Milli mətbuatın inkişafına yönəlmiş mühüm təşəbbüslər
22.07.2025 [21:12]
Mətbuatımızın keçdiyi tarixi yol qürur doğurur. Bu il Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 150 ili tamam olur. Dövlət başçımız İlham Əliyevin təşəbbüsü ilə 2025-ci il 3 fevral tarixində “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubiley medalı təsis olunmuşdur. O cümlədən, cənab Prezident 2025-ci ilin 25 aprel tarixində “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. 21 iyul 2025-ci il tarixində Media nümayəndələrinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı medi nümayəndələrinin əməyinə verilən qiymətin bariz nümünəsidir. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu "Əkinçi" qəzeti ilə xalqımızın milli ruhunun formalaşmasında yeni mərhələ oldu. Əsasən maarifçilik missiyasını yerinə yetirən "Əkinçi" az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşdı. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə mətbuatımız yeni inkişaf mərhələsini yaşayıb. Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Məhz Ulu Öndər Heydər Əliyevin şəxsi səyi nəticəsində ana dilimizə olan ögey münasibət aradan qadırılıb, milli dil siyasəti yürüdülüb və bu siyasət medianın inkişafında müstəsna rol oynayıb. Azərbaycan dilində qəzetlərin sayı artırılıb, televiziyada verilişlərin Azərbaycan dilində yayımı genişləndirilib. Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıtmasından sonra Azərbaycanda bütün sahələrdə inkişaf qeydə alınıb. Ulu Öndər Heydər Əliyev Müstəqillik illərində milli mətbuatın tarixi rolunu yüksək dəyərləndirərək deyirdi: “Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir”. Söz və fikir azadlığının təmin edilməsini 1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyası da hüquqi baxımdan təsdiqlədi. Konstitusiyada mətbuata verilən qiymət öz əksini tapdı: “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”. “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 1998-ci ildə imzalanan Fərman ölkə mətbuatının inkişaf tarixində mühüm hadisə idi. Həmin ildə senzuranın ləğvi doğrudan da böyük və tarixi bir addım oldu. O vaxt MDB məkanında Azərbaycan senzuranın ləğvini irəli sürən birinci ölkə idi. 1999-cu ilin sonunda qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” yeni qanun mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət etdi. Bu sənəd Azərbaycanda mətbuatın inkişafına mane olan bir sıra bürokratik əngəllərin aradan qaldırılmasına yol açdı. Dövlət qeydiyyatı ləğv olundu və yeni mətbuat orqanlarının təsis olunması qaydaları asanlaşdırıldı. 2000-ci ilin martında ulu öndər Heydər Əliyevin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı” təsdiq olundu, Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı. 2003-cü il martın 15-də isə Azərbaycan jurnalistlərinin I qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum Azərbaycan Mətbuat Şurası yaradıldı. Nəzərə alaq ki, bu addımın azad mətbuatın inkişafında xüsusi rolu var. 22 ildən çoxdur davam edən fəaliyyəti müddətində Mətbuat Şurası jurnalistikanın inkişafında önəmli rol oynamağı bacarıb. Bütün bunlarla yanaşı, milli mətbuatın yubileylərinin geniş qeyd olunması, media orqanlarına birdəfəlik yardımların göstərilməsi, jurnalistlərin fəxri adlarla təltif olunmaları və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində işlər gördü. Ümummilli lideri Heydər Əliyev məhz bunu nəzərə alaraq deyirdi: “Azərbaycan mətbuatı tarix boyu daim mütərəqqi ictimai idealların carçısı kimi çıxış etmiş, xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini vermiş, onun müstəqillik amalının güclənməsində, mənəvi dəyərlərinin tərəqqisində, milli şüurun, mədəniyyətin formalaşmasında böyük rol oynamışdır. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində mətbuatımız da özünün yeni inkişaf mərhələsinə qədəm qoyub desək, yanılmarıq. Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİV DF) həyata keçirdiyi layihələr və elan etdiyi qrant müsabiqələri isə KİV-in fəaliyyətinə əsaslı stimul verir. Mətbuatın inkişafında dövləti qayğısı xüsusi rol oynayır. Prezident İlham Əliyev azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədilə verdiyi sərəncamlar dediyimizə sübutdur. Prezident İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” sənəd imzalanmış, bu sənəd çərçivəsində yeni institusional mexanizm Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) yaradılmışdır. Agentlik mətbuat orqanlarının dayanıqlı inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi və müasir media mühitinə uyğunlaşdırılması məqsədilə mühüm layihə və təşəbbüslər həyata keçirir. Azərbaycan mediası xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı göstərdiyi prinsipial və vətənpərvər mövqe ilə ölkənin informasiya təhlükəsizliyinin təmin olunmasında və ictimai rəyin düzgün formalaşdırılmasında mühüm rol oynayıb. Müharibə dövründə fəaliyyət göstərən jurnalistlər yalnız informasiya daşıyıcısı kimi deyil, həm də informasiya cəbhəsinin əsgərləri kimi çıxış edib, cəmiyyətə ruh yüksəkliyi, birlik və qələbə əzmi aşılayıb. Başqa istiqamətlərdə olduğu kimi media sahəsində də Azərbaycan ilə Türkiyə arasında strateji əməkdaşlıq mövcuddur. Belə ki, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” 2020-ci il dekabrın 10-da Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu 2021-ci il fevralın 1-də Milli Məclis tərəfindən təsdiq edilmişdir. Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır. Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda qeyd etdiyi kimi, bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb və Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib və bu, onu deməyə əsas verir ki, mediamız doğrudan da böyük inkişaf yolu keçib. Azərbaycan milli mətbuatının 150 illik tarixi sadəcə bir peşə sahəsinin inkişaf salnaməsi deyil, həm də xalqımızın maariflənmə, milli özünüdərk və dövlət quruculuğu yolunda keçdiyi böyük tarixi yolun göstəricisidir. 1875-ci ildə “Əkinçi” ilə başlanan bu yol, bu gün müstəqil, güclü Azərbaycanın informasiya mühitində uğurla davam etdirilir.
Həbib Misirov,
YAP Kəlbəcər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14

