Məktəb zamanı
10.06.2023 [11:07]
Birinci siniflərə qəbul necə aparılır?
Bu il 6 yaşı tamam olan uşaqların həyatında yeni bir mərhələ - məktəb dövrü başlayır. Valideynlər də, uşaqların özləri də yeni dərs ilinin başlamasını həyəcanla gözləyirlər. Hələ növbəti dərs ilinin başlamasına bir neçə ay qalsa da, məktəbə hazırlıqlar indidən aparılır. Valideynlər dərs ilinin başlaması, məktəb seçimi, 1-ci sinfə şagird qəbulu qaydaları kimi məsələlərə olduqca həssas yanaşma sərgiləyirlər. Bu günlərdə sosial şəbəkələrdə və ayrı-ayrı KİV-də bu il birinci sinfə gedəcək şagirdlərin şifahi nitq bacarıqları ilə bağlı müsahibədən keçirildikləri barədə yayılan məlumatlar da cəmiyyətdə ciddi müzakirələrə yol açıb. Bəs bununla bağlı dövriyyəyə buraxılan məlumatlar həqiqətə uyğundurmu?
Elm və Təhsil Nazirliyi təkzib edir
Birinci sinfə gedəcək şagirdlərin şifahi nitq bacarıqları ilə bağlı müsahibədən keçirildikləri barədə yayılan məlumatlara Elm və Təhsil Nazirliyindən təkzib gəlib. Qurumdan bildirib ki, öz ana dilində tədris almaq istəyən uşaqların şifahi nitq bacarıqlarının yoxlanılması ilə bağlı heç bir müsahibənin keçirilməsi nəzərdə tutulmayıb. “Bir çox media orqanlarında birinci sinfə qəbulla bağlı həqiqəti əks etdirməyən məlumatlar yayımlanıb. Belə yazıların birində hörmətli Şahlar Əsgərovun birinci siniflərə şagird qəbulu ilə bağlı fikirləri yer alıb. Yazıda qeyd edilənlərin əksinə olaraq, öz ana dilində tədris almaq istəyən uşaqların şifahi nitq bacarıqlarının yoxlanılması ilə bağlı heç bir müsahibə keçirilmir. Onu da bildirək ki, növbəti tədris ili üzrə 130 mindən çox uşağın 1-ci sinfə qəbulu proqnozlaşdırılır. Artıq 110 mindən çox uşaq onlayn sistem üzərindən heç bir müsabiqə və müsahibəsiz birinci siniflərə yerləşdirilib. Bu sayın təxminən 90 mindən çoxu məktəbəhazırlıqdan birbaşa 1-ci sinfə qəbul olunub”, - deyə nazirliyin yaydığı məlumatda vurğulanıb.
Elm və Təhsil Nazirliyindən “Yeni Azərbaycan”a bildirilib ki, mayın 11-dən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.
Birinci sinfə gedəcək şagirdlərin şifahi nitq bacarıqları ilə bağlı müsahibədən keçirilməsi qaydası isə dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlıdır. Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qeydiyyat zamanı uşaqların müvafiq dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə müsahibələr təşkil olunur. Burada məqsəd birinci sinifə gedəcək uşaqların müvafiq dil bacarıqlarını yoxlamaq və onların həmin dildə təhsil almaq imkanlarını öyrənməkdir. Belə müsahibələrdə uşaqlara digər fənlərə aid sualların verildiyi barədə iddiaların isə heç bir əsası yoxdur. Müsahibələrdə ancaq uşaqların seçdikləri dil üzrə nitq vərdişləri yoxlanılır.
Prioritetlər tətbiq olunan məktəblərə şagird qəbulu
Paytaxt Bakıda və regionlarda bir neçə ümumi təhsil müəssisəsi var ki, onlarda birinci siniflərə qəbul üçün prioritet tələbi tətbiq edilir. Sözügedən ümumi təhsil müəssisələri aşağıdakılardır:
- Heydər Əliyev adına lisey;
- T.İsmayılov adına 6 nömrəli məktəb-lisey;
- İ.Hacıyev adına tərəqqi texniki-humanitar liseyi;
- İ.Əfəndiyev adına elitar gimnaziya;
- “Ankara məktəbi” məktəb-lisey;
- 132-134 nömrəli təhsil kompleksi;
- T.Həsənov adına 23 nömrəli tam orta məktəb;
- Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi;
- Zəngi liseyi.
Elm və Təhsil Nazirliyinin məlumatında 26 maydan etibarən Azərbaycan bölməsi üzrə birinci siniflərə qəbul üçün prioritet tələbi tətbiq edilən ümumi təhsil müəssisələrində boş qalan yerlərə prioritetsiz qəbul aparılır. Qeyd edək ki, adı çəkilən təhsil müəssisələrinin Azərbaycan bölməsi üzrə birinci siniflərinə valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin ümumi təhsil müəssisəsi üçün müəyyən edilmiş ərazidə qeydiyyatda olan və qəbul elan olunan vaxtdan ən azı bir il əvvəl həmin ünvanda rəsmi müqavilə əsasında kirayə yaşayan, valideyni (qanuni nümayəndəsi) həmin ümumi təhsil müəssisəsində işləyən, bacı və ya qardaşları həmin ümumi təhsil müəssisəsində təhsil alan uşaqlar sözügedən prioritetlərə uyğun qəbul edilirdilər.
6 yaşı tamam olmamış uşaqların birinci sinfə qəbulu mümkün deyil
6 yaşlı uşaqların birinci sinfə qəbul edilib-edilməməsi də tez-tez valideynlər arasında müzakirələrə səbəb olur. Elm və Təhsil Nazirliyi bunu mümkün saymır. “6 yaşı tamam olmamış uşaqlar birinci sinfə qəbul prosesində iştirak edə bilməzlər”. Bunu “Təhsil masa”sında Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov deyib. “Təhsil haqqında” qanunda edilən müvafiq dəyişikliyi xatırladan O. Abbasovun sözlərinə görə, bu dəyişiklik anlaşılmazlığın qarşısını alıb: “Artıq bir neçə ildir ki, birinci sinfə məhz il ərzində 6 yaşı tamam olmuş uşaqlar gedə bilirlər. Bu da o deməkdir ki, 2017-ci ildə dünyaya gəlmiş uşaqlar bu il birinci sinfə gedəcəklər. Bu yaşdan kiçik olan uşaqların birinci sinfə getməsi qanuna ziddir. 7-8 yaşından yuxarı uşaqlar da olur ki, onlar müxtəlif səbəblərdən təhsil almağa gecikirlər. Həmin uşaqlar fərdi təhsilə cəlb olunurlar”.
O.Abbasov qeyd edib ki, 5 yaşında uşaqların hər hansı bir istedadı olsa belə, birinci sinfə gedə bilməzlər: “5 yaşında uşaqlar yalnız məktəbəhazırlıq qruplarına qəbul oluna bilərlər, bu proses isə cari ilin avqust ayında başlayacaq”.
Nazirlik rəsmisi onu da qeyd edib ki, övladı məktəbəhazırlıq qrupuna gedənlər üçün sonradan məktəbi dəyişmək riskli ola bilər. Yəni məktəb dəyişimində müəyyən risk var: “Təbii ki, bu, valideynlərin şəxsi seçimidir. Bütövlükdə, heç bir halda məktəbyaşlı uşaq təhsildən kənarda qala bilməz. Çünki ölkədə ümumi orta təhsil icbaridir”. O.Abbasovun sözlərinə görə, bu il birinci sinfə qəbul prosesində bir sıra yeniliklər edilib: “Belə ki, əvvəllər vətəndaş müvafiq qaydada müraciət ünvanladığı zaman övladlarının məlumatlarını bir-bir sistemə qeyd edirdi. Hazırda isə aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində bu məlumatlar sistemə avtomatik olaraq inteqrasiya edilir. Beləliklə də, vətəndaşın müraciəti zamanı onun məktəbyaşlı övladının məlumatları birbaşa sistemdə görünür”.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

