Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Turizm / Əziz Şiriyev: Əvvəlki aylarla müqayisədə turizm sektorunda müəyyən canlanma müşahidə olunur

Əziz Şiriyev: Əvvəlki aylarla müqayisədə turizm sektorunda müəyyən canlanma müşahidə olunur

05.08.2026 [14:45]

Turizm sektorunda əvvəlki aylarla müqayisədə müəyyən canlanma müşahidə olunur. Azərbaycana xarici turist axını davam edir. Xüsusilə Yaponiya, Çin, Hindistan və Avropa ölkələrindən gələn turistlərin sayında artım nəzərə çarpır.

Bunu AZƏRTAC-a açıqlamasında turizm üzrə ekspert Əziz Şiriyev bildirib.

Ekspert qeyd edib ki, turistlərin müxtəlif ölkələrdən Azərbaycana gəlmələri müsbət tendensiyadır. “Bu, sevindirici haldır. Müxtəlif ölkələrdən turistlərin Azərbaycana cəlb olunması turizm axınının davamlılığı baxımından mühüm əhəmiyyət daşıyır. Çünki hər hansı bir ölkədən gələn turist sayında uçuşlarla bağlı texniki məsələlər və ya digər amillər səbəbindən müəyyən məhdudiyyətlər yarana bilər. Belə hallarda daha çox ölkədən turistlərin gəlmələri ümumi turizm axınının sabitliyini təmin edir”, - deyə o əlavə edib.

Əziz Şiriyevin sözlərinə görə, turistlərin ölkəmizə səfərləri iqtisadiyyatın müxtəlif sahələrinə, eləcə də sosial-iqtisadi inkişafa müsbət təsir göstərir.

Paylaş:
Baxılıb: 191 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31