Xızılılar İlham Əliyevin yeritdiyi daxili və xarici siyasətdən razıdırlar
20.09.2013 [10:45]
Rayonun Fındığan kəndində seçicilərlə görüş zamanı bu fikir xüsusi ilə qeyd olunub
Oktyabrın 9-da keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Xızı rayonu üzrə Seçki Qərargahı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Növbəti görüş dünən rayonun Fındığan kəndində keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev ötən müddət ərzində Ulu öndər Heydər Əliyev irsinə sadiq qalan Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət haqqında ətraflı məlumat verib. Natiq qeyd edib ki, bu siyasət sayəsində ötən müddət ərzində Azərbaycanda əlverişli mühit formalaşdırılıb: “Ötən 10 il ərzində Azərbaycan öz milli maraqlarına xələl gətirmədən bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında bütün xoşniyyətli tərəfdaşlar üçün unikal əməkdaşlıq məkanına çevrilmişdir. Əldə edilmiş nailiyyətlər Azərbaycan Respublikası tərəfindən həyata keçirilən müstəqil daxili və xarici siyasətin səmərəliliyini bir daha təsdiq edir. Eyni zamanda, əldə edilmiş nəticələr qarşımıza növbəti yeni vəzifələr qoyur və Azərbaycanın uzunmüddətli maraqlarının reallaşması baxımından yeni imkanlar açır. Bu yeni imkanların həyata keçməsi üçün hər birimiz 9 oktyabrda cənab Prezidentə səs verməliyik”.
Daha sonra çıxış edən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirib ki, keçid iqtisadiyyatı dövrünü uğurla başa çatdıran Azərbaycan Respublikası artıq dünyanın inkişaf etməkdə olan dövlətləri ilə bir sırada inamla irəliləyir: “İndi ölkəmizin sosial-iqtisadi həyatının elə bir sahəsi yoxdur ki, orada sürətli inkişaf və tərəqqi meyilləri nəzərə çarpmasın. Bu da təsadüfi deyil. Çünki əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının, ölkənin yeni neft doktrinasının uğurla reallaşdırılması Azərbaycanın iqtisadi qüdrətini və beynəlxalq nüfuzunu gücləndirmişdir.
Eyni zamanda, Azərbaycan iqtisadiyyatının prioritet sahələrindən biri olan kənd təsərrüfatının inkişaf etdirilməsinə dövlət tərəfindən göstərilən diqqət və qayğı ildən-ilə artır. Gələcəkdə bu istiqamətdə mühüm tədbirlərin həyata keçirilməsi, aqrar sahədə bir sıra layihələrin gerçəkləşdirilməsi nəzərdə tutulur”.
Bəhruz Quliyev çıxışını “Mən də sizin hamınızı-bütün xızılıları Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıram” sözləri ilə tamamlayıb.
Çıxış edən Fındığan kənd sakini Bəsti Tağıyeva dövlətimizdə elmə, təhsilə göstərilən diqqət və qayğıdan danışaraq bu sahədə əldə olunan böyük uğurları statistik rəqəmlərin dili ilə iştirakçılara çatdırıb.
O, çıxışının sonunda bu inkişafın davamlı olmasını istəyən hər bir seçicini prezident seçkilərində iştirak edərək Yeni Azərbaycan Partiyasının namızədi cənab İlham Əliyevə səs verməyə çağırıb.
Tədbirdə çıxış edən Fındığan kənd tam orta məktəbin müəllimi Abbas Vəliyev 9 oktyabr tarxində cənab İlham Əliyevə səs verəcəyini deyib: “Çünki İlham Əliyev ölkəni irəliyə, daim inkişafa aparır. Bizə başqa prezident lazım deyil. Mənim və ailəmin seçimi yalnız İlham Əliyevdir”.
Fındığan kənd tam orta məktəbin müəllimi Abusalam Məmmədov isə bu gün Azərbaycanın sürətlə inkişaf etdiyini deyib. O, Azərbaycanın çiçəklənməsini hər bir insanın qəlbində sevinc hissi yaratdığını bildirib. “Bütün uğurlar bizdə ruh yüksəkliyi yaradır. Təbii ki, bütün bunlar Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində baş verib. Ona görə də, bizim seçimimiz İlham Əliyevdir”.
Oktay
Xəbər lenti
Hamısına baxSosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24

