Qürur və fəxarət duyğusu ilə Şuşa Şəhəri Gününü qeyd edirik
07.11.2024 [16:56]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Haqq, ədalət savaşından qalib çıxan Azərbaycan xalqının Lideri, Prezident İlham Əliyevin sərəncamları ilə 26 Avqust - Laçın Şəhəri Günü, 20 Sentyabr - Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri günü, 4 Oktyabr - Cəbrayıl Şəhəri Günü, 17 Oktyabr - Füzuli Şəhəri Günü, 20 Oktyabr - Zəngilan Şəhəri Günü, 25 Oktyabr - Qubadlı Şəhəri Günü, 8 Noyabr - Şuşa Şəhəri Günü, 20 Noyabr - Ağdam Şəhəri Günü, 25 Noyabr - Kəlbəcər Şəhəri Günü kimi bayram edilir. Bu əlamətdar günlər eyni zamanda, şanlı tariximizin ən möhtəşəm səhifələridir.
Azərbaycanı qələbələrdən qələbələrə aparan Prezident İlham Əliyevin sərəncamları ilə xalqımız bu günlər qürurla, fəxrlə qeyd edir. Xalqımızın möhtəşəm birliyi, qüruru qarşısında erməni mifinin birdəfəlik darmadağın edildiyi 8 Noyabr günündə Zəfər Günü ilə birlikdə Şuşa Şəhəri Gününü də bayram edirik.
2024-cü il noyabrın 8-də Azərbaycan xalqı tarixi zəfərərin və Şuşa şəhərini işğaldan azad edildiyi gününün dördüncü ildönümünü qürur və fəxarət duyğusu ilə qeyd edəcək. Bəli, bu günlər xalqımız milli ruhun, ləyaqətin təntənəsi gününün böyük coşqusunu yaşayır.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallığa çevrildi. Eyni zamanda, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin düşmən tapdağı altında qalan torpaqlarımızın işğaldan azad etməsi bütün bəşəriyyətə ölkəmizin gücünün, qüdrətinin nümayişi oldu. Azərbaycan bütün dünyaya göstərdi ki, Onun savaşı haqq savaşıdır.
Azərbaycan xalqının, dövlətinin dahi xilaskarı Ulu Öndər Heydər Əliyevin vaxtilə cani-könüldən dilədiyi Qarabağ, Şuşa arzularının çin olduğu müqəddəs gündən Şuşanın yeni tarixi başladı. Ölkəmizin tarixinə qızıl hərflərlə yazıln 44 günlük Vətən müharibəsi bitdikdən dərhal sonra haqq savaşına qalxan Azərbaycan xalqının Müzəffər Komandanının mükəmməl hərbi taktikası sayəsində üçrəngli bayrağımızın qürurla dalğalandırıldığı Şuşa gülüstana, cənnətə çevrilir. Möhtəşəm quruculuq işlərinin həyata keçirildiyi Qarabağın incisi Şuşa şəhərində öz yurd-yuvalarına qayıdan soydaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması üçün böyük layihələr həyata keçirilir, yollar çəkilir, tunellər salınır, elektrik stansiyaları quraşdırılır.
Ulu Öndər Heydər Əliyev yolunun davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdəki doğma kənd və şəhərlərinə qayıdan insanlar üçün ən yaxşı həyat şəraiti yaradılacaq. Çünki bu insanlar uzun illər məcburi köçkün həyatı yaşayaraq çətinliklərə dözmüş, yurd həsrəti çəkmişlər. Artıq Ali Baş Komandanın qeyd etdiyi o gün reallığa çevrilib. Ulu Öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı ölkə Prezidentimizin rəhbərliyi ilə Azərbaycan xalqı cəmi 44 günə işğaldan azad edilən torpaqlarımıza, yurd yerlərimizi çənnətə çevirir. Yurdlarına dönən, isti od-ocaqlarına qovuşan soydaşlarımızın, o torpaqlarda doğulan körpələrin şən qəhqəhələri bir daha dünyaya “Qarabağ Azərbaycandır!” ismarıçı verir.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

