Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Turizm / Azərbaycanın lüks turizm imkanları Qətərdə təbliğ olunub

Azərbaycanın lüks turizm imkanları Qətərdə təbliğ olunub

27.02.2025 [20:10]

Azərbaycan Turizm Bürosu Qətərin paytaxtı Dohada keçirilən “Connections Luxury Middle East 2025” tədbirində rəsmi tərəfdaş qismində təmsil olunub.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbirə Yaxın Şərq, Körfəz Əməkdaşlıq Şurası (GCC) ölkələri, Cənubi Asiya, ABŞ, Böyük Britaniya və digər Avropa dövlətlərindən aparıcı turizm sənayesi nümayəndələri, o cümlədən lüks hotel şəbəkələri, turizm şirkətləri və yüksəksəviyyəli səyahət agentlikləri daxil olmaqla, 100-dən çox beynəlxalq şirkət qatılıb.

Azərbaycan Turizm Bürosu tədbir çərçivəsində aparıcı turizm şirkətləri ilə 40-a yaxın B2B formatlı görüş keçirərək ölkənin lüks turizm potensialını təqdim edib.

Müzakirələr qış və yay turizmi, sağlamlıq və istirahət mərkəzləri, eləcə də Ramazan bayramı ərəfəsində turizm təklifləri ilə bağlı aparılıb.

Tədbir zamanı açıqlanan məlumata görə, Azərbaycan GCC səyahətçiləri üçün 2024-cü ilin ən populyar 10 xarici destinasiyası sırasında premium turizm istiqaməti kimi yer alıb.

Paylaş:
Baxılıb: 1010 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Siyasət

22-ci səfər...

16 Sentyabr 11:39  

İqtisadiyyat

Siyasət

Analitik

Sosial

Sosial

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30