/ / Azərbaycanda həyata keçirilən layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var
Azərbaycanda həyata keçirilən layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var
22.04.2024 [10:43]
Son illər həyata keçirilmiş infrastruktur islahatları Azərbaycanın davamlı inkişafına öz töhfəsini verir və bu tendensiya ildən-ilə güclənir. Xüsusilə də qlobal su çatışmazlığı şəraitində mühüm əhəmiyyət daşıyan suvarma sistemlərinin yaxşılaşdırılmasına və inkişafına yönəlmiş layihələrin həyata keçirilməsi ümumi inkişaf üçün strateji önəm daşıyır. Dünya ciddi quraqlıq problemi ilə üz-üzədir və bu amili nəzərə alan ölkələr sudan istifadədə israfçılığa yol verməməyə çalışırlar. Onilliklərdir qlobal səhralaşma problemi ilə üzləşən Azərbaycan da Kür və Araz hövzələrinin dayazlaşması ilə əlaqədar 2019-2021-ci illərdə ciddi suvarma böhranı yaşamışdı. 2022-ci ilin yağışlı yazında suvarma suyu qıtlığı ilə bağlı vəziyyət bir qədər sabitləşsə də, aydındır ki, problemin aradan qaldırılması yalnız yeni su anbarlarının tikilməsindən, suvarma kanallarının modernləşdirilməsindən və qənaətcil suvarma sistemlərindən istifadədən sonra mümkündür. Buna görə də, suvarma suyu çatışmazlığı problemini həll etmək üçün Kiçik Qafqazın bol sulu regionunda çayların və su anbarlarının ehtiyatlarının cəlb edilməsinə böyük əhəmiyyət verilir.
16 aprel 2024-cü il tarixində cənab İlham Əliyev Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində iştirak etdi. Azərbaycanda həyata keçirilən layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var. Bu kanal uzun illərdir fəaliyyət gösrərib. İllər keçdikcə istismar nəticəsində kanalın böyük bir hissəsi sıradan çıxmışdır. Nəticədə su sizması ətraf ərzilərin şoranlaşmasına gətirib çıxarıb. Bu kanal 1958-ci ildə inşa edilib. Nəzərdə tutulub ki, kanal yenidən inşa edilsin və minlərlə insan bu layihədən yararlansın. Bərpa işlərindən sonra kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 km.dən çox olacaq. Bu icranın başa çarmasından sonra 230 min hektar əkin sahəsini əhatə edəcək. Haçıqabul gölü 10 ildən çoxdur ki quruyub. Bu kanal istifadəyə veriləndən sonra göl də dolacaq və bunun təbiətə müsbət təsiri olacaq. Son illərdə infrastruktur layihələri geniş miqyas alıb. Məsələn elektrik enerjisi, avtomobil yolları, dəmiryolları, su kəmərləri, o cümlədən içməli su layihələri artıq öz səmərəsini göstərməkdədir. Şimal və qərb bölgələrində əkin üçün yararlı olan torpaqların həçmi artırılmışdır. Bu baxımdan Şirvan kanalı bu layuhələrin icində ən əhəmiyyətlisi olacaq.
Qarabağın və ona bitişik yeddi Azərbaycan rayonunun otuz illik işğalı ərzində erməni təcavüzkarları rayonun su infrastrukturunu tamamilə yararsız vəziyyətə salmaları da su təsərrüfatında quruculuq və bərpa işlərinin intensiv aparılmasına zərurət yaradır. Bu gün işğalçıların qovulmasından sonra Azərbaycan regionun bütün əsas çaylarının və su anbarlarının drenajına tam nəzarət edir və uzunmüddətli əsaslarla su infrastrukturunun modernləşdirilməsi üzrə layihələr planlaşdırıb həyata keçirə bilir. Bu, gələcək üçün son dərəcə vacib məqamdır, çünki BMT və bir sıra digər beynəlxalq analitik mərkəzlərin proqnozlarına görə, 2040-cı ilə qədər planetdə əsas qıt resurs içməli və suvarma suyu olacaqdır. Su anbarlarının ölkənin iqtisadi dövriyyəsinə qaytarılması nəticəsində Azərbaycanda şirin və suvarma su sahəsində vəziyyət xeyli yaxşılaşacaq.
Ölkədə həyata keçirilən layihələrin bəziləri artıq öz bəhrəsini verməyə başlamışdır. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri ölkənin inkişafının əsas göstəricilərindəndir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri sayəsində kənd təsərrüfatının inkişafı gözlə görüləcək şəkildə dəyişmişdir. Burada tətbiq edilən ən son texnologiyalar əsasında taxılçılıq, meyvəçilik, bostançılıq geniş vüsət alacaqdır.Göründüyü üzrə Azərbaycanın inkişafında yeni infrastruktur layihələrinin özünəməxsus rolu vardır. Hər gün həyata keçirilən yeni layihələr nəticəsində ölkəmizin iqtisadiyyatı reginonda və dünya ölkələri arasında ön sıralarda yer alır.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

