Yağışdan sonra boy atan “təhlükə”
12.05.2023 [11:14]
Göbələk zəhərlənməsi...
Yeganə BAYRAMOVA
Payız-yaz aylarında yağış yağanda bir çoxlarımız daha çox sevinirik. Çünki bu yağan yağış qida rasionumuzda yer alan göbələyə “can verir”. Bəllidir ki, göbələk orqanizm üçün olduqca faydalı tərəvəzlərdən biridir. Tərkibi vitamin, mineral maddələr, zülal, kalsium, dəmir və karbohidratlarla çox zəngindir. Bəzən isə tamahımız öz başımızda “çatlayır”. Çünki göbələk ləzzətli qida olmaqla yanaşı, ondan zəhərlənmə də çox təhlükəlidir.
Təbii mühitdə yetişən göbələklər arasında zəhərli olanlarına daha çox rast gəlmək olar. Zəhərli olan və olmayan göbələklərin görünüşündəki fərqlər isə ayırdedici xüsusiyyətə malik deyil. Bu səbəbdən də məlumatsız şəkildə yeyilən göbələyin zəhərlənməyə səbəb ola biləcəyi unudulmamalıdır.
Təəssüf ki, insanların məlumatsızlığı, göbələyin zəhərli olub-olmadığını ayırd etməkdə çətinlik çəkməsi faciə ilə sonlanır. Məsələn, ötən gün Qax rayonunun sakini göbələkdən zəhərlənib. Rayonun Dəymədağlı kənd sakini zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub.
9 saat ərzində tədbir görülmədikdə...
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən həkim-infeksionist Sahibə Kərimovanın sözlərinə görə, göbələyin yararlılıq müddəti ötdükdə, onun tərkibində orqanizm üçün təhlükəli olan zərərli maddələr əmələ gəlir. Belə göbələklərdən istifadə nəticəsində baş verən zəhərlənməyə qarşı 9 saat ərzində tədbir görülmədikdə bu, xəstənin ölümü ilə nəticələnə bilər: “Meyvə və tərəvəz məhsullarından zəhərlənmə hallarında, hətta 24 saatdan sonra həkimə müraciət etdikdə xəstəni xilas etmək mümkün olur. Ancaq göbələkdən zəhərlənmə 9 saatdan gec aşkarlandıqda, zərərli maddələr, yəni, zəhərli göbələklərin toksinləri qana keçir və xəstəni həyata qaytarmaq müşkilə çevrilir”.
Qanın tərkibi dəyişir
İnfeksionist vurğulayıb ki, göbələyin toksikologiyasının inkubasiya dövrü çox qısadır və cəmi bir neçə saat çəkir: “Göbələkdən zəhərlənmə zamanı xəstədə əsasən ürək bulanması, qusma, sulu və ya qanlı ishal, qarın ağrısı, tərləmə, göz bəbəklərində qızartılar olur. Bundan başqa, göz yaşı və tüpürcək ifrazında çoxalma, görmədə pozğunluq, baş gicəllənməsi, epiqastral nahiyyədə kəskin ağrılar müşahidə edilir. Bəzi hallarda xəstənin hərarəti də yüksəlir. Zəhərlənmə gec aşkarlandıqda isə ağır formada qıcolma, huşun itməsi, ürək-damar sisteminin pozulması və arterial təzyiqin düşməsi baş verir. Zəhərli göbələklərin bir hissəsi hemodializ əmələ gətirir. Yəni, zəhərlənmə zamanı qanın tərkibini dəyişir. Bu növ zəhərlənmələrdə müddət 14 saatdır və xəstələrin 20 faizi ölüm təhlükəsi ilə üzləşir”.
Vaxtında edilən yardım
S.Kərimova qeyd edib ki, özündə zəhərlənmə əlamətləri hiss edən xəstə vaxtında həkimə müraciət etməlidir: “Xəstəyə həkim tərəfindən vaxtında edilən yardım dərhal müsbət effekt verir. İntoksikasiya əlamətləri tez keçir, ishal, qusma dayanır və xəstə normal vəziyyətə qayıdır. Xəstə zəhərlənmənin əlamətlərini hiss etdiyi anda həkimə müraciət etməli və lazımi müalicə almalıdır. Əgər zəhərlənən şəxs vaxtında həkimə müraciət etməyərək ev şəraitində müalicə olunmağa çalışsa, həyatı ilə risk etmiş olar”.
Həkim, həmçinin bildirib ki, göbələyin bəzi növləri gün şüaları altında çox qaldıqda, onun tərkibində gözlə görünməyəcək dərəcədə kiçik qurdlar əmələ gəlir. Onlardan istifadə nəticəsində isə qurdlar orqanizmə daxil olur və bir müddət sonra qaraciyərdə exinokok xəstəliyi əmələ gətirir.
Xəbər lenti
Hamısına baxSiyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 18:00
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36

