Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan-Pakistan münasibətlərində yeni mərhələ

Azərbaycan-Pakistan münasibətlərində yeni mərhələ

16.07.2024 [10:59]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif  iyulun 11-də İslamabadda mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident Ilham Əliyev çıxış edərək Pakistanla Azərbaycanın qardaşlığı  iki ölkə xalqlarının əsrlərlə bundan əvvələ təsadüf etdiyini, bir-birinə olan dərin hisslərinə əsaslandığını vurğulayıb. Ölkə başçısı Azərbaycana gələn pakistanlıların sayının son illər ərzində daha da artdığını  və bu səbəbdən Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşları həmkarı ilə müzakirə etdiklərini bildirib.  

“Pakistan ilə Azərbaycan qardaşdır  və dostur. Biz hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birimizi dəstəkləyirik”- deyən Prezident İlham Əliyev qeyd edib ki, ölkəmizin irəli sürdüyü təşəbbüsləri qardaş Pakistan dəstəkləyir  və eyni dəstək qarşılıqlı olur.

Dövlətimizin başçısı Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza olduğunu, Kəşmirlilərin hüquqlarının onilliklər boyu diqqətdən kənarda qaldığını, pozulduğunu söyləyib. Prezident əlavə edib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur. Ölkə başçısı Azərbaycanın Kəşmirdəki qardaşlarla hər zaman yan-yana olacağını, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıni bildirib.

Prezident İlham Əliyev çıxışında Pakistanın  2020-ci ildə başlamış Vətən müharibəsi zamanı Azərbaycanın yanında olmasından bəhs edib. Ölkə başçısı işğal dövründə də Pakistanın Azərbaycanın yanında olduğunu, İkinci Qarabağ müharibəsi – Vətən müharibəsi zamanı siyasi dəstək və ölkəmizin haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı bəyanatlarının bizə əlavə güc-qüvvət verdiyini vurğulayıb.

 “Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir”- deyən dövlətimzin başçısı 2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları olduğunu, bu isə münasibətlərimizi unikal etdiyini söyləyib.

Prezident İlham Əliyev yatırılacaq sərmayələrin ilkin həcminin təxminən iki milyard dollar olacağını bildirib. Ölkə başçısı energetika, infrastruktur, daşımalar və bir sıra digər sahələrdə, o cümlədən çox uğurla əməkdaşlıq edilən müdafiə sənayesində bir sıra layihələrin nəzərdən keçirildiyini, ölkələrimizin  güclü tərəfdaşlığının nəinki siyasi səviyyədə, o cümlədən iqtisadi, ticarət və sərmayələr sahələrində də quracağını diqqətə çatdırıb.

Bu gün ölkələrimiz arasında coxlu sənəd imzalandığını söyləyən ölkə başçısı güzəştli ticarətlə bağlı imzalanan sənədin xüsusi önəmi olduğunu, ilkin mərhələdə güzəştli ticarət formatına aid 9 maddəni müəyyən etdiklərini, lakin  bunun, yalnız başlanğıc olduğunu söyləyib.

Prezident İlham Əliyev “Biz hər zaman bir-birimizi dəstəkləmişik. Biz hər zaman əməkdaşlıq etmişik. Lakin hazırda biz ticarət, sərmayələr, sənaye, energetika, daşımalar, nəqliyyat dəhlizləri kimi sahələrin praktiki elementlərinə qədəm qoyuruq. Bütün bunlar bizim planlarımızdır və bütün planlarımız icra olunacaq”- deyərək  Pakistana sözügedən səfərinin yekunu olaraq mətbuata bəyanatında bildirib.

Beləliklə, Prezident İlham Əliyevin bu tarixi səfəri Azərbaycan və Pakistan arasında bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli inkişafına ciddi təsir göstərəcək, iki ölkə arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyacaq.

Sahib Şükürov

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 558 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31