Almaniya-Azərbaycan tərəfdaşlığı: geosiyasi əməkdaşlıq modeli
07.04.2025 [14:59]
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri
Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında mövcud olan əlaqələr 1992-ci ildən bu günə qədər mühüm inkişaf mərhələlərini keçmişdir. Almaniya Azərbaycanın müstəqilliyini 12 yanvar 1992-ci il tarixində tanımış, iki ölkə arasında diplomatik münasibətlər isə 20 fevral 1992-ci ildə qurulmuşdur. Həmin ilin sentyabr ayında qarşılıqlı səfirliklərin açılması münasibətlərin institusional əsasını daha da möhkəmləndirmişdir. Bu əlaqələr təkcə siyasi müstəvidə deyil, iqtisadi, enerji və humanitar sahələrdə də sürətlə genişlənmişdir.
2025-ci ilin 1 aprel tarixində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri münasibətlərin inkişafında yeni mərhələ kimi qiymətləndirilir. Azərbaycan Prezidenti İlham Əliyev mətbuata verdiyi bəyanatda bu səfəri “əlaqələrimizə yeni müsbət təkan verəcəkdir” ifadəsi ilə qiymətləndirmiş və bu səfərin həm ikitərəfli münasibətlər, həm də beynəlxalq əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıdığını bildirmişdir.
Təkbətək görüşlərdə və nümayəndə heyətləri arasında aparılan danışıqlarda Almaniya-Azərbaycan münasibətlərinin gələcək inkişaf perspektivləri geniş müzakirə edilmişdir. İqtisadi göstəricilər bu sahədə olan irəliləyişi təsdiqləyir. 2025-ci ilin ilk iki ayında ticarət dövriyyəsinin təxminən üç dəfə artması, xüsusilə Azərbaycanın Almaniyaya xam neft ixracını artırması buna nümunədir. Lakin qarşıya qoyulan məqsəd ticarətin yalnız enerji ilə məhdudlaşmaması, şaxələndirilmiş və dayanıqlı iqtisadi əməkdaşlığın təşviqidir.
Bərpaolunan enerji sahəsində əməkdaşlıq iki ölkə arasında qarşılıqlı marağın yeni istiqamətidir. Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerji üzrə istehsal gücünü 6 giqavata çatdırmaq niyyətindədir. Bu sahədə Almaniya şirkətlərinin təcrübəsi və texnoloji imkanları ilə Azərbaycanın enerji potensialı arasında sinerji yaradılması planlaşdırılır. Bu, həm ölkə daxilində dayanıqlı enerji sisteminin qurulması, həm də Avropa bazarına yaşıl enerji ixracı üçün strateji zəmin yaradır.
2024-cü ildə keçirilmiş COP29 beynəlxalq iqlim konfransı Azərbaycanın qlobal iqlim siyasətində fəal iştirakının sübutudur. Konfransa 197 ölkədən 77 mindən çox iştirakçının qatılması bu tədbirin miqyasını və uğurunu nümayiş etdirdi. Almaniya ilə bu sahədə əməkdaşlıq da diqqətəlayiqdir.
Azərbaycan uzun illər boyunca erməni işğalından əziyyət çəkmiş, bir milyon nəfərdən çox insan etnik təmizləməyə məruz qalmışdır. Beynəlxalq hüququn tələblərinə uyğun olaraq ərazi bütövlüyünün təmin edilməsi Azərbaycanın daxili və xarici siyasətində prioritet olaraq qalmaqdadır. Prezident İlham Əliyev bəyanatında vurğulamışdır ki, bu tarixi Zəfər sülhə aparan yolun əsasını qoymuşdur. Hazırda Azərbaycan və Ermənistan arasında sülh danışıqları mərhələsində irəliləyiş müşahidə olunur. Bu isə Cənubi Qafqazda uzunmüddətli sabitliyin və əməkdaşlığın qurulmasına ümid yaradır.
Azərbaycan və Almaniya arasında indiyədək 77-dən artıq sənəd imzalanmışdır. Bu sənədlər siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığı tənzimləyir. 2011-ci ildə təsis edilmiş Ticarət və İnvestisiyalar üzrə Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupu və 2012-ci ildə Bakıda yaradılmış Alman-Azərbaycan Xarici Ticarət Palatası bu sahədə institusional əməkdaşlığın nümunələridir.
Almaniya ilə ikitərəfli münasibətlər Azərbaycanın Avropa ilə əməkdaşlıq siyasətində mühüm yer tutur. Prezident Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri ikitərəfli iqtisadi əlaqələrin möhkəmləndirilməsi, enerji və iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq perspektivləri bu münasibətləri yeni mərhələyə çıxarır. Siyasi dialoq, iqtisadi əlaqələr və humanitar sahədəki əməkdaşlıq gələcəkdə də strateji tərəfdaşlıq ruhunda davam edəcəkdir.
Xəbər lenti
Hamısına baxDünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22

