Azərbaycanın qlobal siyasətdəki müstəqilliyi və balanslaşdırılmış yanaşması
14.04.2025 [23:31]
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
9 aprel 2025-ci il tarixində ADA Universitetində keçirilmiş “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forum yalnız Azərbaycanın deyil, bütün dünya ictimaiyyətinin diqqətini cəlb edən mühüm siyasi hadisə kimi yadda qaldı. Forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı və çıxışı bu tədbiri daha da əhəmiyyətli etdi. Prezidentin səsləndirdiyi fikirlər, verdiyi mesajlar və ortaya qoyduğu prinsipial mövqe müasir dövrün mürəkkəb geosiyasi mənzərəsində Azərbaycanın öz yolunu necə müəyyən etdiyini bir daha göstərdi. Prezident İlham Əliyevin "Yeni Dünya Nizamı" mövzusundakı baxışı olduqca real göründü. Dünyada baş verən son onilliklərdəki siyasi, iqtisadi və təhlükəsizlik yönümlü proseslər göstərir ki, XX əsrdə formalaşmış beynəlxalq nizam artıq köhnəlmişdir. BMT-nin rolunun zəifləməsi, beynəlxalq hüququn tez-tez pozulması, ikili standartların hökm sürdüyü bir sistemdə “ədalət” və “bərabərlik” prinsipləri ciddi sual altına düşmüşdür. Forumda çıxış edən Prezident İlham Əliyev məhz bu reallığı dilə gətirərək, yeni dünya nizamının hansı prinsiplər üzərində qurulmalı olduğuna dair Azərbaycanın mövqeyini əsaslandırdı: davamlı sülh, beynəlxalq hüquqa hörmət, dövlətlərin suverenliyinə riayət və qeyri-müdaxilə prinsipləri. Cənab Prezident çıxışında bildirib: “Beynəlxalq münasibətlərdə ən vacib olan prinsip ədalət və beynəlxalq hüququn təmin edilməsidir. Bu prinsiplər əsasında dünya nizamı qurulmalıdır. Biz Azərbaycanın milli maraqlarını müdafiə etməklə yanaşı, bütün dünya üçün daha ədalətli bir nizamın formalaşmasına dəstək verməyə hazırıq.” Forumda Prezident Əliyevin çıxışı göstərdi ki, Azərbaycan indiki qeyri-müəyyən və təlatümlü dövrdə siyasi müstəqilliyini qoruyub saxlamaqla yanaşı, öz milli maraqlarını qlobal səviyyədə müdafiə etməyə qadirdir. Azərbaycanın heç bir hərbi bloka qoşulmaması, balanslaşdırılmış xarici siyasəti və dünya gücləri ilə bərabərhüquqlu əməkdaşlıq qurmaq istəyi onu regionda və daha geniş miqyasda cəlbedici tərəfdaşa çevirib. Prezident İlham Əliyev çıxışında qeyd etdi: “Azərbaycan heç bir hərbi blokun üzvü deyil və heç vaxt olmayacaq. Bizim xarici siyasətimizin əsasını milli maraqlarımız və beynəlxalq hüquq təşkil edir. Bütün ölkələrlə bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq bizim strateji yolumuzdur”. Qarabağ və beynəlxalq hüququn pozulmasına gəlincə cənab Prezident İlham Əliyev forumda çıxış edərkən, Azərbaycanın beynəlxalq münasibətlərdə daim ədalət prinsipini rəhbər tutduğunu da vurğuladı. Qarabağ məsələsində 30 il ərzində beynəlxalq hüququn təmin olunmamasına baxmayaraq, Azərbaycan öz torpaqlarını özü azad etdi və bu prosesdə heç bir dövlətin və ya təşkilatın hərbi dəstəyinə ehtiyac duymadı. Bu fakt artıq yeni dövrdə güc balansının dəyişdiyini və öz iradəsinə sahib olan dövlətlərin təşəbbüs göstərmək imkanlarının artdığını sübut edir. Prezident bu haqda dedi: “Beynəlxalq hüquq pozulsa da, biz öz torpaqlarımızı azad etmək haqqına sahib idik və bunu öz gücümüzlə, heç bir xarici müdaxiləyə ehtiyac duymadan etdik. Bu, Azərbaycanın müstəqil siyasətinin, gücünün və iradəsinin təzahürüdür.” Qürurla deyə bilərik ki, artıq ADA Universiteti Azərbaycanın qlobal düşüncə mərkəzi kimi tanınır. Tədbirin məhz ADA Universitetində keçirilməsi təsadüfi deyildi. Dediyim kimi son illərdə ADA Universiteti qlobal düşüncə mərkəzinə çevrilib. Burada keçirilən forumlar, müzakirələr və siyasi dialoqlar Azərbaycanın yalnız enerji və təhlükəsizlik sahələrində deyil, intellektual və ideoloji müstəvidə də söz sahibi olduğunu nümayiş etdirir. Bu forumda müxtəlif ölkələrdən tanınmış siyasətçilərin, diplomatların və ekspertlərin iştirakı Azərbaycanın dünyadakı nüfuzunun artmasının təzahürüdür. Cənab Prezident İlham Əliyev bu barədə deyib: “ADA Universiteti qlobal səviyyədə beynəlxalq əməkdaşlıq və ideya mübadiləsi üçün mühüm bir platformaya çevrilib. Bu gün burada keçirilən forum Azərbaycanın dünya siyasətində daha böyük bir rol oynadığını bir daha nümayiş etdirir.” Prezident İlham Əliyev çıxışında yaxın onilliklər üçün formalaşacaq yeni dünya nizamının əsas meyarlarını da səsləndirdi. Məlum oldu ki, Azərbaycan bu nizamda nəinki müşahidəçi, əksinə, təşəbbüskar, aparıcı və sabitlik gətirən bir aktor olmağa iddialıdır. Ətrafımızda baş verən münaqişələr, güc tətbiqinə əsaslanan siyasətlər və informasiya müharibələri fonunda Azərbaycanın sülh, əməkdaşlıq və hüquqa əsaslanan siyasəti müsbət nümunə kimi təqdim oluna bilər. Prezident bu barədə fikrini belə qeyd edib: “Yeni dünya nizamında yalnız güc tətbiqi və zorakılıqla deyil, sülh, əməkdaşlıq və qarşılıqlı anlaşma ilə hərəkət etməliyik. Azərbaycanın xarici siyasəti də məhz bu prinsiplər üzərində qurulub və biz bu prinsipləri bütün dünyada təşviq etməyə davam edəcəyik.” “Yeni dünya nizamına doğru” adlı forum həm məzmun, həm də iştirakçıların səviyyəsinə görə Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun göstəricisi oldu. Prezident İlham Əliyevin səsləndirdiyi mesajlar isə bu yeni nizamda Azərbaycanın yalnız öz torpaqlarında deyil, regionda və qlobal səviyyədə də lider rolunu davam etdirmək əzmində olduğunu göstərdi. Bugünkü mürəkkəb dünyada Azərbaycanın sabitlik adası kimi çıxış etməsi və bu sabitliyi qoruyaraq beynəlxalq əməkdaşlıq üçün yeni yollar axtarması, ölkəmizin diplomatik uğurlarının əsas sirridir. Bu baxımdan, ADA Universitetində keçirilmiş forum həm Azərbaycanın beynəlxalq gündəmi müəyyən edən ölkə olduğunu təsdiqlədi, həm də yeni dünya nizamı ilə bağlı vacib diskussiyaların ünvanına çevrildi. Prezident İlham Əliyevin bu forumda verdiyi mesajlar, Azərbaycanın beynəlxalq siyasətdəki mövqeyini gücləndirməyə və dünya nizamının formalaşmasında aparıcı rol oynamağa davam edəcəyini bir daha təsdiqlədi.
Xəbər lenti
Hamısına baxMədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39

