NATO Baş katibliyinə yeni namizəd...
06.06.2023 [10:55]
Böyük Britaniya və ABŞ eyni şəxsi dəstəkləyəcək?
Dünyanın aparıcı hərbi ittifaqı sayılan Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti başa çatmaqdadır. Qeyd edək ki, Stoltenberq 2023-cü ilin sentyabrında başa çatacaq səlahiyyət müddətini uzatmaq niyyətində deyil. Bu barədə
NATO-nun sözçüsü Oana Lungesk bildirmişdi. O vurğulamışdı ki, Stoltenberq 9 ilə yaxındır ki, baş katibdir və artıq üç dəfə mandatını yeniləyib. 2014-cü ilin
oktyabrın 1-dən Avroatlantik Alyansa rəhbərlik edən Stoltenberq Norveç nümayəndəsi kimi iki seçki dönəmi - 8 il quruma rəhbərlik edib. Sonradan isə Yens Stoltenberqin səlahiyyət müddəti qeyri-rəsmi olaraq daha bir il daha uzadılıb - 35 ölkə bununla bağlı razılığa gəlib. Buna əsas kimi isə Stoltenberqin xüsusilə Ukraynadakı müharibə fonunda NATO üçün önəm daşıyan nailiyyətlər əldə etdiyi önə çəkilib.
Xatırladaq ki, baş katib Şimali Atlantika Müqaviləsi Təşkilatının ən yüksək vəzifəli şəxsi sayılır və təşkilatın işinin ümumi əlaqələndirilməsini yerinə yetirir, həmçinin Şimali Atlantika Şurasına sədrlik edir. Qurumda baş katib postunu ənənəvi olaraq, avropalılar daşıyır. Bu strukturlaşma ABŞ-ın NATO-dakı təsirini balanslaşdırmağa hesablanıb. Belə ki,
NATO-nun ən yüksək hərbi vəzifəsi sayılan Avropa Müttəfiq Qüvvələri baş komandanını ABŞ təyin edir. Baş katib NATO-ya üzv ölkələrin konsensusu əsasında 4 il müddətinə seçilir.
ABŞ britaniyalı “baş katib”ə “hə” deyəcəkmi?
Bu arada artıq Alyansa rəhbərlik etmək uğrunda mübarizəyə qoşulacaq namizədlərin adları yavaş-yavaş bəlli olur. Belə ki, Böyük Britaniyanın müdafiə naziri Ben Uolles NATO-nun yeni baş katibi vəzifəsinə namizədliyini irəli sürəcək. Bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunak ABŞ-a gözlənilən səfəri zamanı ABŞ prezidenti Co Baydendən Ben Uollesin NATO-nun yeni baş katibi vəzifəsinə namizədliyini dəstəkləməsini xahiş edəcək. Rişi Sunak bu həftə Vaşinqtona səfərindən Co Baydeni Böyük Britaniyanın müdafiə nazirini NATO-nun yüksək vəzifəsində dəstəkləməyə inandıracaq. Böyük Britaniyanın baş naziri bu mövzunu bu yaxınlarda Xirosimada keçirilən “Böyük Yeddilik” ölkələri liderlərinin görüşü çərçivəsində qaldırıb.
Yeni Baş katib niyə Britaniyadan olmalıdır?
Qeyd edək ki, Stoltenberqi kimin əvəz edəcəyi olduqca böyük maraq kəsb edir və bununla bağlı artıq bir ildir ki, müzakirələr səngimir. Bu dəfə Alyansın baş katibi postuna Aralıq dənizi regionu dövlətlərindən birinin nümayəndəsi təyin edilməlidir - İspaniya və Portuqaliyanın bu siyahıda olmadığını nəzərə alsaq, növbəlilik prinsipi ilə əsas diqqət İtaliyaya tuşlanırdı. Amma bu posta seçkilər sentyabrda keçiriləcək və bu baxımdan bir sıra amillər mütləq şəkildə nəzərə alınmadlıdır:
- həmin dövrə qədər dünya nizamında baş verəcək və ya baş verməsi proqnozlaşdırılan proseslərin inkişafı;
- Rusiya-Ukrayna müharibəsinin nəticələri;
- Alyansın genişlənmə planlarının irəliləmə trayektoriyası - Finlandiyanın ardından İsveçin də bu statusu alması hələ də sual altındadır;
- Ən əsası isə yeni və daha qlobal xarakterli müharibələr.
Beləliklə, Stoltenberqin vəzifədə olduğu dövrün də gərgin hadisələrlə müşayiət olunduğunu nəzərə alsaq, yeni dövr üçün bir sıra proqnozlar səsləndirmək olar. Bu dövr ərzində istər Yaxın Şərqdə baş verənlər, istər Avropadakı fikir ayrılıqları, istərsə də Rusiya - NATO münasibətləri əsas aktuallığı daşıyacaq. Avropanın daxili davranışları da bu məsələdə böyük əhəmiyyətə malik olacaq. Yəni, anqlosakson ittifaqı ilə avrosentristlərin mübarizəsinin qarşıdakı mərhələdə hansı səviyyəyə qalxacağını indidlən proqnozlaşdırmaq mümkün deyil - beləliklə, ABŞ-ın Mərkəzi Avropadan olan namizədə “hə” deyəcəyini gözləmək inandırıcı sayıla bilməz. Əksinə, Qərbi Avropa, konkret olaraq Britaniya nümayəndəsi Vaşinqton üçün daha məqbul sayılacaq.
Ben Uolles kimdir?
Şimali Atlantika Alyansına rəhbərlik etməyə hazırda ən şanslı namizəd kimi xarakterizə olunan Böyük Britaniyanın müdafiə naziri Robert Ben Lobban Uolles 2019-cu ildən tutduğu vəzifəni daşımaqdadır. 2016-2019-cu illərdə isə o, kiçik təhlükəsizlik naziri vəzifəsində çalışıb. Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının üzvü olan Uolles 2010-cu ildən İcmalar Palatasında təmsil olunur. 2005-ci ilə qədər orduda xidmət edib və kapitan hərbi rütbəsi daşıyır.
19 yaşında Sandxerst şəhərində yerləşən Kral Hərbi Akademiyasına daxil olan Uolles sonradan Şotlandiya Qvardiyasında xidmət edir. 1998-ci ilə qədər ordudakı səkkiz illik karyerası ərzində o Şimali İrlandiya, Almaniya, Kipr və Mərkəzi Amerikada xidmət keçib. 2003-2005-ci illərdə “QinetiQ” şirkətinin xarici əlaqələr üzrə direktoru olub
1999-cu ildə Mühafizəkarlar Partiyasından Şimali Şərqi Şotlandiyadan Şotlandiya Assambleyasının (Şotlandiya Parlamenti) üzvü seçilib. 2005-ci ildə Uolles İngiltərənin Lankaster və Uayr bölgəsində seçkilərdə qalib gələrək Britaniya Parlamentinin üzvü olub. 2005-2010-cu illərdə Parlamentin Şotlandiya ilə bağlı Komitəsinin üzvü kimi fəaliyyət göstərib. Yenidən parlamentə seçildikdən sonra “portfelsiz nazir” olan Ken Klarkın şəxsi köməkçisi kimi çalışıb. 2012-ci ildə o, Xəzinədarlığın Lord Komissarı vəzifəsinə təyin edilib. Klark istefa verdikdən sonra isə yenidən sıravi deputat kimi fəaliyət göstərib. 2015-ci ildə nazirliyin Şimali İrlandiya üzrə müşaviri təyin edilib. Uolles Ukraynanın NATO-ya üzv olmaq istəklərini dəstəkləməsi ilə seçilir. O, Rusiyanın Ukraynaya müdaxiləsi zamanı törətdikləri hərəkətlərə görə rus generallarının hərbi məhkəməyə cəlb olunmasını istəyib. Şəxsi həyatına gəldikdə isə potensial baş katib evlidir, 3 övladı var.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

