Antiterror tədbirləri: Zəfər tariximizin şanlı səhifəsi!
19.09.2024 [14:46]
Xalqımızın şanlı tarixində mühüm yer tutan Qarabağdakı antiterror tədbirlərindən bir il ötür. Ötən il 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusu beynəlxalq hüquq və milli qanunvericilik çərçivəsində Qarabağda lokal antiterror tədbirləri həyata keçirərək ərazilərimizdəki qanunsuz erməni hərbi birləşmələri təslim olmağa məcbur etdi. Cəmi 23 saat ərzində Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinin ağ bayraq qaldırıb silahı yerə qoymaları, döyüş mövqelərindən və hərbi postlardan çıxaraq tam şəkildə tərk-silah olunmaları milli dövlətçilik tariximizdə yeni qəhrəmanlıq salnaməsidir.
Məlumdur ki, 2020-ci ilin noyabrında İrəvanın imzaladığı kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi. Halbuki, üçtərəfli bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları tərksilah edilməli idilər. Azərbaycanın konstruktiv çağırışlarının əvəzində erməni silahlı qüvvələri sayını artırmaqla, yeni silahlar alıb, təxribatlar törətməklə məşğul idilər. Vəziyyət o həddə çatmışdı ki Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”lərini seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər.
Eyni zamanda, erməni separatçıları tez-tez hərbi təxribatlar törədirdilər. Ötən ilin 19 sentyabrında isə Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri genişmiqyaslı hərbi təxribatlara və terror hücumlarına əl atdılar. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edildi. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, respublikamızın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.
Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Antiterror tədbirləri nəticəsində mülki əhaliyə heç bir zərər dəymədi. Bu o deməkdir ki, ordumuz humanitar qaydalara yüksək səviyyədə əməl etdi. Sentyabrın 28-də isə Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızı yüksəltdi, Azərbaycanın Zəfər tarixi ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı.
Xalqımız bu müqəddəs mübarizədə də Ali Baş Komandan və ordumuzun ətrafında yumruq kimi birləşdi. Eyni zamanda, ölkəmizdə fəaliyyət göstərən 23 siyasi partiya tərəfindən birgə Bəyanat qəbul edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti dəstəklədiklərini vurğuladılar. Təəssüf ki, həmişəki kimi radikal mövqedə olan partiyalar birgə bəyanata qoşulmayaraq öz “simalarını” bir daha nümayiş etdirdilər.
Antiterror tədbirlərinin uğurla başa çatmasından sonra Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətində isə yeni geosiyasi situasiyada bölgədə sonrakı tendensiyaların yol xəritəsi ortaya qoyuldu. Cənab Prezident onu da bildirdi ki, bu bölgə əsrlər boyu davalar, savaşlar məkanı olub və buna son vermək lazımdır. Dövlətimizin başçısı Azərbaycan və Ermənistanın öz aralarında olan məsələləri tənzimləyəcəyinə, sülh müqaviləsinin imzalayacağına və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacağına ümid etdiyini diqqətə çatdırdı. Vurğulandı ki, heç kim bizimlə diktə və ultimatum dilində danışa bilməz. Bu, müəyyən dairələrə ciddi mesajdır.
Beləliklə, Qarabağdakı antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam təmin olundu. Bu, böyük zəfərdir! Qarşıda hələ də hədəflərimiz var və inanırıq ki, xalqımız və dövlətimiz Prezident İlham Əliyevin lideriyi ilə yeni zəfərlərə doğru inamla irəliləyəcək!
Samir Vəliyev,
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

