Bərdəlilər cənab İlham Əliyevin siyasi və iqtisadi islahatlar kursunu tam dəstəkləyirlər
20.09.2013 [10:44]
Cənab İlham Əliyevin Bərdə rayonu üzrə seçki qərargahının üzvləri dünən seçicilərlə növbəti görüş keçiriblər
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bərdə rayonu üzrə Seçki Qərargahının üzvləri seçicilərlə görüşləri davam etdirirlər. Növbəti görüş dünən rayonun Saatlı və II Hacallı kəndlərində keçirilib.
Görüşləri giriş sözü ilə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya açaraq cənab İlham Əliyevin rəhbərliyi ilə ötən 10 il ərzində həyata keçirilən siyasət barədə ətraflı məlumat verib.
Rayon təşkilatının sədri 9 oktyabr prezident seçkilərinin Azərbaycanda demokratiyanın növbəti təntənəsi olacağını vurğulayıb, azad, ədalətli, şəffaf şəraitdə keçiriləcək bu seçkilərdə də xalqın iradəsinin qələbə qazanacağına əminliyini ifadə edib: “Azərbaycan vətəndaşları cənab İlham Əliyevi alternativsiz lider kimi qəbul edir və Onun uğurla davam etdirdiyi siyasi və iqtisadi islahatlar kursunu tam dəstəkləyirlər”.
Kənd sakinləri qarşısında çıxış edən Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev deyib ki, ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycanın iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsi əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir: “Təbii ki, dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın qazandığı nailiyyətləri şərtləndirən mühüm faktorlardan biri də qloballaşma prosesindən irəli gələn meyarların ölkə reallıqları ilə məharətlə uzlaşdırılması, onların milli maraqları təmin edən uğurlu vəhdətinin yaradılması olub”.
Görüşlərdə çıxış edən partiya fəallarından Rahilə Babayeva, kənd ağsaqqallarından Bəhmən Həsənov, Məsul Fərəcov, Kamran Mehdiyev və başqaları son illərdə həyata keçirilən quruculuq işlərini dövlət başçısının insanlara diqqət və qayğısının nümunəsi adlandırıblar. Natiqlər insanlara rahat həyat bəxş edən bu siyasətin davamına tərəfdar olduqlarını, oktyabrın 9-da cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.
NADİR
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

