Heydər Əliyev siyasəti uğurla davam edir, yaşayır və qalib gəlir
24.09.2013 [10:32]
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı qarşıdan gələn prezident seçkilərində partiyamızın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir
Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı qarşıdan gələn prezident seçkilərində partiyamızın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində seçicilərlə növbəti görüşlər dünən keçirilib. Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev çıxış edərək deyib ki, cənab İlham Əliyevin Prezidentlik dövrü biz azərbaycanlılar üçün böyük bir sərvətdir: “Heydər Əliyev siyasəti uğurla davam edir, yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən cənab İlham Əliyev müstəqil Azərbaycanın Prezidenti, həm də dünya azərbaycanlılarının lideridir. Cənab İlham Əliyev müəllifi Ulu öndər Heydər Əliyev olan neft strategiyasının hazırlanmasında, bu siyasətin uğur qazanmasında və gerçəkləşdirilməsində, həmin sahədə müxtəlif layihələrin hazırlanmasında fəal iştirak etmiş, ölkəyə investisiya axınında mühüm rol oynamışdır. Onun ölkədə iqtisadi islahatların həyata keçirilməsində, müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi və mədəni əlaqələrinin genişlənməsində, xüsusilə neft - qaz yataqlarınının birgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri haqqında müqavilənin bağlanması və reallaşdırılmasında, ümumiyyətlə, Azərbaycan Respublikasının dünyaya inteqrasiyasında mühüm xidmətləri var. Bu cür uğurlara imza atmış cənab İlham Əliyevin yenidən Prezident seçilməsini xalqımız bir tələb, sosial sifariş kimi irəli sürdü. İndi tam əminliklə demək olar ki, cənab İlham Əliyevin alternativi yoxdur, Onun qələbəsi şəksizdir”.
Təbliğat-təşviqat qrupunun üzvlərindən YAP Gəncə şəhər təşkilatının sədr müavini, AMEA-nın Gəncə Bölməsinin direktoru Fuad Əliyev, ADAU-nun dosenti Asif Həsənov, Tibb Kollecinin direktoru Niyazi İbrahimov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Gəncə şəhər şöbəsinin sədri Almaz Aşırov çıxışlarında prezident seçkilərinin ölkənin tarixində böyük əhəmiyyəti olduğunu, seçkilərin ölkənin hansı yolla irəliləcəyini, xalqın öz gələcəyini kimə həvalə edəcəyini, bir sözlə aqibətinin necə olacağını müəyyənləşdirən məsul bir dövr olduğunu qeyd ediblər: “Azərbaycan Prezidenti ölkəmizdə sülhün və sabitliyin qarantıdır! Gəncəlilər öz seçimlərini həmişə düzgün ediblər və bundan sonra da biz uğurlu və dinamik inkişafa səs verəcəyik!”.
Yerli sakinlərdən AzTU - nun dosenti Tahir Abbasov və digər seçicilər çıxış edərək söyləyiblər ki, gəncəlilər tərəqqiyə, monolit birliyə, parlaq gələcəyimizə səs verəcəklər.
Eyni gündə İsrafilbəyov küçəsindəki meydanda keçirilən ikinci görüşü də YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev açaraq deyib: “Dünyanın ən yüksək reytinqinə malik siyasətçilərindən biri kimi cənab İlham Əliyevin bu seçkilərdə növbəti dəfə xalqın etimadını qazanacağı şübhə doğurmur. Azərbaycan Prezidenti bunu ötən 10 ildə gördüyü işlər, həyata keçirdiyi islahatlar və bütün sahələrdə əldə edilmiş inkişaf göstəriciləri ilə qazanıb. Odur ki, bu inkişafın davamlılığına səs verək! Cənab İlham Əliyevə səs verək!”.
Görüşdə təbliğat - təşviqat qrupu üzvləri qismində çıxış edən YAP Gəncə şəhər təşkilatının şura üzvləri Tofiq Xəlilov, professor Mübariz Yusifov, GDU-nun baş müəllimi Eldar Mehdiyev ölkə başçısının gənclərə göstərdiyi qayğıdan, gənclər siyasətinin dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilməsindən, bu istiqamətdə aparılan islahatların və verilən qərarların nəticəsi olaraq, dövlət qulluqçuları arasında gənclərin sayının artmasından bəhs ediblər. Gəncə şəhərinin sakinlərini 9 oktyabr prezident seçkilərində seçki məntəqələrinə gələrək, cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Fazil İsmayIlov
Xəbər lenti
Hamısına baxDünya
17 May 14:19
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14

