Azərbaycan-Çin münasibətləri həmrəylik və dostluğa xidmət edir
30.04.2025 [14:57]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Azərbaycanın Qalib Lideri cənab İlham Əliyevin dünyanın nüfuzlu televiziya kanallarına, eləcə də qəzet və informasiya agentliklərinə müsahibələri ölkə reallıqlarının dünya ictimaiyyətinə çatdırılması üçün zəngin mənbədir. Aprelin 25 – də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pekinə rəsmi səfəri çərçivəsində Çinin CGTN (China Global Television Network) telekanalının “Danışır liderlər” verilişində verdiyi müsahibədə də ölkəmizin bu günkü reallıqları, inkişafı, eyni zamanda qarşılıqlı maraqlar və bir-birinə hörmət prinsipi əsasında inkişaf edən Azərbaycan-Çin münasibətləri öz əksini tapıb.
Tarixi qədim “İpək Yolu”na qədər uzanan Azərbaycan-Çin əlaqələri bu gün yüksələn xətlə inkişaf edir. Adətən, dövlətlərarası münasibətlərin formalaşmasında və inkişafında liderlərin dostluq münasibətləri mühüm rol oynayır. Azərbaycan-Çin münasibətlərinin müxtəlif sahələrdə dərinləşməsində ölkə Prezidentimiz İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinlə dostluq münasibətləri əvəzsiz rol oynayır. Dövlət başçılarının qarşılıqlı səfərləri, telefon danışıqları, məktub mübadiləsi, beynəlxalq tədbirlərdəki təmaslar əsasında formalaşmış sıx dialoqu qarşılıqlı hörmət və etimadın təzahürüdür.
“Azərbaycan Avropa ilə Asiyanı birləşdirən çox strateji coğrafiyada yerləşir, eləcə də Mərkəzi Asiya və Qərbi Çin üçün çox mühüm birləşmə nöqtəsidir. Siz Azərbaycanın bu regiondakı üstünlüklərini və oynamaq istədiyi rolu necə görürsünüz? Ölkənizin nöqteyi-nəzərindən regionda sülhü və inkişafı təbliğ etmək üçün hansı işləri görmək istəyirsiniz?” Çinin CGTN telekanalının müxbir Lyu Sinin bu sualına cavab verən dövlət başçımiz İlham Əliyev bildirib ki, biz Asiya və Avropa, habelə Şimal və Cənub arasında yerləşirik və hər iki nəqliyyat dəhlizi Azərbaycan ərazisindən keçir. Ancaq həqiqətən tranzit ölkəyə çevrilmək üçün qonşu ölkələr və onların qonşuları ilə yaxşı münasibətlərə malik olmaq lazımdır. Məqsədimiz məhz budur və zənnimcə, biz buna nail olmuşuq.
“Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalanmasını müsahibə zamanı xüsusi ilə diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir. Biz bir-birimizin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik. Bəyanatın digər hissəsi ticarət, daşımalar, xalqlararası əlaqələr, humanitar tərəfdaşlıq kimi çox sayda məsələləri əhatə edir və əlbəttə ki, bu addım birgə təşəbbüsümüzdür. Beləliklə, həmin sənədin mahiyyəti çox əhəmiyyətlidir. Buna görə həmin ölkə ilə Bəyanatın imzalanması Azərbaycan üçün həqiqətən mühüm nailiyyətdir. Sizə deyə bilərəm ki, Azərbaycan öz bölgəsində bir çox ölkə ilə və həmçinin bəzi Avropa ölkələri ilə Strateji Tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb, lakin Çin ilə Bəyanat onların daxilində ən güclüsüdür. Məhz buna görə bu sənədin xüsusi vacibliyi bir daha göz qarşısındadır.
“Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” Azərbaycan-Çin münasibətlərini bir daha strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir. Ölkə Prezidentimiz İlham Əliyevin vurğuladığı, Birgə Bəyanatda qeyd edildiyi kimi, tərəflər xalqlarının seçdiyi və milli şərtlərə uyğun olan inkişaf yolunu seçməkdə bir-birini möhkəm dəstəkləyir, hər iki ölkənin təməl maraqlarının, suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasında bir-birinə qətiyyətli dəstək verirlər.
Xəbər lenti
Hamısına baxAnalitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50

