Qubadlı seçiciləri Prezident İlham Əliyevi dəstəkləyirlər
20.09.2013 [10:39]
YAP rayon təşkilatı Qubadlı seçiciləri ilə görüş keçirib
Oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) apardığı təbliğat-təşviqat kampaniyası uğurla davam edir. YAP Qubadlı rayon təşkilatı da dünən YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirib.
Sumqayıt şəhərində yerləşən “Nizami” kinoteatrında keçirilən görüşdə çıxış edən YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haqverdiyev son 10 ildə cənab İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi inkişaf siyasəti barədə geniş məlumat verib. O vurğulayıb ki, cənab İlham Əliyevin rəhbərliyi altında keçirilən mühüm işlər nəticəsində ölkədə, xüsusilə, regionlarda sosial-iqtisadi tərəqqiyə nail olunub, regionlarda yeni-yeni istehsal müəssisələri açılıb, dövlət başçısının işsizliyin aradan qaldırılması və əhalinin sosial müdafiəsi sahəsində gördüyü işlər xalq tərəfindən yüksək qiymətləndirilir. Qaçqın rayonu olan Qubadlının da problemləri hər zaman ölkə Prezidentinin diqqətindədir. A.Haqverdiyev bildirib ki, Prezident İlham Əliyevin səyi ilə ölkəmizdə bütün çadır şəhərcikləri ləğv edilib, qaçqın və məcburi köçkün həyatı yaşayan rayonların əhalisi yeni yaşayış massivlərində evlə təmin olunublar. YAP rayon təşkilatının sədri bildirib ki, qədirbilən Qubadlı ictimaiyyəti də hər zaman cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi-sosial siyasəti dəstəkləyir və bu tərəqqinin davamlı olması üçün prezident seçkilərində həyata keçirilən tərəqqi və inkişaf siyasətinə səs verəcəklər.
Görüşdə çıxış edən Milli Məclisin üzvü İmamverdi İsmayılov Prezident İlham Əliyevin apardığı siyasətin yalnız rifaha istiqamətləndiyini, insanları xoşbəxt gələcəyə aparan yol olduğunu deyib: “Azərbaycan Prezidenti dövlət başçısı olduğu müddət ərzində hər bir vətəndaşın Prezidenti olmağı bacardı. Qaçqın və məcburi köçkünlərin həyatında edilən mühüm yeniliklər, yardımlar, qəbul olunmuş Dövlət proqramları bir daha sübut edir ki, Prezident İlham Əliyevin hədəfi yalnız və yalnız inkişafdır”.
Görüşdə çıxış edən millət vəkili Ülvi Quliyev vurğulayıb ki, bu gün Azərbaycan xalqının qarşısında ən böyük problem Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsidir. Prezident İlham Əliyev bu istiqamətdə əsaslı şəkildə fəaliyyət nümayiş etdirir: “Möhtərəm Prezidentimiz İlham Əliyev Öz çıxışlarında bildirib ki, Azərbaycan sülhün tərəfdarıdır və sülh yolu ilə bütün işğal olunmuş ərazilərin azad olunmasına nail olacaq. Ermənistanın apardığı çirkin oyunlar bütün dünyada ifşa olunur. Məhz Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bu gün bütün dünya bu problemin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini önə çəkir. NATO, BMT kimi nüfuzlu təşkilatlar öz sənədlərində Dağlıq Qarabağın Azərbaycan torpaqları olduğunu təsdiq edir və heç bir separatçının başqa fikrə düşməsinə imkan verilməyəcəyini, ərazi bütövlüyümüzün tanınmasını vurğulayır. Bu uğurun arxasında Böyük Şəxsiyyət, Prezident İlham Əliyev zəkası dayanır. Bütün xalqımızı oktyabrın 9-da seçki məntəqələrinə gələrək Prezident İlham Əliyevə səs verməyə çağırıram”.
Çıxış edən Qubadlı ziyalıları Abbas Abbasov, Canbaxış Aslanov, o cümlədən, rayon sakinləri Ziba Kazımova, Azad Hacıyev, Möhübbət Əsədov səslənən uğurların davam etməsi üçün cənab Prezidentə dəstək verilməsinin vacibliyini önə çəkiblər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09

