Azərbaycanda Dünya Turizm Günü qeyd edilir
27.09.2014 [10:26]
Hər il sentyabrın 27-də planetimizin hər yerində Dünya Turizm Günü qeyd edilir.
AzərTAc xəbər verir ki, bu münasibətlə sentyabrın 26-da “Hilton Baku” mehmanxanasında dövlət və hökumət rəsmilərinin, turizm sənayesində fəaliyyət göstərən özəl sektorun nümayəndələrinin, həmçinin, ölkəmizdə akkreditə olunmuş diplomatların iştirakı ilə konfrans keçirilib.
Konfrans öz işinə Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin turizm sektorunun nümayəndələrinə videomüraciəti ilə başlayıb.
Məlumat verilib ki, 1979-cu ildə BMT-nin Dünya Turizm Təşkilatının Baş Assambleyası tərəfindən 27 sentyabr - Dünya Turizm Günü kimi təsis olunub. Bayramın məqsədi turizmin təbliği, onun dünya iqtisadiyyatının inkişafına təsiri barədə maarifləndirmə, müxtəlif ölkələr arasında əlaqələrin inkişaf etdirilməsidir. 1980-ci ildən başlayaraq bu bayram Dünya Turizm Təşkilatına üzv ölkələr tərəfindən mütəmadi qeyd olunur. Bu il Dünya Turizm Günü “Turizm və yerli icmaların inkişafı” devizi ilə Meksikanın Qvadalaxara şəhərində qeyd olunacaq.
Azərbaycanda da hər il olduğu kimi, Dünya Turizm Günü münasibətilə paytaxt Bakıda və bölgələrdə müxtəlif tədbirlər keçirilir.
Konfransda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son illər ölkəmizdə turizm sahəsində görülmüş işlərdən, əldə olunmuş uğurlardan söz açıb. Bildirib ki, son vaxtlar turizm dünyada iqtisadiyyatın gəlir gətirən sahələrindən birinə çevrilib. Turizm sahəsinin ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası uğurla davam etdirilməkdədir.
Ə.Qarayev deyib ki, əvvəlcədən görülən tədbirlər nəticəsində bu il yay mövsümündə heç bir müəssisədə hər hansı fövqəladə və ya narahatlıq törədən hadisə baş verməyib. Bu il qiymətlərin artımı da qeydə alınmayıb, hətta bu günlərdə Azərbaycanın müxtəlif bölgələrində artıq iki və üçulduzlu otellərin fəaliyyətinə uyğun olaraq qiymət və xidmət tarazlığı müşahidə olunub. Əminik ki, bu proses davam edəcək. Biz işimizi bununla məhdudlaşdırmaq istəmirik. Oktyabrın 1-də Dünya Turizm Təşkilatı İcraiyyə Komitəsinin Səmərqənddə keçiriləcək iclasında Azərbaycanın mövqeyinin gücləndirilməsi məqsədilə müvafiq qərarların qəbul edilməsi üçün işlər aparılır. Azərbaycanın daha geniş şəkildə bu layihələrdə iştirakını təmin etməliyik.
Ə.Qarayev bildirib ki, Azərbaycanda turizm şirkətlərinin və otellərin sayı artmaqdadır. Artıq 35 min yataq yeri olan potensialımız mövcuddur. Son illərdə dövlətimizin başçısının tapşırığına əsasən, Azərbaycanda bütün lisenziyalaşdırma prosesi internet vasitəsilə həyata keçirilir. Bu da turizm sənayesinin inkişafına və sərbəst fəaliyyətinə imkan verir.
“Dünya turizm bazarında Azərbaycan öz yerini tutmaqdadır. Prezident İlham Əliyevin turizmə göstərdiyi gündəlik qayğı nəticəsində indi Azərbaycanda klasterlərin formalaşdırılması bizim üçün artıq olduqca vacibdir. Klasterlər artıq Qəbələdə, Şahdağda, Qubada var. Biz indi Şəmkir-Göygöl bölgələrində də klasterin formalaşdırılmasına böyük maraq göstəririk. Düşünürəm ki, ondan sonra cənub bölgəsində də klaster formalaşdırılacaq. Bu, düzgün istiqamətdir.
Cari ilin mühüm bir hadisəsi həm də ondan ibarətdir ki, bu yay mövsümündə müstəqillik dövründə ilk dəfə ölkə rəhbərinin şəxsi təşəbbüsü nəticəsində Azərbaycanda “Ölkəmizi tanıyaq” adlı layihə gerçəkləşib. Bu layihə çərçivəsində 3000-ə yaxın yuxarı sinif şagirdi müxtəlif rayonları gəzərək maraqlı yerləri ziyarət edib. Şübhəsiz, bu aksiya gənclərin vətənpərvər ruhda tərbiyə olunmasında böyük rol oynayacaq”, - deyə nazir bildirib.
Sonra Azərbaycanda turizmin inkişafından bəhs edən videoçarx nümayiş olunub.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən həyata keçirilmiş “Ölkəmizi tanıyaq”, “Bakı Turizm Peşə Məktəbinin dəstəklənməsi” layihələri, ölkəmizdə yeni yaradılmış “City Sightseeing Baku” şirkəti tərəfindən yerli və xarici qonaqlara göstərilən xidmət, Azərbaycan Konqreslər Bürosunun fəaliyyəti, birinci Avropa Oyunlarının Azərbaycanda reallaşdırılması barədə təqdimatlar olub. Həmçinin “Baku Guide” bələdçi kataloqunun təqdimatı keçirilib.
Tədbirdə bu sahədə fərqlənənlərə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri turizm işçisi” döş nişanı, həmçinin Bakı Turizm İnformasiya Mərkəzinin fəxri diplomları təqdim edilib.
Konfrans çərçivəsində Türkiyə Səyahət Agentlikləri Birliyi (TÜRSAB) ilə “Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək” İctimai Birliyi arasında əməkdaşlıq memorandumu, eləcə də “City Sightseeing Baku” şirkəti ilə Azərbaycan Xalça Muzeyi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42

