Pelosinin təyyarəsi Tayvana enərsə...
02.08.2022 [11:04]
Nicat PAŞA
Tayvan məsələsi ilə bağlı Çin ilə ABŞ arasında möcvud olan siyasi gərginlik artır. Bundan öncəki sayımızda iki nəhəng ölkə arasında baş verə biləcək hərbi toqquşma barədə geniş araşdırma yazısı təqdim etmişdik. Dünən isə sözügedən məsələ ilə bağlı xarici mətbuatda daha bir önəmli məlumat yayıldı. Xarici KİV-lərin tirajladığı xəbərlərdə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Asiyaya səfəri zamanı təyyarəsinin texniki nasazlıq və ya yanacaq doldurma ehtiyacı bəhanəsi ilə Tayvana eniş edə biləcəyi deyilir.
“Çin hərbi patrulları, radarları, eləcə də təlimlərə cəlb olunan qüvvələr yaxın günlərdə yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməlidir”, - deyə məlumatda qeyd olunur. O da diqqətə çatdırılır ki, əgər Pelosinin təyyarəsində problem yaranarsa, o zaman Çin ordusu müdafiəni təmin edə və onun Cənubi Çin dənizindəki Haynan əyalətinin Sanşa şəhərindəki hava limanına və ya materik Çindəki digər hava limanlarına enməsinə icazə verə bilər. Çinli analitiklərin qənaətinə görə, Pelosinin rəsmi səyahət proqramında Tayvanın olmaması onun Çinə birbaşa və açıq şəkildə meydan oxumağa cəsarət etmədiyinin göstəricisidir. Bununla belə, ekspertlər Tayvanı ziyarət etmək cəhdlərini istisna etmirlər.
Bundan əvvəl isə Çin Pelosinin Tayvana səfər edəcəyi təqdirdə qətiyyətli addım atacağı ilə qarşı tərəfi hədələyib. Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefei ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi səfərini ləğv etməsə, Çin ordusunun bunun qarşısını almaq üçün addımlar atacağını bildirib. Ardınca 90 təyyarə və helikopterlə silahlanmış Amerika nüvə aviadaşıyıcısı “Ronald Reyqan”ın hücum qrupu Cənubi Çin dənizinə daxil olub. Çin Quandun əyaləti sahillərində Qiongzhou boğazının qərb hissəsində iki günlük hərbi təlimlərə başlayıb.
Qeyd edək ki, Nümayəndələr Palatasından verilən yazılı açıqlamada Tayvan ziyarət ediləcək ölkələr arasında yer almayıb. “Bu gün nümayəndə heyətimiz regiondakı müttəfiqlərimizə güclü və sarsılmaz sadiqliyini bir daha sübut etmək üçün Hind-Sakit okeana səfər edir. Sinqapur, Malayziya, Cənubi Koreya və Yaponiyada sülh, ticarət, COVID-19 pandemiyası, iqlim böhranı, insan hüquqları daxil olmaqla yüksək səviyyəli görüşlər keçirəcək”, - açıqlamada deyilir.
Xatırladaq ki, iki ay öncə Bayden Asiyaya altı günlük səfərini Çinə beynəlxalq nizamın fundamental prinsiplərini dəstəkləməsi barədə xəbərdarlıqla sona çatdırmışdı. Yaponiya, Hindistan və Avstraliya liderləri ilə Tokioda sammitdə çıxış edən Bayden “ərazi bütövlüyü, suverenlik, beynəlxalq hüquq və insan hüquqları dünyanın harasında pozulmasından asılı olmayaraq, həmişə qorunmalıdır”, - deyə çıxışında deyirdi. Bir gün sonra isə ABŞ-ın Tayvanla bağlı strateji qeyri-müəyyənlik siyasətinin dəyişməz olduğunu qeyd edən Amerikanın dövlət başçısı “Bu siyasət ümumiyyətlə dəyişməyib. Bunu dünən açıqlama verəndə demişəm”, - deyə fikirlərini bir daha təsdiqləyib.
Çin mərkəzi hökuməti ilə onun ada əyaləti arasında rəsmi əlaqələr 1949-cu ildə, Çin Kommunist Partiyası ilə vətəndaş müharibəsində məğlub olan Çan Kay-Şekin başçılıq etdiyi Kuomintang qüvvələrinin Tayvana köçməsindən sonra kəsilib. Lakin işgüzar və qeyri-rəsmi əlaqələr 1980-ci illərin sonlarında bərpa olunub. 1990-cı illərin əvvəllərindən etibarən isə tərəflər qeyri-hökumət təşkilatları - Tayvan Boğazı boyunca Əlaqələrin İnkişafı üzrə Pekin Assosiasiyası və Boğazlararası Mübadilələr üzrə Taypey Fondu vasitəsilə əlaqə saxlamağa başlayıblar.
2016-cı ildən Tayvanın Pekinlə münasibətləri pisləşir. Bu səbəbdən də ada dövləti müstəqillik əldə etmək üçün səylərini səfərbər etməyə başlayır. Elə həmin vaxtdan da Çinin dövlət rəsmiləri xarici siyasət adamlarının adaya səfərlərini təxribat olaraq qiymətləndirməkdədirlər. ABŞ Konqresinin üzvlərinin adaya sonuncu səfəri 1997-ci ildə olub.
Tayvan Çin üçün olduqca əhəmiyyətli problemdir. Tayvan bir adadır və İngiltərə, Portuqaliya, ABŞ və İspaniya və digər bu kimi tarixi nümunələrə nəzər yetirdikdə aydın olur ki, dəniz subyektləri müdafiədə daha uğurlu hesab edilir. Vəziyyətin belə yaranmasında əsas səbəb desant əməliyyatları həyata keçirmək üçün hücum qüvvələrinə ehtiyacın olmasıdır.
Tayvan ada dövlətinin müstəqillik istəyindən geri çəkilməməsi və bununla da hərbi münaqişənin yaranması çox böyük gərginliyin hökm sürdüyü belə bir vaxtda dünya üçün olduqca ciddi bir problemin başlaması deməkdir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Gündəm
09 Oktyabr 10:33
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Gündəm
08 Oktyabr 18:46
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30

