YAP Quba rayon təşkilatının yaranmasının 20-ci ildönümü münasibətilə tədbir keçirilib
17.01.2013 [02:26]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının yaranmasının 20-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib. Tədbirdə Quba rayon İcra Hakimiyyətinin (RİH) başçısı, YAP Quba rayon təşkilatının İdarə Heyətinin üzvü Mübariz Ağayev, YAP Quba rayon təşkilatının çoxsaylı üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İlk öncə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsini ziyarət edib, abidənin önünə əklillər, gül-çiçək dəstələri düzüblər. Sonra tədbir rayondakı Heydər Əliyev Mərkəzində davam etdirilib.
Ümummilli liderimiz, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev çıxış edib. O, qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaranmasından qısa zaman ötdükdən sonra partiyanın Quba rayon təşkilatı fəaliyyətə başlayıb.
“Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilən ilk təsis yığıncağından sonra partiyanı dəstəkləyənlər sırasında Quba rayonunun ziyalıları da olub. Həmin dövrdə rayonda Azərbaycan Xalq Cəbhəsinin meydan suladığı bir vaxtda Quba ziyalıları təqiblərdən və təzyiqlərdən çəkinməyərək partiyanın rayon təşkilatının yaradılmasına hazırlıq işlərini görüblər və 1992-ci ilin dekabrında rayon təşkilatının təşəbbüs qrupunu yaradıblar. 1993-cü il yanvarın 16-da isə respublikanın rayonları arasında ikinci olaraq, məhz Qubada təsis konfransı keçirilərək Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatı yaradılıb”, - deyə Ədalət Nəbiyev vurğulayıb.
Natiq çıxışında daha sonra qeyd edib ki, hazırda YAP Quba rayon təşkilatı sağlam düşüncəli, partiyanın amalına sədaqətli, möhkəm əqidəli, cənab Prezidentimiz İlham Əliyevin daxili və xarici siyasətini dərindən başa düşən, onu ürəkdən bəyənən və dəstəkləyən 5673 nəfər partiya üzvünü öz ətrafında birləşdirib.
Daha sonra çıxış edən YAP Quba rayon təşkilatı aparatının rəhbəri Hüseyn Kərimov, YAP Quba rayon təşkilatı İdarə Heyətinin üzvü Həsən Günəşli, Hüseynağa Baxışov, Elza Orucova, Quba RİH başçısı Mübariz Ağayev öz məruzələrində partiyanın yaranmasından, keçdiyi şərəfli yoldan danışıblar.
Tədbirin sonunda YAP-ın sıralarına yeni qəbul edilən bir qrup şəxsə üzvlük vəsiqələri təqdim olunub.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24

