/ / Tovuzlular dövlətimizi tərəqqiyə, əmin-amanlığa çatdıran Heydər Əliyev siyasi kursunu dəstəkləyirlər
Tovuzlular dövlətimizi tərəqqiyə, əmin-amanlığa çatdıran Heydər Əliyev siyasi kursunu dəstəkləyirlər
20.09.2013 [10:42]
Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Tovuz rayonunda uğurla davam etdirilir
Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Tovuz rayonunda da davam etdirilir. Dünən bu məqsədlə rayonda növbəti görüşlər keçirilib. Əsrik kəndində keçirilən ilk görüşdə çıxış edən YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov deyib ki, hazırda Yeni Azərbaycan Pariyasının prezidentliyə namizədi cənab İlham Əliyevin Tovuz rayonunda təbliğat-təşviqat kampaniyası uğurla aparılır və rayonun müxtəlif kəndlərində bu məqsədlə görüşlər keçirilir. Onun sözlərinə görə, Tovuz rayon sakinləri bu görüşlərə böyük maraq göstərirlər: “Əlbəttə ki, bu, cənab İlham Əliyevin şəxsiyyətinə olan yüksək ictimai dəstəkdən qaynaqlanır”.
Cənab İlham Əliyevin öz fəaliyyəti və gördüyü işlərlə hər bir vətəndaşımızın rəğbətini və sevgisini qazandığını söyləyən Məzahir Bayramov son 10 ildə ölkəmizdə qazanılmış uğurları sadalayaraq, iqtisadi, siyasi və digər sahələrdə əldə olunmuş nailiyyətlərin davam etməsi üçün İlham Əliyevin yenidən prezident seçilməsinin vacibliyini vurğulayıb: “Mən şübhə etmirəm ki, tovuzluların seçimi artıq bəllidir. 9 oktyabrda isə biz sadəcə bu seçimi rəsmiləşdirəcəyik. Tovuzlular dövlətimizi inkişafa, tərəqqiyə, əmin-amanlığa çatdıran kursa - bu kursu uğurla həyata keçirən cənab İlham Əliyevə səs verəcəklər!”
Daha sonra çıxış edən Milli Məclisin üzvü Rafiq Məmmədhəsənovun sözlərinə görə, bu gün cəmiyyətimizdə haqlı bir düşüncə formalaşıb ki, müasir Azərbaycan Ulu öndər Heydər Əliyevin şah əsəridir. Və bu gün Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsinin məntiqi nəticəsidir: “Mən hesab edirəm ki, vətəndaşlarımızın mütləq əksəriyyəti də məhz bu fikirdədir və bu qənaəti bölüşürlər. Eyni zamanda, bugünkü Azərbaycanın nailiyyətləri əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğu kimi, eyni dərəcədə də Ümummilli liderin siyasi kursunun cənab Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə və ardıcıllıqla həyata keçirilməsi nəticəsində təmin olunmaqdadır. Bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda çox mükəmməl bir siyasət həyata keçirilir, mükəmməl dövlət idarəçiliyi modeli formalaşıbdır. Azərbaycan bu gün bütün dünyanın hesablaşdığı güclü bir dövlətdir. İki il əvvəl 155 dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, cəmi 21-22 illik müstəqillik tarixi olan bir dövlət üçün çox böyük əhəmiyyət daşıyır. Bu, o deməkdir ki, Azərbaycan artıq dünyada etibar görür, bizi tanıyırlar, bizi dəstəkləyirlər. Əgər belə olmasaydı, birinci Avropa Olimpiya Oyunlarına ev sahibliyi etmək haqqı Azərbaycana verilməzdi, “Eurovision” kimi möhtəşəm bir tədbir Bakıda keçirilir, paytaxtımız çox mühüm əhəmiyyətli beynəlxalq forumlara, tədbirlərə ev sahibliyi edir. Ölkəmizə gələn bütün qonaqlar Azərbaycanın yüksək inkişafını, müasirləşməsini xüsusi olaraq vurğulayırlar. Bütün bunlar da təbii ki, İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində mümkün olub”.
Millət vəkili bir daha əmin olduğunu deyib ki, qarşıdan gələn seçkilərdə cənab İlham Əliyev böyük üstünlüklə qələbə qazanacaq.
YAP Tovuz rayon təşkilatının aparat rəhbəri Eldəniz Vəliyev isə deyib ki, Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin Azərbaycana nə qədər böyük uğurlar qazandırdığını görməmək mümkün deyil. Çünki biz həyatın bütün sahələrində, ailədə, bizi əhatə edən mühitdə, daha geniş mənada dövlətimizin, cəmiyyətimizin həyatında, Azərbaycanın beynəlxalq miqyasda güclənən mövqeyində bu uğurları müşahidə edirik: “Bu uğurlar hər bir vətəndaşın, hər bir ailənin həyatını əsaslı şəkildə dəyişdirib. Hər bir vətəndaşın həyatında inkişaf, yeniləşmə var. Ona görə də, xalqımız bu uğurları təmin edən cənab İlham Əliyevin ətrafında sıx birləşib. Biz bunu 9 oktyabrda keçiriləcək seçkilərdə bir daha müşahidə edəcəyik”.
Daha sonra çıxış edən natiqlər və kənd sakinləri - Fərman Nağıyev, Şəfiqə Əliyeva və digərləri tovuzluların həmişə Ulu öndər Heydər Əliyevin siyasi kursuna dəstək olduqlarını və qarşıdan gələn prezident seçkilərində bir daha bunu sübut edəcəklərini vurğulayıblar.
Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat - təşviqat kampaniyası çərçivəsində növbəti görüşlər isə Əlibəyli və Hacalı kəndlərində baş tutub. Görüşlərdə qeyd olunub ki, Azərbaycan son 10 ildə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə çox böyük uğurlara imza atıb. Qarşıdakı 5 ildə isə bu uğurların sıraları daha da genişlənəcək.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxİdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06

