Qarabağın incisi Şuşanın yeni tarixi başlayır
14.05.2024 [14:44]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin düşmən tapdağı altında qalan torpaqlarımızın işğaldan azad etməsi bütün bəşəriyyətə ölkəmizin gücünün, qüdrətinin nümayişi oldu. Azərbaycan bütün dünyaya göstərdi ki, Onun savaşı haqq savaşıdır. Qalib ölkəmizin Qalib Lideri cənab İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində ölkəmiz öndə gedən dövlətlərdən biri kimi dünyanın siyasət aləmində böyük nüfuz qazandı.
Qalib Azərbaycan dövləti vandal düşmənin vəhşicəsinə dağıtdığı yurdlarımızı sürətlə dirçəltməyə başladı. 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız Azərbaycan dövlətinin gücü sayəsində dünyada misli bərabərinə rastlanmayan quruculuq meydanına çevrildi. Yollar çəkildi, körpülər salındı, hava limanları tikilib istifadəyə verildi, müasir yaşayış məskənləri salındı. Yurdlarına dönən keçmiş məcburi köçkünlərimizin isti od-ocaqlarına qovuşmaları, o torpaqlarda doğulan körpələrin şən qəhqəhələri bir daha dünyaya "Qarabağ Azərbaycandır!" ismarıçı verdi.
Mayın 10-da Ulu Öndər Heydər Əliyevin 101-ci doğum günündə, 32 ildən sonra öz doğma yurd yerlərinə dönən şuşalılarla görüşündə Prezidentimiz cənab İlham Əliyev qeyd etdi ki, mayın 10-u hər birimiz üçün, təbii ki, mənim üçün əziz gündür - Ulu Öndərin doğum günüdür. Onun ən böyük arzusu bu reallıqları görmək idi, işğala son qoymaq idi və məhz onun fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq.
Dahi şəxsiyyət Heydər Əliyevin doğum gününə daha bir tarixi gün əlavə edildi. Azərbaycan xalqının, dövlətinin dahi xilaskarı Ulu Öndər Heydər Əliyevin vaxtilə cani-könüldən dilədiyi Qarabağ, Şuşa arzularının çin olduğu müqəddəs gündə dövlət başçımız 32 ildən sonra Şuşaya köçmüş ilk sakinlərlə görüşdü.
“Bu gün isə Şuşanın yeni tarixi başlayır. Mən 2020-ci il noyabrın 8-də xalqa müraciətimdə demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bax, bu gün biz dirçəldilən Şuşanı görürük. Təkcə bu gözəl binalar deyil, Şuşada çox genişmiqyaslı quruculuq işləri gedir. Bu gün Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdur. Bu birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Onun bir hissəsi artıq hazırdır. Bu gün siz bu mənzillərə köçəcəksiniz. Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilmişdir. Şərait çox gözəldir və əminəm ki, uzun fasilədən sonra şuşalılar burada rahat yaşayacaqlar, yaradacaqlar, quracaqlar, öz doğma şəhərinin tarixi simasını qoruyacaqlar”.
Bəli, Qalib Liderimizin vurğuladığı kimi ölkəmizin tarixinə qızıl hərflərlə yazıln 44 günlük Vətən müharibəsi bitdikdən dərhal sonra haqq savaşına qalxan Azərbaycan xalqının Müzəffər Komandanının mükəmməl hərbi taktikası sayəsində üçrəngli bayrağımızın qürurla dalğalandırıldığı Şuşa da gülüstana, cənnətə çevrilir.
Möhtəşəm quruculuq işlərinin həyata keçirildiyi Qarabağın incisi Şuşa şəhərində soydaşlarımızın öz yurd-yuvalarına qayıtması üçün böyük layihələr həyata keçirilir, yollar çəkilir, tunellər salınır, elektrik stansiyaları quraşdırılır. Ulu Öndər Heydər Əliyev yolunun davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdəki doğma kənd və şəhərlərinə qayıdan insanlar üçün ən yaxşı həyat şəraiti yaradılacaq. Çünki bu insanlar uzun illər məcburi köçkün həyatı yaşayaraq çətinliklərə dözmüş, yurd həsrəti çəkmişlər. Artıq Ali Baş Komandanın qeyd etdiyi o gün reallığa çevrilib. Ulu Öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı ölkə Prezidentimizin rəhbərliyi ilə Azərbaycan xalqı cəmi 44 günə işğaldan azad edilən torpaqlarımıza, yurd yerlərimizə yenidən həyatı qaytarır. Bu da hər bir azərbaycanlının ürəyini dağa döndərir, ən əsası şəhidlərimizin ruhu şad edilir.
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

