Məzuniyyətsiz iş...
04.08.2022 [10:56]
Ömrünüzdən 10 il aparacaq
MÜŞFİQƏ
İş yerindəki stress dövrümüzün ən əsas problemlərindən biridir. Gərgin iş rejimi, məsuliyyətin artması, eləcə də çəkişməli rəqabət istər-istəməz insanı stressli iş mühitinə sürükləyir. Mütəxəssislərin fikrincə, stress əgər daimi və uzun müddətli davam edərsə, bərpa olunmaz problemlər yarada və iş məhsuldarlığını kəskin şəkildə aşağı düşürə bilər. İşə fokuslana bilməyən işçi özü də fərqində olmadan səmərəliliyi artırmaq əvəzinə daha da azaldır. Stressiz iş mühiti üçün nələrə diqqət edilməlidir?
Bu gün tətil və istirahət mövzusu bütün dünyanın gündəmindədir. Hər kəs planlar qurur, gedəcəyi tətilin xəyalı ilə yaşayır. Bir də var istirahətsiz çalışanlar. Bu insanları ifadə edən yeni xəstəlik “Məzuniyyətin olmaması sindromu” kəşf olunub. İstirahətə məhəl qoymadan işləyənlərin əksəriyyəti “Pul kifayət etmir”, “İş yerimi itirməkdən qorxuram”, “İşi buraxa bilmərəm” fikrində olduqları üçün bu sindromun qurbanına çevrilirlər. Zamanla onların yalnız fiziki deyil, zehni sağlığı da pozulur.
Amerikalıların kəşfi, görünür, okeanları aşıb bizim ölkəyə də səfər edib. Çoxlarımıza tanış olan bu sindromdan artıq 3 ildir ki, əziyyət çəkirik. Pandemiya şəraitindən asılı olaraq istirahətə və yeni səfərlərə həsrət qalan insanlar üçün bu il son fürsətdir. Əks təqdirdə...
Həkimlər deyirlər ki, illik məzuniyyətin olmaması qadınlarda depressiya riskini, kişilərdə isə ürək xəstəliklərinin yaranmasını ciddi şəkildə artırır. Maksimum istirahət etmədən orqanizm, sadəcə 3 il dözəcək. Nəticədə ardı corab söküyü kimi gedəcək. Uğursuzluq yalnız sinir və ya ürək-damar sisteminə deyil, immunitetin zəifləməsinə də səbəb olacaq. Belə insanlar daha çox soyuqdəymədən, mədə ağrısından və s. əziyyət çəkdiklərini düşünəcəklər. Amma problemin kökü başqadır.
ÜST-nin statistikasına görə, müntəzəm olaraq məzuniyyətə məhəl qoymayanlar arasında vaxtından əvvəl ölüm riski (infarkt, insult və hətta intihar) 20% yüksəkdir. Məzuniyyətin olmaması sindromundan uzun müddət əziyyət çəkən insanların ömrünün uzunluğu isə xroniki alkoqoliklərdə olduğu kimi, orta hesabla, 10 il azalır.
Psixoloqlar da digər mütəxəssislərlə həmfikirdir. Qeyd olunur ki, məzuniyyətsiz çalışmaq narahatlıq və daxili gərginlik hissi artırdığı üçün rəhbərliyə fayda gətirməkdənsə, işin səmərəliliyinin azalmasına şərait yaradır. Bundan başqa, əməkdaş həssaslıq nümayiş etdirməyə və hər şeyə qıcıqlanmağa başlayır. Bu, ailədaxili münasibətlərin korlanmasına da gətirib çıxara bilər. Ər və yaxud arvaddan birinin məzuniyyətinin olmaması ailənin daha tez dağılmasına yol açır. Uşaqların yeni dərs ilinə daha bədbin və gərgin başlamasına səbəb olur. Bir sözlə, zamanında istirahət etmək həm səmərəli iş, həm sağlam həyat, həm də xoşbəxt insan deməkdir.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

