Cənab İlham Əliyev əldə olunan uğurların qarantıdır
24.09.2013 [10:32]
Siyəzən rayonunun Zarat və Beşdam kəndlərində seçicilərlə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Siyəzən rayonu üzrə seçki qərargahının üzvləri dünən rayonun Zarat və Beşdam kəndlərində seçicilərlə görüş keçiriblər.
Görüşləri giriş sözü ilə açan YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının möhkəmləndirilməsi, siyasi plüralizm, demokratik prinsiplərin dərinləşdirilməsi istiqamətində görülən işlər dünyanın nüfuzlu beynəlxalq qurumları və inkişaf etmiş dövlətləri tərəfindən təqdir edilməkdədir: “Bu isə cənab Prezidentimizin gərgin səyi və məqsədyönlü tədbirləri sayəsində baş tutub. Əgər biz bu inkişafın davamlı olmasını istəyiriksə, 9 oktyabrda dövlət başçımıza səs verməliyik”.
Tədbirdə çıxış edən millət vəkili Tahir Süleymanov bildirib ki, ötən 10 il ərzində Azərbaycanın siyasi sistemi ən yüksək səviyyədə sabitlik nümayiş etdirib və bu siyasi sabitliyin qarşıdakı illərdə də davam edəcəyi gözləniləndir: “Bu dövr ərzində Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisinin başa çatması, TANAP və TAP boru kəmərləri layihələrinin reallaşması həm Azərbaycanın iqtisadi imkanlarını artıracaq, həm də ölkəmizin Avropadakı əməkdaşları ilə əlaqələrini gücləndirəcək”.
Seçicilər qarşısında çıxış edən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirib ki, ötən dövr ərzində qazanılan uğurlar Azərbaycan dövlətçiliyinin bütün sahələri üzrə aparılan işin məntiqi nəticəsidir: “Biz son illər Azərbaycanın həm ölkə daxilində, həm xaricində əldə etdiyi nəticələrin artıq ciddi qiymətləndirildiyini görürük. Müxtəlif beynəlxalq təşkilatlar Azərbaycanın ölkədə azad bazar iqtisadiyyatının formalaşmasındakı uğurlarını qeyd edirlər. Amma bu, son deyil, hələ başlanğıcdır. Azərbaycanın uğurları bundan sonra da daim artacaq”.
Tədbirdə iştirak edən Zarat kənd məktəbinin müəllimələri Zeyvə Alxasova, Vəfa Mehdiyeva, Beşdam kənd ağsaqqalı Böyükağa Bağırov 9 oktyabr tarixində seçki məntəqələrinə gedərək, uğurlu sabahlar naminə cənab İlham Əliyevə səs verəcəklərini deyiblər.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03

