Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Şirvan kanalının yenidən qurulması su itkilərini minimuma endirəcək

Şirvan kanalının yenidən qurulması su itkilərini minimuma endirəcək

22.04.2024 [15:15]

Bildiyimiz kimi, cari ilin aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və bu istiqamətdə çıxış edib.

Layihəsi 4 ilə icra edilən və 1958-ci ildə istismara verilən Şirvan kanalı suyu Mingəçevir su anbarının Xanabad bəndindəki baş qurğudan götürür. 1961-ci  ildə kanalın ikinci  hissəsi istismara verilib. Uzunluğu 122 km olan kanalın maksimum  su  sərfi  78 m3/saniyədir. Mənbəyini  Mingəçevir  su anbarından  götürən kanal  Kür çayının sol sahilindən keçməklə 112 min hektar əkin  sahəsinin suvarılmasını  təmin edirdi. Yuxarı Şirvan Kanalı İstismarı İdarəsi tərəfindən 2023-cü ildə  əvvəlindən etibarən torpaq məcrada 25 min m3  lildən təmizləmə işləri,  çay məcralarında isə 30 min m3-ə yaxın tənzimləmə işləri  aparılıb.  Lakin, bu təmir işləri aparılsa bu qənaetbəxs hesab edilmir. Əvvəllər isə kanalın  istismara  verilməsi Şirvan düzündə öz axını  ilə suvarılan sahələrin su ilə təmin olunmasına  şərait  yaradır. Kanaldan su ilə təmin olunan Yevlax, Ağdaş, Göyçay, Ucar, Kürdəmir, Ağsu, Zərdab, İsmayıllı, Hacıqabul və Şamaxı rayonlarının 150 min hektardan daha çox torpaq sahələri suvarma suyu ilə təmin edirdi. Lakin, kanalının su potensialın yüksək olmasına baxmayaraq, xüsusilə yay aylarında su itkiləri ən azı 27%-dən artıq təşkil edir. Möhtərəm  cənab Prezidentin təşəbbüsü ilə Türkiyənin aparıcı şirkətləri bu itkilərin minimuma endirilməsi üçün kanalın yenidən qurulmasını təmin edəcəklər.

Bununla bölgəyə, yeni nəfər yeni həyat gəlmiş olacaqdır. Bu layihə möhtərəm cənab Prezidentin “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində görülən islahatların bir hissəsinə təşkil edir. Önümüzdə bu istiqamətdə daha böyük islahatların şahidi olacağıq.

Azər Süleymanov,

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 565 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31