Fransanın “La Revue” qəzeti: Aznavur xaric oxuyanda
10.07.2015 [09:57]
Fransanın “La Revue” qəzetində “Aznavur xaric oxuyanda” adlı məqalə dərc olunub.
Azərbaycanın Fransadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, müəllif Jan-Lui Guro məqalədə erməni əsilli müğənni Şarl Aznavurun “Le Monde” qəzetində dərc olunan yazısını kəskin şəkildə tənqid edib.
Jan-Lui Guro qondarma “erməni soyqırımı”nın “100 illiyi”nə həsr olunan tədbirdə Şarl Aznavurun dünyaya “əxlaq dərsi keçməsi” ilə bağlı fikirlərini bildirir. O, Aznavuru reallıqdan uzaq olmamağa çağırır və azərbaycanlılara qarşı Xocalıda törədilən soyqırımını xatırladır.
Məqalədə qeyd edilir ki, Aznavurun doğru olmayan ifadələr işlətməsi, münasibətləri gərginləşdirməsi və onsuz da mürəkkəb olan vəziyyəti daha da çətinləşdirməsi yaxşı hal deyil. “Siz Azərbaycanın Ermənistan üçün təhdid olmadığını yaxşı bilirsiniz. Azərbaycan ərazisinin 20 faizini hərbi yolla işğal edən məhz Ermənistandır”, - deyə məqalədə vurğulanır. Müəllif Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə yanaşı, ermənilərin heç vaxt yaşamadıqları ətraf yeddi rayonunun da Ermənistanın işğalı altında olduğunu xatırladır. Jan-Lui Guro Aznavura müraciətlə bildirir: “Niyə demirsiniz ki, Dağlıq Qarabağı ələ keçirən Ermənistan orada etnik təmizləmə aparıb? 1992-ci ilin fevralında Xocalıda yüzlərlə dinc azərbaycanlı, o cümlədən qadınlar, uşaqlar və qocalar sizin qohumlarınız tərəfindən amansızcasına qətlə yetirilməyibmi? Əsl soyqırımı məhz budur”.
Məqalədə bu gün Azərbaycanda 30 min erməninin dinc şəkildə yaşadığı, Ermənistanda isə bir nəfər də olsa azərbaycanlının yaşamadığı diqqətə çatdırılır. “Mən məsələni daha da gərginləşdirməməyə və başqalarına böhtan atmamağa çağırıram”, - deyə müəllif qeyd edir.
Xəbər lenti
Hamısına baxElm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Gündəm
08 Oktyabr 18:46
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28

