Dayələrlə bağlı YENİLİK
03.02.2023 [11:00]
Təhsil sənədi əldə edə biləcəklər...
Yeganə BAYRAMOVA
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) “Dayə” ixtisası üzrə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşlar üçün təhsil sənədi əldə etmək imkanı yaradacaq. Agentlikdən verilən məlumata görə, sözügedən ixtisas üzrə təhsil sənədi olmadan fəaliyyət göstərən dayələr səriştələrinin tanınması məqsədilə keçirilən imtahanlarda iştirak edə bilərlər.
Ərizəçilər bunun üçün müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumat yerləşdirilmiş keçiddən istifadə edə və imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçərək tələb olunan sənədləri qfitt@tkta.edu.az ünvanına göndərə bilərlər. Qiymətləndirmə nəticəsi müsbət olan müraciətçiyə müvafiq modul üzrə sertifikat təqdim ediləcək.
Dayəlik tarixən daha çox yüksək təbəqədən olan, vəzifəli şəxslərin uşaqlarına baxan elmi, savadı ilə seçilən insanlar idi. Amma zaman keçdikcə bu sahəyə olan münasibət dəyişməyə başlayıb. Çünki dayəlik adətən iş tapa bilməyən qadınların yeni qazanc yeri hesab edilir. Dayə sadəcə uşağın yeməyinə, geyiminə nəzarət edən, vaxtında yatıb durmasını təmin edən və bəzən də ev işlərində köməkçi olan biridir. Əgər bir qadın bunları bacarırsa, deməli, o, normal dayə hesab oluna bilər. Lakin belə düşüncələr illərdir ki, bu sahədə inkişafa şərait yaratmır. Yəni, dayəliyə hər kəsin görə biləcəyi bir iş kimi baxılır.
Sosioloq Əhməd Qəşəmoğlunun “Yeni Azərbaycan”a açıqlamasına görə, dayəliyin qədim tarixi olsa da, bəzən bu sahədə vəziyyət ürəkaçan olmur: “Bəzi dayələrin təlim görmələri, göstərdikləri xidmət xoşagələn deyil. Ölkəmizdə dayəliklə bağlı ən ciddi problemlərdən biri bu sahə ilə məşğul olan insanların hüquqlarının pozulmasıdır. Çünki onlar müqavilə bağlaya bilmirlər, əmək hüquqları tanınmır, sosial müdafiə və vergi orqanlarından yayınırlar. Bu sahədə maarifləndirmə işi aparılmadığına görə, insanlar başa düşmürlər ki, onların işi qeyri-formaldır, gələcəkdə sosial təminat, pensiyalar məsələsində problemlər yaşayacaq, bu imkanlardan məhrum olacaqlar”.
Dayələrə təhsil lazımdır?
Sosioloqun fikrincə, dayələrin uzunmüddətli təhsil almalarına o qədər də ehtiyac yoxdur, sadəcə, onların müəyyən təlim görmələri vacibdir: “Bu təlimin, təhsilin olmaması onların gələcəkdə öz hüquqlarından xəbərsiz olmalarına şərait yaradır. Onlar şəxsi münasibətlər hesabına işə düzəlirlər, işdən çıxarılarkən əvvəlcədən xəbərdar edilmirlər. Bəzən müqavilələrin olmamasında dayələr də maraqlı olurlar. Çünki onlar dövlətə vergi ödəmək istəmirlər, amma bunun hüquqi tərəfləri ilə maraqlanmırlar. Düşünürəm ki, Agentliyin dayələr üçün təhsil sənədi əldə etmək imkanını yaratması təqdir olunmalıdır. Belə imkanların yaradılması dayələrin təlimli olmasına şərait yarada bilər”.
Psixoloq Fərqanə Mehmanqızı dayə tərbiyəsinin uşaqların inkişafında önəmli rol oynadığını söyləyib: “Dayələr uşaqların tərbiyəsində mühüm rol oynayırlar. Onların uşaq psixologiyasına təsiri, dayəni seçən şəxsin onu hansı meyarlar əsasında seçməsindən asılıdır. Bundan başqa, dayələr kifayət qədər öz sahələrinin bilicisi olmalıdırlar. Onlar sadəcə uşağı yedirib-içirən şəxs deyil, çünki bu halda onlar bağçalardakı texniki işçilərdən fərqlənməzlər. Bu baxımdan dayə ixtisası üzrə formal təhsilə çıxış imkanı olmayan vətəndaşlara təhsil sənədi əldə etmək üçün yaradılan şərait alqışlanmalıdır.
Dayə təmizlikçi, aşbaz deyil
F.Mehmanqızı qeyd edib ki, valideynlərin səhv cəhətlərindən biri də dayəyə körpəyə qulluqdan əlavə evin digər işlərini də tapşırmalarıdır: “Çox zaman belə hallarla qarşılaşırıq. Evin xanımı dayəyə başqa işlər də tapşırır. Evi təmizləmək, yemək hazırlamaq, paltar yumaq, ütüləmək və s. Bu işləri görən dayə əlbəttə, uşağa az vaxt ayıracaq. Ona mane olmasın deyə, uşağı əyləşdirəcək televizor qarşısında, ya da planşeti verəcək uşağın əlinə ki, oyna. Bəzən uşaqlar saatlarla fasiləsiz televizora baxır, planşetlə, mobil telefonla oynayır. Bu, uşaqların həm zehni qabiliyyətini, həm də nitq qabiliyyətini inkişafdan saxlayır. Xanımlar öz öhdələrinə düşən işləri də dayəyə tapşırmaqla, şəxsi məsələlərinə vaxt ayırmaq istəyirlər. Nəticədə dayə hər işlə məşğul olur, bircə dayəlikdən savayı. Dayənin yaş həddi önəmlidir. Bir də görürsən, təqaüdə çıxmış qadın dayəlik fikrinə düşüb. Təqaüd yaşı orqanizmin iş əmsalının aşağı düşdüyünü göstərir. Bir halda ki insana iş əmsalı aşağı düşür deyə, təqaüd kəsilir, o, necə dayəlik edə bilər? Dayəlik üçün uyğun yaş həddi 26-30 yaşdan 45 yaşadək olan müddətdir. Təbii ki, dayənin savadlı, tərbiyəli, hisslərinə hakim birisi olması da əsas şərtlərdir”.
Psixoloqun valideynlərə dayə seçərkən diqqət etməli olduqları məqamlara da toxunub. Onun sözlərinə görə, dayənin uşaqla münasibəti, səmimiliyi, ixtisasını bilməsi çox vacibdir: “Uşaq haqqında tibbi, psixoloji, pedaqoji biliklərə malik olması, ümumiyyətlə, uşaqlarla iş təcrübəsi nəzərə alınmalıdır. Yaxşı olar ki, dayə seçərkən onun hansısa müəssisələrdə uşaqlarla olan iş təcrübəsinə önəm versinlər. Dayənin nitq qabiliyyəti, uşaqla ünsiyyətdə rəvan danışmağına diqqət edilməlidir.
Ümumiyyətlə, dayə həm də yaradıcı şəxs olmalıdır ki, uşağı da yaradıcılığa meylləndirsin. Təbii ki, nə çox yaşlı, nə də çox gənc dayələr məsləhət görülmür. Çünki müəyyən yaş dövründən sonra insanın uşaqlarla işləmək üçün səbri olmur. Bundan başqa, uşağı olmayan, heç zaman uşağa baxmayan bir dayəyə də şübhə ilə yanaşıram. Həmçinin müasir texnologiyalarla da işləmək bacarığı, uşağın suallarına cavab verəcək bir səviyyədə olmalıdır. Artıq iki yaşda uşaq ətraf aləmi dərk etməyə, əşyaları dərk etməyə başlayır, ona görə də dayə bu işdə ona yardımçı olmalıdır. Emosiyalarını cilovlamağı, uşağa müsbət hisslər aşılamağı bacarmalıdır. Etiket qaydalarını bilməlidir. Valideynlərlə uşaq arasında bir körpü rolunu oynamalı, müəyyən dövrdən sonra isə, artıq onların birbaşa ünsiyyətini təmin etməlidir”.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44

