Azərbaycanın səsi BMT kürsüsündə və gələcəyə çağırış
29.09.2025 [15:54]
BMT Baş Assambleyasının 80-ci sessiyasında cənab Prezident İlham Əliyevin çıxışı Azərbaycanın haqq mübarizəsinin zirvəsi kimi tarixi əhəmiyyət daşıdı. Bu nitq təkcə diplomatik mövqe deyil, həm də xalqımızın otuz illik ədalət savaşının yekunu, Qələbənin fəlsəfəsi və gələcəyə yönəlmiş mesajı idi. Bu həm də ədalətin gecikmiş, amma möhtəşəm qələbəsi kim tarix oldu. Azərbaycan xalqı illərlə beynəlxalq hüququn pozulmasına, BMT qətnamələrinin icra olunmamasına şahidlik etdi. Amma heç vaxt ümidini itirmədi. Cənab Prezident İlham Əliyev bu həqiqəti tribunadan bir daha xatırlatdı: “Otuz ilə yaxın torpaqlarımız işğal altında idi. Təhlükəsizlik Şurasının qətnamələri icra olunmadı. Azərbaycan isə gücü ilə ədaləti bərpa etdi.” Bu sözlər təkcə dövlət başçısının mövqeyi deyil, həm də bir millətin yaddaşıdır. Çünki Azərbaycan Vətənin azadlığı uğrunda canını fəda etmiş qəhrəmanlarının qanı, xalqının iradəsi və ordusunun gücü ilə haqqını bərpa etdi. Beləcə də qələbədən sonra sülh iradəsini ortaya qoydu. Tarix göstərdi ki, Azərbaycan Qələbəni qisasçılıqla deyil, sülh naminə qazandı. Dövlət başçısının “Biz müharibədən dərhal sonra sülh müqaviləsinə hazır olduğumuzu bəyan etdik” sözləri bu siyasətin bariz nümunəsidir.
Ərazi bütövlüyünü və suverenliyini təmin edən Azərbaycan indi regionu əməkdaşlıq məkanına çevirmək yolunda inamlı addımlar atır. ABŞ-da əldə olunan yeni razılaşmalar, Zəngəzur dəhlizinə dair strateji yanaşmalar və enerji diplomatiyası Azərbaycanın gələcəyi necə qurduğunu açıq göstərir. Azərbaycanın mövqeyi təkcə regional deyil, qlobal əhəmiyyət daşıyır. Cənab Prezident İlham Əliyevin “Gəlin, qanunun aliliyinə hörmət edildiyi, ədalətin seçici olmadığı bir dünya quraq” çağırışı BMT kürsüsündən səslənən ən səmimi mesajlardan biri oldu. Bu, həm beynəlxalq təşkilatlara ünvanlanmış xəbərdarlıqdır, həm də bəşəriyyətə edilən dəvət. Çünki Azərbaycan öz təcrübəsi ilə sübut edib ki, yalnız ədalət üzərində qurulan siyasət davamlı sülh gətirə bilər. Bu gün Azərbaycan yalnız işğaldan azad olunmuş Qarabağı və Şərqi Zəngəzuru dirçəltmir, eyni zamanda dünyaya nümunə göstərir. COP29-un uğurlu təşkili, yaşıl enerji layihələrinin genişlənməsi, beynəlxalq nəqliyyat dəhlizlərinin formalaşdırılması Azərbaycanın qlobal liderlik missiyasının tərkib hissəsidir. Cənab Prezidentin sözləri ilə desək, “Azərbaycan indi sülhün, inkişafın və əməkdaşlığın mərkəzinə çevrilir.” Dövlət başçısı açıq şəkildə xatırlatdı ki, “Otuz ilə yaxın müddətdə Azərbaycanın suveren ərazisinin təqribən iyirmi faizi Ermənistanın hərbi işğalı altında qaldı.” Bu, təkcə torpaqların işğalı deyildi, həm də insan talelərinin faciəsi idi – bir milyon azərbaycanlı yurd-yuvasından didərgin düşmüşdü. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kağız üzərində qalmasına baxmayaraq, Azərbaycan xalqı öz gücü ilə ədaləti bərpa etdi. Cənab Prezidentin dediyi kimi, “Azərbaycan isə müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardı. 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad etdi.” Azərbaycan qələbədən sonra revanşizmə deyil, sülhə üstünlük verdi. Cənab Prezident İlham Əliyev bunu da açıq bəyan etdi. Bu siyasət artıq öz bəhrəsini verir. ABŞ-da keçirilən görüşlərdə sülh müqaviləsinin paraflanması və “Tramp Marşrutu” kimi regional layihələrin qəbul olunması yeni tarixi reallığın nümunəsidir. Azərbaycan bir daha sübut etdi ki, gücünə söykənərək haqqı bərpa edib, amma gələcəyi diplomatiya və əməkdaşlıq üzərində qurur. Cənab Prezident çıxışında yalnız region məsələləri ilə kifayətlənməyib, bütün bəşəriyyət üçün əhəmiyyətli mövzulara toxundu. İqlim dəyişikliyi, enerji təhlükəsizliyi, rəqəmsal inkişaf, humanitar yardım – bütün bu sahələrdə Azərbaycan artıq lider mövqeyindədir. COP29-un uğurlu keçirilməsi, “Bakı Maliyyə Hədəfi”nin qəbul edilməsi, yaşıl enerji layihələrinin genişlənməsi Azərbaycanın qlobal gündəmdəki rolunun bariz nümunəsidir. Azərbaycanın səsi bu gün dünya üçün bir çağırışdır: beynəlxalq hüququn seçici tətbiqinə son qoyulmalı, ədalət yalnız sözlərdə deyil, əməli addımlarda təmin edilməlidir. Cənab Prezidentin vurğuladığı kimi, “Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi bir dünya quraq.” Azərbaycan xalqı BMT kürsüsündən də səsini ucaldaraq bütün dünyaya bir həqiqəti xatırladır: ədalət gec gələ bilər, amma mütləq gələr. Və bu ədaləti Azərbaycan öz gücü ilə gətirdi. Bu gün dünya gördü ki, Azərbaycan diplomatiyası artıq regionun taleyini dəyişən, qlobal proseslərə istiqamət verən bir gücdür.
David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

