Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir və mütləq həyata keçiriləcək
03.02.2025 [17:20]
Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür.İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə,beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir,qəbul edilmiş termindir.Əlbəttə ki, bu dəhlizin açılması üçün praktiki addımlar atırıq.Düzdür, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir,faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.
Prezident İlham Əliyev bu layihənin yalnız regional deyil, beynəlxalq səviyyədə də böyük önəm kəsb etdiyini diqqətə çatdırdı.Zəngəzur dəhlizi, Azərbaycanı beynəlxalq tranzit yolları üzərində mühüm bir halqa halına gətirəcək. Bu dəhliz vasitəsilə yük daşımalarının sürətinin artırılması, ticarət əlaqələrinin möhkəmləndirilməsi və iqtisadi mübadilələrin genişlənməsi mümkün olacaqdır.Dəhlizin açılması, həmçinin Azərbaycanın Avropa ilə Asiya arasında daha səmərəli və etibarlı nəqliyyat bağlantısı yaratmasına imkan verəcək.Zəngəzur dəhlizi Azərbaycanın əsas strateji prioritetlərindən biri olaraq, bölgədə yeni nəqliyyat və logistika imkanları yaratmağı hədəfləyir.Bu layihə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməklə yanaşı,Türkiyə və Orta Asiya ölkələri ilə quru bağlantısını gücləndirəcək.Dəhlizin açılması bölgədə ticarət və iqtisadi əlaqələri inkişaf etdirəcək,yeni nəqliyyat marşrutları yaradacaq və beynəlxalq yük daşımalarının həcmini artıracaq.Azərbaycan bu istiqamətdə konkret addımlar atır və layihənin reallaşması üçün regional və beynəlxalq tərəfdaşlarla danışıqlar aparır.Azərbaycandan Azərbaycana maneəsiz və azad keçidi özündə ehtiva edən Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi sovet hakimiyyəti illərində Azərbaycan xalqına qarşı həyata keçirilən böyük ədalətsizliyin və cinayətin ağır nəticələrinin aradan qaldırılması yönündə mühüm bir addım olacaq.Eyni zamanda,bu addım Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına, Azərbaycan torpaqlarında yaradılan Ermənistana "kupça" verilməsinə və onun legitimliyinin qəbul edilməsinə, həmçinin Ermənistanın dalandan çıxarılmasına və kommunikasiyaların açılmasına gətirib çıxaracaq.Bu baş vermədiyi təqdirdə Ermənistan "kupça"sız və qeyri-legitim ərazi kimi bütün kommunikasiya xətlərindən kənar dalan olaraq qalacaq.Ermənistan Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdırmadan öz gələcəyini təmin edə bilməz.Bütün bunlarla yanaşı bu gün Azərbaycan həm də Avrasiyanın nəqliyyat xəritəsinin mühüm qovşağına çevrilib. Bu məqsədlə birbaşa cənab Prezident İlham Əliyev tərəfindən böyük səylər göstərilib və praktiki işlər görülüb.Hazırda ölkəmizin ərazisindən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir.Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır.Qeyd olunmalıdır ki,Zəngəzur dəhlizi də birbaşa mühüm beynəlxalq nəqliyyat dəhlizlərinin önəmli bir hissəsidir.Möhtərəm dövlət başçımız öz çıxışında bu mövzuya toxunaraq xüsusi vurğuladı ki, Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir və mütləq həyata keçiriləcək. Ölkəmizin İkinci Qarabağ müharibəsindəki Zəfərindən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş termindir.Ermənistan özündə siyasi iradə tapmadığına görə bütün layihələrin kənar güclərin diktəsi altında reallaşmasında maraqlıdır.Amma Azərbaycan Prezidenti hər zaman bəyan edib ki, biz heç bir xarici aktorun öz standartlarını və iradəsini hökumətimizə,xalqımıza diktə etməsinə imkan verməyəcəyik.Bu mesaj beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən platformalarda da səslənib.Yəni,Zəngəzur dəhlizi üzərindən təzyiq cəhdlərinin də nəticəsi olmayacaq.Burada əsas söz sahibi Azərbaycandır.
Zəngəzur dəhlizi ilə bağlı çıxışı zamanı Prezident cənab İlham Əliyev bir daha qeyd etdi ki, bu, Azərbaycanın layihəsidir və mütləq həyata keçiriləcək.Xüsusilə qeyd etmək lazımdır ki, Zəngəzur dəhlizi region üçün böyük strateji əhəmiyyət kəsb edir.Buna görə də Ermənistan Cənubi Qafqazda öz maraqlarını təmin etməyə çalışan dövlətlərin əlində bir alətə çevrilmək siyasətindən əl çəkməli, öz gələcəyini düşünməli, reallığı qəbul etməli və öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir.
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

