Pakistanın “Tribute International” jurnalı Azərbaycandan yazır
02.12.2014 [09:33]
Pakistanın “Tribute International” jurnalının noyabr nömrəsində Azərbaycanla bağlı məqalələr dərc edilib.
Jurnalın üz qabığında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın şəkilləri əks olunub.
Nəşrdə Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanda həyata keçirilən layihələr, Azərbaycanın Konstitusiya Günü haqqında geniş məqalələr dərc olunub.
Jurnalist Bilal Şəhidin “Mehriban Əliyevanı alqışlayırıq” adlı məqaləsində Fondun 2005-ci ildə Pakistanda baş verən dağıdıcı zəlzələdən sonra bu ölkədə xeyriyyə tədbirləri həyata keçirdiyi və 2007-ci ildə Müzəffərabad şəhərində 500 nəfərlik qızlar məktəbi inşa etdirdiyi bildirilib.
Məqalədə qeyd edilib ki, 2012-ci ildən başlayaraq Azərbaycanın birinci xanımının təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində səhiyyə, təhsil və humanitar sahələrdə genişmiqyaslı layihələrin həyata keçirilməsinə başlanılıb. Bu proqram çərçivəsində Pakistanın Edhi Home kimsəsizlər evində sığınacaq tapan uşaq və ahıllara B hepatitinə qarşı pulsuz peyvənd kampaniyası aparılıb, Akbar Care Serebral İflic İnstitutunda, Lakki Marvat uşaq və qadın xəstəxanasında pulsuz müayinələr təşkil edilib, Hamza Fonduna 2000 ədəd qanköçürmə paketi və bir təcili yardım avtomobili hədiyyə edilib, Xayber Göz Fondu, Saif xeyriyyə fondları ilə də bir sıra layihələr həyata keçirilib. Məqalədə Lahor şəhərinin Ancuman Süleyman kimsəsiz uşaqlar evinə yardımlar edildiyi və yenidənqurma işlərinin aparıldığı qeyd olunub.
Dera İsmail Xan bölgəsində “Heydər Əliyev Su Təchizatı layihəsi”nin həyata keçirildiyi bildirilən yazıda Mehriban Əliyevanın dəstəyi ilə “Yaşıl kənd” layihəsi çərçivəsində Pəncab əyalətinin Qucar Xan bölgəsinin Soheyl Xinger kəndində bərpa olunan enerji ilə işləyən su təchizatı sisteminin inşa edildiyi vurğulanıb.
Müəllif Fondun Müzəffərabad şəhərində tikilmiş məktəbin təchizatı məsələsinin daim diqqət mərkəzində saxlandığını, orada yenidənqurma işlərinin aparıldığını və 2012-ci ildə məktəbə Mehriban Əliyevanın adının verildiyini bildirib.
Məqalədə Pakistanda həyata keçirdiyi layihələrə görə Heydər Əliyev Fondunun prezidentinin bir sıra mükafatlarla təltif olunduğu da qeyd edilib. Həmçinin, Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bütün bu layihələrin Pakistan xalqı tərəfindən yüksək qiymətləndirildiyi, bunun isə dövlətlərimiz arasında münasibətlərin inkişafına xüsusi təkan verdiyi vurğulanıb.
Raca Caved Battinin “12 noyabr Azərbaycanın Konstitusiya Günüdür” adlı məqaləsində isə müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının tarixindən bəhs edilib. Məqalədə Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərindən də söhbət açılıb. Həmçinin Azərbaycan Konstitusiyasının bəzi maddələrindən çıxarışlar verilib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

