/ / YAP Qaradağ rayon təşkilatı Dövlət Suverenliyi Gününü Laçın, Şuşa və Xankəndi şəhərlərində qeyd ediblər
YAP Qaradağ rayon təşkilatı Dövlət Suverenliyi Gününü Laçın, Şuşa və Xankəndi şəhərlərində qeyd ediblər
20.09.2025 [11:24]
2025-ci il sentyabrın 17-18-də YAP Qaradağ rayon təşkilatının fəalları “Konstitusiya və Suverenlik İli” çərçivəsində 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə Laçın, Şuşa və Xankəndi şəhərlərinə səfər ediblər.
Səfərdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Şəhid ailələrinin üzvləri Fəridə İsamyılova, Gülnarə Eyvazova, Leyla Musayeva, Furuzə Musaoğlu, Gül Musaoğlu, Novruz Əliyev, “Qarabağ Qaziləri” İctimai birliyinin Qaradağ rayon filialının sədri Əvəz İsmayılov, sədr müavini Qafqaz Əhmədov, Qarabağ müharibəsi qaziləri Ələmdar Abdullayev, Bəhrəm Rəcəbli və partiyanın fəalları iştirak ediblər.
YAP rayon təşkilatının sədri Qafar Əliyev rayon təşkilatının qərargahı qarşısında səfər iştirakçılarını salamlayaraq bu tədbirin məqsədi barədə məlumat verib və bildirib ki, indiki vaxt bu tədbirin yerinin Xankəndinə salınmasının əsas məqsədi Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması, həmçinin dövlət başçısının digər Sərəncamına əsasən 20 Sentyabr – Dövlət Suverenliyi Gününün ilk dəfə ölkəmizdə geniş şəkildə qeyd edilməsi və 2023-cü il sentybarın 19-20-də aparılan və cəmi 23 saat ərzində böyük uğurla nəticələnən antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam təmin olunması ilə əlaqədardır.
YAP Qaradağ rayon təşkilatının sədri xüsusi qeyd edib ki, həmin tarix həmçinin 1994-cü il sentyabrın 20-də Ulu öndər Heydər Əliyevin böyük zəhməti nəticəsində imzalanan “Əsrin müqaviləsi” ilə üst-üstə düşür. Dünyanın nəhəng dövlətlərinin böyük şirkətlərinin də qatıldığı bu müqavilənin gətirdiyi iqtisadi dividentlər nəticəsində Azərbaycan sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilib. Ölkə iqtisadiyyatının əldə etdiyi böyük gəlir həm əhalinin rifah halının möhkəmlənməsinə, həm də müasir ordu quruculuğuna mühüm təsir göstərib. Qazanılan bu uğurlar Azərbaycanı yalnız regionun deyil, həm də dünyanın sayılıb- seçilən dövlətlərindən birinə çevirib. Ölkəmizin qazandığı bu böyük uğurlar, bütün sahələrədə aparılan mühüm islahatlara güclü təkan verməklə yanaşı, torpaqlarımızın 30 ilə yaxın davam edən işğalına son qoymağa şərait yaradıb. 2020-ci ilin sentyabrın 27-də başlanan İkinci Qarabağ – Vətən müharibəsi nəticəsində qəhrəman ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində görünməmiş uğura imza ataraq torpaqlarımızı işğalçılardan azad edib.
Daha sonra, YAP Qaradağ rayon təşkilatı sədri Qafar Əliyev xüsusi olaraq vurğulayıb ki, Şəhid ailələrinin və qazilərin nümayəndələrinin bu heyətə daxil edilməsində əsas məqsədlərdən biri də odur ki, onlar şəhidlərin və qazilərin qanı bahasına azad edilmiş torpaqları gəzərək bu ərazilərdə aparılan nəhəng bərpa və quruculuq işləri ilə yaxından tanış olmasına şərait yaradacaq.
Sonra səfər iştirakçıları avtobusla yola düşüblər.
Səfər iştirakçıları əvvəlcə Laçın şəhərinə gedərək füsunkar təbiətə malik olan bu şəhərdə aparılan bərpa və quruculuq işləri ilə tanış olublar. Könüllü kimi qonaqlara bələdçilik edən polis serjantı Nəsimi Salahov onlara şəhərin görməli yerləri, erməni işğalından sonra aparılan böyük tikinti və quruculuq işləri, Dövlət Bayrağı meydanı, Həkəri çayı sahilində quraşdırılmasına başlanan kanat yolu barədə məlumat verib.
Səfərin ikinci günü Şuşa şəhərinə gedən səfər iştirakçıları İsa bulağı, Cıdır düzü, Molla Pənah Vaqivin məqbərəsi, İkinci Gövhər Ağa məscidi və digər tarixi abidələrli ziyarət ediblər.
Həmin gün Xankəndi şəhərinə gedən səfər iştirakçıları qürur və mənəvi iftixar hissləri ilə əsası Qarabağ xanı tərəfindən qoyulan, lakin erməni millətçiləri və daşnakları tərəfindən addım-addım uzun illər ərzində erməniləşdirilərək zəbt edilən bu şəhərin tarixi və görməli yerlərinə baş çəkiblər, aparılan böyük yenidənqurma işləri nəticəsində milli görkəminə qaytarılan doğma torpaqlarımızla tanış olublar.
YAP Qaradağ rayon təşkilatı "Salam Xankəndi" restoranında səfər iştirakçıları üçün "Dövlət Suverenliyi Günü və antiterror əməliyyatının əhəmiyyəti" mövzusunda tədbir keçirib. Orada çıxış edənlər: YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Şəhid ailələrinin üzvləri Fəridə İsamyılova, Leyla Musayeva, Novruz Əliyev, “Qarabağ Qaziləri” İctimai birliyinin Qaradağ rayon filialının sədri Əvəz İsmayılov, Qarabağ müharibəsi qaziləri Ələmdar Abdullayev, Bəhrəm Rəcəbli və başqaları ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun əhəmiyyətindən, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yeridilən xarici və daxili siyasətin uğurlarından, Qarabağda həyata keçirilən böyük quruculuq və bərpa işlərindən, "Böyük Qayıdış Proqramı"nın mərhələli şəkildə həyata keçirilməsindən, ərazilərin minalardan təmizlənməsindən, böyük tünellərin və yolların salınmasından fərəh hissləri keçirmələrindən bəhs ediblər. Onlar bildiriblər ki, YAP Qaradağ rayon təşkilatının bu təşəbbüsü təqdirə layiqdir və gənclərin vətənpərvərlik tərbiyəsi baxımından çox mühüm əhəmiyyətə malikdir. Onlar vurğulayıblar ki, səfər zamanı gürdüklərindən keçirdikləri mənəvi qürur hisslərini sözlə ifadə etmək çətinlik çəkirlər.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

