“Xruşovkalar”ın sökülməsi...
05.07.2023 [11:19]
Ekspertlər nə deyir?
Sovet dönəmində tikilən çoxmənzilli binaların sökülməsi günümüzün aktual məsələlərindəndir. İstismar müddəti bitmiş “Xruşovka” adlanan panel beşmərtəbəli binalarda aşınma prosesi ildən-ilə güclənir. İnşaata məsul olacaq şirkətlər mənzil sahiblərinin adətən 2 illik kirayə haqqlarını ödəyən və həmin müddətdən sonra inşa ediləcək binada onlara yeni mənzillər təklif edən müqavilə əsasında söküntü işləri həyata keçirirlər. Ancaq bir neçə il öncə bu tip tikililərin söküntüsünə başlanılsa da, nədənsə proses bir müddət sonra büdrədi.
Qeyd edək ki, belə evlərin sökülməsi hökümətə böyük vəsait hesabına başa gələ bilər. Ona görə də bu işdə tikinti şirkətlərinin maraqlı olmaları daha əlverişlidir. Hətta bəzi ekspertlər prosesə xarici investorların da cəlb olunmasını təklif edirlər.
Potensial təhlükə mənbəyi...
Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, bu gün köhnə mənzil fondunun dörddə birini, ümumi mənzil fondunun isə 10 faizini təşkil edən “Xruşovka”lar istismar müddətini başa vurub. Onun sözlərinə görə, “Xruşovka”lar çoxmənzilli yaşayış binası olduğuna görə potensial təhlükə mənbəyidir: “Bu tip binaların 85 faizi panel konstruksiyalıdır və onlar ən çox mikrorayonlarda yerləşirlər. Bütövlükdə isə söhbət 1000-ə yaxın bu cür binadan gedir. Bir neçə il əvvəl köhnə çoxmənzilli binaların sökülərək yerində yenilərinin tikilməsi ilə əlaqədar çox az sayda pilot layihələr həyata keçirildi. Bunların da əksər hissəsi şəhərin mərkəzini əhatə edirdi. Orada isə “Xruşovkalar” həddindən artıq azdır.
Çoxmənzilli binaların tikintisi ilə bağlı yeni qaydaların tətbiqi, eyni zamanda, şəhərsalma və tikinti məcəlləsinə edilən bəzi əlavə və dəyişikliklər bu prosesin gedişatına əhəmiyyətli təsir göstərdi. Belə ki, əvvəlki qanunvericiliyə görə, çoxmənzilli binaların altında yerləşən torpaq sahəsi ilə bağlı hər hansı məhdudiyyət yox idi. Ancaq yeni qanunvericilikdə çoxmənzilli binanın altındakı sahədən əlavə o sahənin iki misli həcmində də boş torpaq sahəsi olması tələb olunur. Bunlar nəticə etibarilə çoxmənzilli binaların inşası ilə bağlı qaydaları bir qədər sərtləşdirdi və ona görə də bəzi pilot layihələrin icrası dayandırıldı”.
İnvestorlara yüksək təminat verilməlidir
Ekspert hesab edir ki, şəhərdəki yaşayış fondunun ən azından üçdə biri şəhərsalma qaydalarına və prinsiplərinə uyğun gəlmir: “Bunların ya istismar müddəti başa çatıb ya da ,ümumiyyətlə, şəhərsalma proqramına ziddir. Onları söküb yerində parklar, meşə sahələri salmaq, yeni yaşayış massivləri ilə əvəz etmək lazımdır. Lakin bu cür layihələrin daha çox daxili resurslar hesabına icra olunması şəxsən mənim ən çox narazı qaldığım məsələdir. Hökumətin həyata keçirdiyi bu tip proqramlarda əsasən daxili resurslardan o cümlədən Maliyyə Nazirliyinin, Mərkəzi Bankın, Dövlət Neft Fondunun vəsaitlərindən istifadə edilir. Hesab edirəm ki, burada xarici investisiyaların payı ən azından 50 faizə qədər çatdırılmalıdır. İnvestorlara dövlət səviyyəsində yüksək təminat verilməlidir. Bura müəyyən ərazilərdə boş torpaq sahələrinin güzəştli yollarla investisiya proqramını icra edən tərəfə verilməsi, vergi yükünün azaldılması, müxtəlif həvəsləndirici proqramların işlənib hazırlanması daxildir”.
“Maksimum mənzil - minimum komfort” prinsipi
Memar Sərdar Rəhimov sovet dövründə mənzil-kommunal inkişaf planında “Maksimum mənzil - minimum komfort” prinsipinin əsas götürüldüyünu vurğulayıb: “İkinci Dünya müharibəsindən sonra SSRİ-də 5 illik inkişaf planlarında əhalinin mənzillərlə təmin edilməsi məsələsi gündəmə gəldi. Bir çox mənzil tipləri, o cümlədən, “Stalinka”, “Xruşovka”, o dövrdə ölkəyə başçılıq etmiş insanların adları ilə tərənnüm edilirdi. Bu binaların inşa edilməsində əsas məqsəd dar büdcə çərçivəsində əhalinin mənzillə qısa müddətdə təmin edilməsi olduğundan geniş mənada komfortdan söz gedə bilməzdi. Amma mənzillər kompakt idi və təməl ehtiyaclarını qarşılayırdı”.
Yaşı 50-ni ötən binalar
Memarın sözlərinə görə, bir binanın ortalama ömrü inşa texnologiyasından asılı olaraq 60 il olaraq nəzərdə tutulur: “İstismar müddəti 40 ili ötmüş binaların konstruksiya sistemlərinin müayinə edilməsi vacibdir. Ümumiyyətlə isə 50 yaşdan yuxarı binaların zəlzələ nöqteyi-nəzərdən riski daha çoxdur.
“Xruşovka” tipli binalar öz aktiv istismar müddətini başa vurmaq üzrədir. Bəziləri isə bu müddəti aşıb. Köhnə mənzil fondunun yenisi ilə əvəzlənməsi maliyyə ilə əlaqədar məsələ olduğundan ilk növbədə konstruksiya müayinələri edilməlidir. Əgər müayinə nəticəsində sökülməsi mütləqdirsə, bina sökülməlidir. Çünki insan həyatını riskə atmaq yolverilməzdir. Lakin dövrümüzdə bir çox müasir texnologiyalar var ki, binanın konstruksiyasını gücləndirir və ya ona dəstək verir. Bu sistemlər tarixi tikililərin qorunmasında daha aktiv istifadə edilir. Əslində, onların bir çoxu kifayət qədər də bahalıdır. Yox əgər söküntü qaçılmazdırsa, özəl investisiyaların bu sektorda rolunun artırılması mühüm əhəmiyyət kəsb edir. Mövcud sıxlıq əmsallarına baxsaq, beşmərtəbəli bir bina söküldükdən sonra yerində eyni mərtəbəli bina inşa ediləcəksə, özəl sektorun mənfəət marağı qalmayacaq. Hesab edirəm ki, dövlət proqramı çərçivəsində özəl sektor üçün bu tip layihələrdə əmsallar bir az daha yüksək düşünülməlidir”.
Y. BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27

