunlar var. Təəssüf ki, televiziyaların fəaliyyətində həmin qanunların şərtlərinə məhəl qoyulmur. Ümumiyyətlə, ölkədə televiziya yayımlarında hər kəsi narazı salan ciddi qüsurlar çoxdur. Telekanallar cəmiyyətdə baş verən dinamik hadisələri tam işıqlandırmaqda çətinlik çəkir. Tamaşaçı və cəmiyyət marağı çox bəsit formada təqdim olunur. Telekanallarımızda bayağı şou verilişləri dəbdədir. Bunların hamısı da gələcək nəslin formalaşmasına olduqca mənfi təsir göstərir. Elə bu səbəblərdən də yerli telekanallar öz baxımlılığını itirib. Ona görə də, hazırkı dönəmdə Azərbaycan tamaşaçısı Rusiya, Türkiyə və başqa ölkə kanallarının izləyicisinə çevriliblər. Bu vəziyyət də məhz televiziyalarımızın və eyni zamanda, teleməkanların baxımlılığının artırılmasında üzərinə böyük yük düşən teleaparıcıların buraxdığı ciddi nöqsanlar ucbatından yaranıb.
Şou əhlinin oxuyub-oynaması, həmkarları ilə dava-dalaşı, efirlərdə çıxardıqları oyunlar və göstərdikləri qeyri-adi şoular sosial mediada tez-tez müzakirə predmeti olur. Məşhurlardan kimisi efirdə mədəniyyətdən danışıb, sonra “ağzıgöyçəklik” edir, kimisi oxumaqla yanaşı, gimnastik hərəkətlər göstərir. Onların bu şousu özlərinə xoş gəlsə də, izləyicilər tərəfindən tənqid olunur.
Tanınmış teletənqidçi, professor Qulu Məhərrəmli mövzu ilə bağlı “Yeni Azərbaycan”a açıqlamasında söyləyib ki, son dövrlər televiziya aparıcılarının, xüsusən də şou proqram aparıcılarının davranışları, sosial şəbəkəyə sızmış şou xislətli insanların davranışları cəmiyyətdə güclü qıcıq yaradır. Çünki telekanallarda etik qaydalar pozulur, xalqın min illər ərzində topladığı dəyərlər tapdalanır: “Milli dəyərlərə, cəmiyyətin qəbul etdiyi normativ davranışlara meydan oxumaq tendensiyası artıb. Əlbəttə, bunlar ictimai əxlaqı qorumaq baxımından ciddi təhlükələr yaradır. Problemin qarşısını almaq üçün, ilk növbədə, televiziya rəhbərləri bu işlə məşğul olmalı, özlərinin davranış kodeksini müəyyənləşdirməlidirlər. Bu barədə dünya təcrübəsi var, onlardan bəhrələnmək lazımdır. Yoxsa hansısa aparıcının hədsiz və aşırı sərbəstliyini daha da genişləndirmək olmaz. Əslində, bunun adı sərbəstlik yox, tərbiyəsizlikdir. Bəzən ailədə özü yaxşı tərbiyə almayan insanlar ekranda camaata moizələr oxuyur, davranış tərzi göstərirlər. Çünki insanlar media savadlılığının olmadığı bir şəraitdə doğrunu yalandan, düzü əyridən, ağı qaradan fərqləndirə bilmirlər. Ona görə də məsələyə ciddi yanaşmalıyıq, birmənalı olaraq efirlərdə etik qaydalar gözlənilməlidir. Bəzən efirdə fiziki qüsuru olan insanlara qarşı elə davranış sərgilənir ki, adam baxanda dəhşətə gəlir. Fikrimcə, burada ictimai qınaq az rol oynayır. Televiziya kanallarının rəhbərləri sərt tədbirlər görməlidirlər, elə tədbirlər olmalıdır ki, yaxşı aparıcıların yaradıcılıq sərbəstliyinə mane olmasınlar. Ümumiyyətlə, televiziya bir dəbdir və bu dəbi yaradan aparıcıların müəyyən əxlaqi mənəvi bazası olmalıdır ki, cəmiyyət bundan ziyan çəkməsin”.
Professor söyləyib ki, xüsusən də yaxşı şou proqramı aparıcılarına ehtiyac var: “Xəbər, analitik, ictimai-siyasi proqramlarda aparıcılar ümumən səviyyə etibarilə standartlara müəyyən qədər uyğundurlar. Bizim ən ciddi problemimiz şou proqramlarının aparıcıları ilə bağlıdır. Zamanında Azərbaycan teleməkanında Azər Axşam, Dilarə Əliyeva kimi yaxşı, maraqlı şou aparıcıları var idi. Təəssüf ki, o tip aparıcılar nisbətən azalıb. Yeni, təcrübəsiz, efirin cazibəsinə düşən, amma efir standartlarına əməl edə bilməyən xeyli şou aparıcıları var.
Televiziyaçı gərək hər zaman orta səviyyəli tamaşaçını hədəf götürsün. Çox intellektual tamaşaçıya yönəlməyin öz problemləri var. Ən aşağı, zövqsüz tamaşaçıya da yönəlmək doğru deyil. Cəmiyyətdə orta tamaşaçı obrazı olmalıdır ki, sən daim onu nəzərdə tutub, onun üçün danışasan. Təəssüf ki, bizim bugünkü orta tamaşaçı dünən çoxluq təşkil edən bəsit tamaşaçı təbəqəsidir. Ona görə də indi keçmiş orta ilə intellektual aranı hədəfə almaq lazımdır. Telekanallarımız 10-15 il əvvəlki televiziya səviyyəsindən təxminən 100 addım geridir. Çünki bizdə TV haqqında təsəvvürlər çox bəsitləşib, xəbər proqramları cılızlaşıb, ekranda mənəviyyatsız, boz və dayaz adamlar çoxalıb, efirdə fikir yoxsulluğu hökm sürür, əsl mənəvi böhran içindəyik”.
Q.Məhərrəmli bildirib ki, aparıcıların əsas problemləri ciddiliklə şou arasında balansı qoruya bilməməkləridir: “Peşəkarlıq ona imkan vermir ki, həm ciddi mətləblərdən danışılsın, həm də hər hansı mövzu şou rakursundan təqdim edilsin. Yüksək intellekt, yaxşı artistizm, ünsiyyət bacarığı, çevik ağıl, kommunikativlik kimi əlamətlər şou proqramlarının aparıcılarında təəssüf ki, çatışmayan cəhətlərdir”.
Teletənqidçi televiziya kanallarında yayımlanan şou proqramlarında yaşanan qeyri-etik məqamlara da toxunub: “Dəfələrlə kanallara xəbərdarlıq edilsə də, onlar yenə də öz əməllərindən əl çəkmirlər. Ucuz, bəsit şouların verilməsinin əsas səbəbkarları onların idarəediciləridir. Kanallar öz auditoriyasını bərpa etmək, canlandırmaq, maraq oyatmaq üçün yeni layihələr etməlidir. Tamaşaçıları televiziyaya cəlb etmək üçün qanuni yollar tapılmalıdır. Deyilənlər olmayanda bəsit, aşağı səviyyəli, zövqsüz şoular ortaya çıxır. Proqramlarda bayağı söhbətlər və gərəksiz mövzular müzakirə olunur. Ona görə də tamaşaçılar həmin verilişlərdən üz döndərirlər.
Peş?karların bu məsələyə cəlb olunması da mümkündür. Amma önəmli olan televiziyanın dəsti-xətti, oranı idarə edənlərin niyyət və məqsədidir. Məqsəd yaxşı proqramlar hazırlamaq, tamaşaçı cəlb eləmək, cəmiyyətdə sosial harmoniya yaratmaq, tamaşaçıları maarifləndirmək, auditoriyaya estetik informasiyanı vermək olduğu zaman iradları və deyilənləri həyata keçirmək lazımdır. Amma həmin kanal idarəedicilərin belə niyyəti yoxdur. Sadəcə, belə verilişlərlə tamaşaçıları və aşağı səviyyəli müğənniləri oraya cəlb eləmək, şouların çəkisini artırmaq, proqramları bəlli bir auditoriyaya yönəltmək istəyirlər.
Xüsusilə, özəl kanallarda bu proses hələ də davam edir. Kanallar aşağı səviyyəli şoulardan, proqramlardan yapışıb buraxmaq istəmirlər. Düşünürəm ki, onların bacardığı budur. Əlbəttə ki, səviyyəli və müəyyən informasiya verən şou proqramları olmalıdır. Amma yayımı bunun üzərində qurmaq yanlışdır. Kanallar maraqlı mövzular tapmalı, veriliş formatları düşünməlidir. Maliyyə problemlərinin olduğunu anlayırıq. Ancaq tamamilə xüsusi çəkisi artan şou proqramlarına əsaslanmaq doğru deyil.
Professor qeyd edib ki, qeyri-etik davranışla tamaşaçı rəğbətini qazanmaq, reytinq toplamaq bu məsələnin ən ağrılı cəhətidir: “Yaxşı, ağıllı, düşünülmüş təsirli şoular etmək mümkündür. Kobudluğa yol vermək, yalançı şoular düzəltməklə yox, normal tərzdə proqramlar hazırlayıb təqdim etmək məqsədəuyğundur”.
Xəbər lenti
Hamısına baxDünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22

