Yeni geosiyasi reallıqlar və perspektivlər
17.02.2025 [17:23]
Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri
Prezident İlham Əliyev yanvarın 20-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində Azərbaycanın enerji siyasəti, iqtisadi inkişafı və beynəlxalq əməkdaşlıq məsələləri barədə danışıb. Dövlətimizin başçısı Azərbaycanın neft və qaz sektorunda əldə etdiyi nailiyyətlərdən bəhs edərək, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan addımları vurğulayıb.
Cənab İlham Əliyev Azərbaycanın uzunmüddətli inkişafı və enerji sektoru ilə bağlı ölkənin strateji əhəmiyyətini qeyd edib. O, həmçinin ölkəmizin qlobal enerji bazarlarında müstəsna rola sahib olduğunu və dünyanın müxtəlif bölgələrinə enerji ixracını artırmağı hədəflədiyini diqqətə çatdırıb.
Azərbaycanın neft və qaz sahəsindəki uğurları təkcə iqtisadi inkişaf üçün deyil, həm də regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Enerji resursları dayanıqlı inkişafın təmin edilməsi və beynəlxalq tərəfdaşlıqların möhkəmlənməsinə töhfə verir. Bu sahədə həyata keçirilən strateji layihələr və tərəfdaşlıqlar enerji təhlükəsizliyi və qlobal bazarlara inteqrasiyanı daha da gücləndirir.
Müsahibədə dövlət başçısı Azərbaycanın xarici siyasət prinsiplərindən bəhs edərək, heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasətin beynəlxalq arenada dəstəkləndiyini vurğulayıb. O, Azərbaycanın təxminən 200 ölkəni bir araya gətirən İqlim konfransına ev sahibliyi etməsini böyük məsuliyyət və nailiyyət kimi qiymətləndirib.
Cənab İlham Əliyev, həmçinin, Azərbaycan ilə Çin arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyətindən danışıb. Dövlət başçısı Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq əlaqələrinin inkişaf etdiyini, həmçinin iqtisadi əlaqələrin genişlənməsini qeyd edib. Azərbaycanın iqtisadi potensialı və regional nəqliyyat dəhlizlərindəki mühüm rolu, xüsusən də Şərq-Qərb və Şimal-Cənub istiqamətindəki layihələr önə çəkilib. Bununla yanaşı, ölkəmizin enerji təhlükəsizliyinə verdiyi töhfələr, o cümlədən enerji resursları və bərpa olunan enerji sahəsindəki əməkdaşlıq, qarşılıqlı ticarət dövriyyəsinin artmasına və daha geniş iqtisadi əməkdaşlığın inkişafına şərait yaradır.
Beləliklə, Prezident İlham Əliyevin CGTN telekanalına verdiyi müsahibədə səsləndirdiyi fikirlər ölkəmizin dünyadakı mövqeyini və xarici siyasətini təqdim etməklə yanaşı, həm də Azərbaycanın beynəlxalq münasibətlərdə və qlobal məsələlərdə fəal iştirakını əks etdirir. Bu cür müsahibələr həm də Azərbaycanın dünyada doğru imicini formalaşdırmağa, iqtisadi və siyasi əlaqələrini inkişaf etdirməyə kömək edir.
Xəbər lenti
Hamısına baxSiyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49

