Ədalətli mövqe
06.01.2025 [12:16]
Mansur Quliyev,
YAP Ağdam rayon təşkilatının sədri
Azərbaycan regionda geosiyasi potensiala malik olan bir dövlət kimi həm region, həm də bir sıra dünya ölkələri üçün önəmli tərəfdaşdır. Ölkəmiz Beynəlxalq münasibətlər sistemində aparıcı mövqeyə malikdir və hər zaman Beynəlxalq Hüququn norma, prinsiplərinə sadiqlik nümayiş etdirib.
Məlum olduğu kimi 25 dekabr 2024-cü il tarixində Bakı-Qroznı istiqamətində hərəkət edən “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinə məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması hər birimizi dərindən sarsıtdı.
Hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibə verdi. Dövlət Başçısı müsahibə zamanı bildirdi ki, Biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik. Dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada onlara çatdırıldı. Bu, nədən ibarətdir? Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək. Bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır.
Qeyd edək ki, dekabrın 29-da Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Qazaxıstanda Azərbaycana məxsus sərnişin təyyarəsinin qəzaya uğraması zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərən ekipaj üzvlərinin təltif edilməsi onların cəsarətini yüksək qiymətləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Həlak olan ekipaj üzvlərinin Prezident cənab İlham Əliyev tərəfindən təltif edilməsi bir daha hər birimizi qürurlandırdı və dövlətimizin hər zaman öz vətəndaşının yanında olduğunu dünyaya bir daha bəyan etmiş oldu.
Ən əsas reallıq isə ondan ibarətdir ki, bu gün ölkə Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində ölkəmiz dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Eyni zamanda uğurlarımıza yol açan məqamlardan biri də ölkəmizdə sabitliyin hökm sürməsidir. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayır. Bu sabitliyi və əminamanlığı isə heç bir bədnam qüvvə poza bilməz.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30

