Laçın – Zəfərin və yenidənqurulmanın şəhəri
25.08.2025 [11:34]
Kənan Qədirli,
YAP Ağdam rayon təşkilatı, Ağdam Olimpiya İdman Kompleksi ərazi partiya təşkilatının sədr müavini
Laçın adı bizim üçün sadəcə coğrafi bir məkan deyil, həm də bir yaddaş, bir həsrət və nəhayət, bir qürur simvoludur. Bu torpaqların taleyi uzun illər ərzində məkrli siyasi niyyətlərin qurbanına çevrilmişdi. Laçının düşmənlərə təhvil verilməsi arxasında yalnız güc siyasəti yox, həm də Azərbaycanın zəiflədilməsinə yönəlmiş planlar dayanırdı. Azğınlaşmış erməni separatçılarının cinayətləri nəticəsində yüzlərlə ailə doğma yurdlarından didərgin düşdü, şəhər xarabalığa çevrildi. Amma tarix göstərdi ki, nə qədər ağır olsa da, haqqın səsi gec-tez duyulur.
Vətən müharibəsinin nəticəsində Laçın da işğaldan azad edildi. Mən bu torpaqlarda hərbi qulluqçu kimi xidmət etmiş bir şəxs olaraq o anların sevincini, qürurunu sözlə ifadə etməkdə çətinlik çəkirəm. Laçın torpağına qədəm qoyanda ilk hiss etdiyim duyğu şəhidlərimizin müqəddəs xatirəsinə dərin ehtiram idi. Bu şəhər təkcə dağların qoynunda yerləşən bir məkan deyil, həm də xalqımızın dözümünün və iradəsinin simvoludur.
Cənab Prezident İlham Əliyevin dediyi kimi: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün budur.” Doğrudan da, bu gün aparılan quruculuq işlərinə baxanda görürük ki, dövlətimizin uğurlu siyasəti yalnız digər işğaldan azad olunmuş bölgələrdə deyil, eyni zamanda Laçında da özünü göstərir.
Rayonun yol-nəqliyyat infrastrukturu tamamilə yenilənir. Yeni yollar, körpülər, kommunikasiya xətləri Laçının həm strateji, həm də iqtisadi əhəmiyyətini daha da artırır. Bu gün Laçının bərpası konsepsiyası təkcə evlərin və binaların tikintisi ilə məhdudlaşmır. Burada turizm potensialı nəzərə alınaraq infrastruktur yaradılır, şəhər Azərbaycanın müasir simasının göstəricisinə çevrilir.
2025-ci ildə istifadəyə verilmiş “Laçın” İstirahət Kompleksi bunun bariz nümunəsidir. Zerti kəndində yerləşən bu kompleks təkcə istirahət deyil, həm də yeni iş yerlərinin açılması deməkdir. Müxtəlif kateqoriyalı hotel, kotteclər, böyük tədbir və konfrans zalları ilə “Laçın” artıq beynəlxalq səviyyəli turizm mərkəzi kimi formalaşır. Ən sevindirici məqam isə burada çalışanların əksəriyyətinin məhz Laçın və Kəlbəcər sakinləri olmasıdır. Bu, köçkün həyatını illərlə yaşamış insanların doğma yurdlarında yenidən həyat qurmaları deməkdir.
Laçının mədəni həyatında da yeni səhifə açılıb. 2023-cü ildə “Hoçazfilm” yaradıcılıq studiyasının açılışı bu torpaqların tarixi və gələcəyi üçün mühüm hadisə idi. Studiyanın adı təsadüfi deyil – Hoçaz qayalıqları kimi möhkəm və əzəmətli bir simvolu daşıyır. Burada həm Qarabağın işğal dövrü salnaməsi yaradılır, həm də yerli və xarici film istehsalçıları üçün unikal imkanlar təqdim olunur. Beləliklə, Laçın təkcə iqtisadi yox, həm də mədəni mərkəzə çevrilir.
Cənab Prezident İlham Əliyevin Laçına mütəmadi səfərləri də göstərir ki, dövlət bu bölgəyə xüsusi diqqət ayırır. 2021-ci ildə Laçın Beynəlxalq Hava Limanının təməlqoyma mərasimi, 2023-cü ildə isə Mişni və Alxaslı Su Elektrik stansiyalarının, sənaye zonasında mebel fabrikinin, məktəbin, balıq təsərrüfatının açılışı, Zabux kəndində sakinlərlə görüş və nəhayət, “Laçın Şəhəri Günü” bayramı – bütün bunlar bölgənin dirçəlişinin canlı sübutudur.
Bir vaxtlar işğal altında olan Laçın bu gün yenidən həyat qazanır. Mən bu torpaqlarda xidmət etmiş bir hərbi qullquçu kimi qürur duyuram ki, illər əvvəl düşmən tapdağında olan küçələr indi uşaq gülüşləri, bayraq şüarı və yeni tikililərin səsi ilə doludur. Laçın artıq təkcə xəritədə bir şəhər deyil, həm də qalib xalqın iradəsinin rəmzidir.
Bu gün Laçına baxanda anlayırıq ki, biz yalnız torpaqlarımızı deyil, həm də gələcəyimizi geri qaytarmışıq. Burada hər yeni tikilən bina, hər açılan iş yeri, hər əkilən ağac şəhidlərimizin qanı bahasına qazanılmış azadlığın bəhrəsidir.
Laçın – bu ad indi bizə həm qürur, həm də məsuliyyət yükləyir. Qürur duyuruq ki, xalqımız öz tarixi ədalətini bərpa etdi, məsuliyyət daşıyırıq ki, bu torpaqları qoruyub gələcək nəsillərə ən gözəl formada ötürək. Mən inanıram ki, yaxın illərdə Laçın nəinki Azərbaycanın, eləcə də bütün regionun ən gözəl və inkişaf etmiş şəhərlərindən birinə çevriləcək.
Xəbər lenti
Hamısına baxİdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17

