COP29 Azərbaycan tədbiri miqyasına görə çox uğurlu və parlaq oldu!
26.11.2024 [09:46]
Elşən Əzizov,
Yeni Azərbaycan PartiyasıSaatlı rayon təşkilatının sədri
Azərbaycanın qlobal aləmdə ən mühüm tədbirlərdən olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi bir sıra cəhətləri ilə əvvəlkilərdən fərqləndi. Azərbaycanın ciddi şəkildə hazırlaşıb, məsuliyyətlə başlayıb, uğurla yekunlaşdırdığı bu möhtəşəm beynəlxalq tədbir dövlətimiz üçün əhəmiyyətli, xalqımız üçün isə səmərəli oldu. Birmənalı şəkildə deyə bilərik ki, Azərbaycanın diplomatik mövqeyinin güclənib geniş miqyas alması, xalqımızın tərəqqisi üçün önəmli olan bu konfrans həm də dünyada dayanıqlı və “yaşıl” gələcək qurulmasına zəmin yaratdı. Konfrans günlərində qürurverici məqamlarla çox üzləşdik. Ancaq Azərbaycan Prezidenti cənab İlham Əliyevi dünyanın 70-dən artıq dövlət və hökumət başçıları ilə yanaşı görəndə nə zamansa olimpiada tarixi haqqında oxuduğum kitabdakı maraqlı məqamı xatırladım. Orada yazılırdı ki, müharibələrə görə olimpiya oyunlarına bir neçə il fasilə veriləndən sonra kimsə bu yarışların davam etdirilməsi təşəbbüsünü irəli sürür. Həmin məqsədlə Makedoniyalı İsgəndərin yanına da elçi göndərilir ki, yarışlarda iştirak etsin. İsgəndərin cavabı maraqlı olur: “Orada bütün krallar, dövlət başçıları iştirak edəcəksə, mən məmnuniyyətlə qatılaram”. Bəli, Azərbaycan Prezidentinin sülh və əmin-amanlığın bərqərar edildiyi region, sabit Avrasiya və çoxtərəfli əməkdaşlıqların səmərəli məcraya yönəldilmiş dünya naminə daim, bir çox hallarda təkbaşına mübarizə apardığı hamının gözü qarşısında idi.
Cənab Prezident İlham Əliyevin daha mütərəqqi cəmiyyətlər, daha firavan ölkələr və fəsadsız sabahlar üçün dünyanın əksər dövlət və hökumət başçıları ilə birlikdə çalışdığının da şahidinə çevrildik. BMT-nin təşkil etdiyi ən böyük beynəlxalq tədbirlərdən birinin – COP29-un ölkəmizdə keçirilməsi bütün ölkələr üçün əhəmiyyətli olsa da, ən çox Azərbaycanın maraqlarına cavab verdi. Çünki 44 günlük İkinci Qarabağ müharibəsindəki şanlı Qələbəmizdən sonra Azərbaycanın yaratdığı yeni reallıqlara xor baxanlar rəsmi Bakının ünvanına cəfəngiyyatlar səsləndirir, xalqımıza və liderimizə qarşı təzyiq və təhdidlərlə çıxış edirdilər. COP29 həmin “xor” kapellasına cavab vermək baxımından olduqca səmərəli oldu. İşğalçı Ermənistana himayədarlıq edən, kimlərisə revanşa inandırmağa çalışan siyasi dairələr dünya teleekranlarından gördülər ki, Azərbaycan, sözün həqiqi mənasında, güclü dövlətdir. COP29-da əldə olunan əsas nailiyyətlərdən biri də 2022-ci ildə təşəbbüs kimi irəli sürülmüş və iqlim dəyişmələrinin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımını nəzərdə tutan İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması oldu. Fondun 2025-ci ildən əməli fəaliyyətə başlaması nəzərdə tutulur. İtki və Zərər Fonduna ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon dollardan çoxdur. İqlim dəyişmələrinin fəsadlarının kiçik ada dövlətlərinə təsirlərinin yaratdığı çətinliklərin həlli Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən COP29 Sədrliyinin prioritetlərindən biri kimi müəyyən olunub. Bu baxımdan, İtki və Zərər Fondunun fəaliyyətə başlaması COP29 Sədrliyinin böyük uğuru oldu. Bu tədbirlə ölkəmiz imicini daha çox coğrafiyada genişləndirdi. Bu konfrans təkcə iqlim dəyişikliyi ilə bağlı aktual məsələlərin müzakirəsi platforması kimi yox, həm də ölkələrin haqq səslərinin eşidilməsi, onların birgə əməkdaşlıq şəbəkələri qurması baxımından da əhəmiyyətli oldu. COP29-da Azərbaycan qlobal problemlərin həllində sözdə deyil, əməldə də fəal iştirakçı olduğunu sübut etdi və ölkəmizin əksər dövlətlər tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyi bir daha onlar tərəfindən təsdiqləndi.
Beləcə, Azərbaycanı və bəşəriyyət qarşısında duran problemlərin həllini istəməyən qüvvələrin səylərinə baxmayaq, Bakıda keçirilən COP29 tədbirində COP tarixində ilk dəfə olaraq mühüm razılıqlar əldə edildi. Bu uğurlara, rəsmi Bakının sərf etdiyi böyük əmək nəticəsində nail olundu. Azərbaycan bu kimi tədbirləri keçirən və keçirmək istəyən dövlətlər üçün nümunə rolunu oynadı. Göstərmiş oldu ki, etimadı qazanmaq azdır, etimadı doğrultmaq lazımdır, tədbirin təşkil edilməsindən başlayaraq tədbirdə yekun nəticə əldə edilməsinə qədər yorulmadan işləmək lazımdır. COP29 sübut etdi ki, Azərbaycanın mövqeyi təkcə iqtisadi gücə və regional əhəmiyyətə deyil, həm də qlobal siyasətdə oynadığı fəal rola əsaslanır. Bu tarixi hadisə bir daha göstərdi ki, Azərbaycan yalnız bir ölkə deyil, qlobal problemlərin həllində mühüm tərəfdaş və liderdir. Gələcək nəsillər bu uğuru Azərbaycan xalqının milli qüruru və beynəlxalq nüfuzunun təcəssümü kimi xatırlayacaq.
Xəbər lenti
Hamısına baxSosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35

