Əlaqələrimiz yüksələn xətlə inkişaf edəcəkdir
04.04.2025 [18:54]
Polad Ağakişiyev,
YAP Qazax rayon təşkilatının məsləhətçisi
Azərbaycan dünyanın qarışıq bir dövründə xarici siyasət kursunu milli maraqlara uyğun quraraq həm region ölkələri, həm də beynəlxalq aləmdə vacib tərəfdaşa çevrilib. Bölgədə söz sahibi , iqtisadi, siyasi gücə malik olan ölkəmizin nüfuzu və mövqeyi günü-gündən möhkəmlənir. Dünya ölkələrinin liderlərinin ölkəmizə çoxsaylı səfərləri, qlobal əhəmiyyətli tədbirlərin məhz respublikamızda keçirilməsi bunun əyani sübutudur.
Azərbaycan və Almaniya arasında münasibətlər qarşılıqlı hörmət üzərində qurulub. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Almaniyaya müntəzəm səfərləri ikitərəfli gündəmin kifayət qədər geniş olmasını sübut edir. Qeyd etmək lazımdır ki, Almaniya Avropa İttifaqında İtaliyadan sonra Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır və cari ilin ilk rübündə dünya üzrə on ən iri ticarət tərəfdaşları arasındadır. İqtisadi əməkdaşlığın ənənəvi sahələri ilə yanaşı, alman şirkətlər Azərbaycanla yaşıl enerjiyə keçid və bərpa olunan enerji layihələrinin genişləndirilməsi sahəsində əməkdaşlıqda da xüsusilə maraqlıdır.
Aprel ayının 2-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Stanmayerin Azərbaycana rəsmi səfəri Azərbaycan və Almaniya münasibətlərinin qarşılıqlı hörmətə əsaslandığının əyani sübutudur. Səfər çərçivəsində mətbuata verilən bəyanatında Prezidentimiz cənab İlham Əliyev bildirdi ki, həm təkbətək görüşdə söhbət əsnasında, həm də nümayəndə heyətlərinin iştirakı ilə apardığımız danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı müzakirə edilmişdir. Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir. İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona görə biz hesab edirik ki, gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq, xüsusilə bərpaolunan enerji sahəsində - harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var. Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik və bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir.
Dövlətimizin Başçısı vurğuladı ki, Azərbaycan 30 il ərzində erməni işğalından əziyyət çəkmişdir. Bizim xalqımız etnik təmizləməyə məruz qalmışdır. Bir milyon azərbaycanlı erməni aqressiyasına görə evsiz-eşiksiz qalmışdır və torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdür. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı ciddi addım atmamışlar. Azərbaycan bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etmişdir. Məhz bu tarixi Zəfərimiz sülh danışıqlarına yol açmışdır. Hesab edirəm ki, bu gün Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqeləri bir-birinə kifayət qədər yaxınlaşmışdır. Eyni zamanda, bu gün digər beynəlxalq məsələlər də müzakirə edildi, o cümlədən Amerika-Avropa İttifaqı gərginliyi, Rusiya-Qərb gərginliyi. Bütün bu məsələlər təbii olaraq bütün dünyaya təsir edir və səmimi fikir mübadiləsi aparmaq mənim üçün çox önəmli idi. Əminəm ki, bu səfərin çox müsbət nəticələri olacaqdır. İkitərəfli münasibətlərimizin tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəridir. Əminəm ki, səfərin yekunları bizim ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir
Qeyd edək ki, Azərbaycan Respublikasının xarici işlər nazirinin Almaniyaya 14 rəsmi və işgüzar səfəri olmuşdur. Almaniya Federativ Respublikasının xarici işlər nazirinin Azərbaycana 8 rəsmi və işgüzar səfəri həyata keçirilmişdir. Parlamentlərarası əlaqələrə gəlincə Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan - Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Almaniya Bundestaqında Almaniya-Cənubi Qafqaz parlament qrupu Azərbaycanı da əhatə edir. Azərbaycan Respublikası Milli Məclisi sədrinin Almaniyaya 2 dəfə səfər etmişdir. Almaniya Bundestaqının vitse - prezidentinin isə Azərbaycana 1 səfəri həyata keçirilmişdir.
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Stanmayerin Azərbaycana rəsmi səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mətbuata bəyanatı, jurnalistlərin suallarını əhatəli və məzmunlu cavablandırması bir daha əminlik yaratdı ki, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq bundan sonra da yüksələn xətlə inkişaf edəcəkdir.
Xəbər lenti
Hamısına baxDünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20

