Biz vədimizə sadiqik
06.06.2024 [15:56]
İyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil and Gas”) və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi (“Caspian Power”) öz işinə başlayıb. Ölkəmizdə elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” və cari ildə Azərbaycanın ev sahibliyi edəcəyi COP29 kimi mötəbər tədbir ərəfəsində belə bir tədbirin xüsusi əhəmiyyəti var. Sərginin açılış mərasimində iştirak edən cənab Prezident İlham Əliyev qeyd edib ki,1994-cü ildə fəaliyyətə başlayan Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynamışdır: “O vaxtdan bəri bu tədbir daha böyük tədbirə çevrilib və enerji siyasətinin bütün əsas seqmentlərini - neft, qaz, kəşfiyyat və hasilat, emal və nəqliyyatı və əlbəttə ki, yaşıl enerjini əhatə etdiyinə görə indi onun adı Bakı Enerji Həftəsidir.”
Otuz il bundan əvvəl Azərbaycanın kifayət qədər enerji resursları olmasına baxmayaraq enerji qıtlığı ilə üz-üzə qaldığını, Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunmasını diqqətə çatdıran ölkə başçısı belə bir şəraitdə heç kim investisiya qoymaq istəmirdi, daha doğrusu risklər böyük idi. Yalnız Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi bu problemin həllində ciddi dönüş yaratdı. Düzgün və çevik siyasət nəticəsində tezliklə ilkin razılaşmalar əldə olundu, beynəlxalq konsorsium yaradıldı və bizə etibar etdilər. Çünki artıq xalqın rəhbərliyə etimadını və inamını görür və hiss edirdilər. Nəticədə “birinci Xəzər Neft və Qaz Sərgisinin keçirilməsindən bir neçə ay sonra - 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bu da ölkənin transformasiyasında dönüş nöqtəsi oldu.”
20 il bundan əvvəl neft və qaz sərgisində “Şahdəniz” müqaviləsinin imzalanmasını yüksək qiymətləndirən cənab İlham Əliyev bildirdi ki, 4 iyun eyni zamanda BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə də yadda qalacaq: “Bu, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir və qazıntı yanacağının uzun illər ərzində təkcə bizim üçün yox, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirir.”
Ölkəmizin yaşıl enerjiyə keçid sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirən ölkə başçısı bildirdi ki, zəngin resurslarımızın olması bizə gələcəkdə enerji siyasətimizin bu əsasda davam etdirilməsi imkanını verəcəkdir.
Qazıntı yanacağı bol olan ölkələri qınaq obyektinə çevirməyin mənasız olduğunu bildirən cənab İlham Əliyev qeyd edib ki, bu gün biz əldə etdiyimiz nəticələrə görə qiymət verilməsini istəyirik. Çünki həmin ehtiyatlar hesabına ölkəmiz ağır böhran vəziyyətindən çıxmış və öz inkişaf yolunu müəyyən etmişdir: “Biz bu sərvəti müxtəlif vasitələrlə cəmiyyətə yönəltmişik, biz inklüziv cəmiyyət qura bilmişik, biz yoxsulluğu 50 faizdən 5 faizə endirə bilmişik, biz xarici borcumuzu təxminən 100 faizdən 7,7 faizə endirməyə müvəffəq olmuşuq.”
Yaşıl enerjiyə keçid istiqamətində həyata keçirilən layihələrdən söz açan ölkə rəhbəri demişdir: “Qarabağ və Şərqi Zəngəzurda hidroelektrik stansiyalarla bağlı gördüyümüz işləri əlavə etsək görərik ki, 2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir. Bir daha təkrar edirəm ki, bu, sadəcə, başlanğıcdır.”
COP29-a ev sahibliyi etmək kimi məsuliyyətli vəzifəni layiqincə yerinə yetirəcəyimizi əminliklə söyləyən ölkə başçısı bir daha qeyd etmişdir ki, Azərbaycan həmişə olduğu kimi vədinə sadiqdir.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45

