Azərbaycan və Gürcüstanın birgə maraqları
21.04.2025 [15:51]
Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri
Azərbaycan-Gürcüstan münasibətlərinin qədim tarixi kökləri vardır. İki ölkə arasında əlaqələr tarixən mehriban qonşuluq əsasında inkişaf etdirilmişdir. Gürcüstan Prezidenti seçilən Mixeil Kavelaşvilinin ilk rəsmi səfərini ölkəmizə etməsi də Azərbaycan-Gürcüstan dostluğundan xəbər verir. Aprelin 16-da baş tutan səfər zamanı prezidentlərin mətbuata bəyanatlarla çıxışında Prezident İlham Əliyev Mixeil Kavelaşvilinin səfərini yüksək qiymətləndirərk vurğuladı bu səfər Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərir. Əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar. Dövlətlərarası münasibətlər də yüksək səviyyədədir.
Prezident İlham Əliyev mətbuata bəyanatında iki ölkənin birlikdə bir çox önəmli layihələrə imza atdıqlarına və bu layihələrin həm ölkələrimiz, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıdığına diqqət çəkdi. Ölkə başçısı bildirdi ki, ölkələrimizin siyasi əlaqələri davamlı olaraq inkişaf edir. Yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir.
Azərbaycan və Gürcüstanı birləşdirən bir çox sərmayə layihələri ölkələrimizlə yanaşı böyük coğrafiya üçün də önəmlidir. Ölkələrimizin birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri böyük əhəmiyyət daşıyan layihələrdir. Bu layihələr nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Mətbuata bəyanatında Prezident İlham Əliyev bu mövzuda fikir bildirərkən vurğuladı ki, Avropanın enerji təhlükəsizliyini Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir.
Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi Azərbaycan və Gürcüstanın birgə maraqlarında olan məsələdir və hər iki ölkə bu işdə öz töhfəsini verir. Prezident İlham Əliyev mətbuata bəyanatında onu da qeyd etdi ki, Gürcüstan-Azərbaycan əlaqələri bundan sonra da yüksələn xətlə inkişaf edəcək.
Xəbər lenti
Hamısına baxİdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04

