Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlər bütün sahələrdə uğurla inkişaf edir
26.08.2024 [12:48]
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin uğurlu xarici siyasət strategiyası davam edir. Bu səbəbdəndir ki, digər dövlətlər daim Azərbaycanla əməkdaşlığa can atırlar. Beynəlxalq hüququn norma və prinsiplərinə tam olaraq əməl edən ölkəmiz qarşılıqlı əlaqələrin inkişafına xüsusi önəm verir. Şimal qonşumuz olan Rusiya ilə də münasibətlər son illərdə daha da inkişaf edir. Ölkə başçıları Prezident İlham Əliyev və Vladimir Putinin səmimi münasibətləri bu əlaqələrin daha da şaxələnməsinə böyük töhfə verir.
Beynəlxalq münasibətlər sistemində xüsusi çəkisi olan Rusiya Federasiyası ilə qarşılıqlı faydalı münasibətlərin bütün strateji əhəmiyyətli sahələrdə inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən birini təşkil edir. Bu da təsadüfi deyildir, Rusiya dövləti ilə ölkəmizin bir neçə əsrlik tarixi bağlılığı olmuşdur. SSRİ-nin süqutundan sonra müstəqil dövlətlər kimi Rusiya və Azərbaycanın münasibətləri yeni müstəviyə qədəm qoymuşdur.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ölkəmizə iki günlük səfəri diplomatik baxımdan yüksək dövlət statusuna malikdir. Səfər çərçivəsində Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi, eləcə də, aktual beynəlxalq və regional məsələlərin müzakirə olunması, dövlət başçılarının birgə bəyanatının qəbul edilməsi və hökümətlərarası sənədlərin imzalanması Azərbaycan-Rusiya arasında əməkdaşlığın daha da möhkəmlənməsinə müstəsna töhfələr verəcək.
Azərbaycan Cənubi Qafqazda Rusiya ilə bərabərhüquqlu münasibətlər sistemi yaratmağa nail olmuş ölkədir. Qonşu ölkənin praqmatik siyasi dairələri Azərbaycanın Cənubi Qafqazdakı strateji yerini və rolunu düzgün qiymətləndirir, ölkəmizlə çoxşaxəli əməkdaşlığın gücləndirilməsinə mühüm diqqət yetirirlər. Azərbaycan-Rusiya münasibətlərinin ölkəmizin milli maraqlarına uyğun istiqamətdə təşəkkül tapması Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu xarici siyasət kursunun mahiyyətindən irəli gəlmişdir. Faktiki olaraq bu kursu mümkün alternativlər sırasından Azərbaycanın perspektivi və milli təhlükəsizliyi baxımından ən uğurlu xətt hesab etmək olar.
Göründüyü kimi, ölkələrimiz arasında münasibətlər qarşılıqlı hörmətə, ərazi bütövlüyünün tanınmasına əsaslanır. Bu əlaqələrin qurulmasında, yüksələn xətlə inkişafında Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin xüsusi səyləri danılmazdır.
Otuz iki il ərzində iki ölkə arasında qazanılan böyük uğurlar nikbinlik və əminlik yaradır ki, Rusiya-Azərbaycan münasibətlərinin bundan sonra da durmadan inkişaf etdirilməsi xalqlarımızın milli maraqlarının və amallarının reallaşmasına, hər iki ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə şərait yaradacaq, Cənubi Qafqazda, habelə onun hüdudlarından kənarda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsinə müştərək töhfə olacaq.
Xəbər lenti
Hamısına baxDünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17

