Zəfər ruhu – gələcəyə inam
06.10.2025 [17:25]
4 oktyabr tarixi Azərbaycan tarixində əlamətdar günlərdən biri kimi qalacaq. 2020-ci ilin məhz bu günündə Vətən müharibəsinin ilk günlərində Azərbaycan Ordusu Cəbrayıl şəhərini və bir sıra kəndləri işğaldan azad etdi. Bu, illərlə həsrətində olduğumuz torpaqlara doğru atılan ilk böyük addımlardan biri oldu. Cəbrayılın azadlığı xalqımızın yaddaşında həm hərbi, həm mənəvi, həm də tarixi baxımdan böyük dönüş nöqtəsi kimi qalır.
Cəbrayıl rayonu 1993-cü ilin avqust ayında Ermənistan tərəfindən işğal olunmuşdu. Otuz ilə yaxın müddətdə bu torpaqlarda nəinki həyat izləri, hətta tariximizin izləri belə silinməyə çalışıldı. Min illik abidələr, kəndlər, qəbiristanlıqlar, məktəblər, evlər dağıdıldı. Lakin xalqımız bu torpaqlardan heç vaxt vaz keçmədi. “Qarabağ Azərbaycandır!” deyimi ilə başlayan milli həmrəylik 2020-ci ilin sentyabrında real hərbi gücə çevrildi və qısa müddətdə öz bəhrəsini verdi.
4 oktyabrda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Cəbrayıl şəhərini işğaldan azad etdiyini elan etdi. Bu xəbər ölkənin hər yerində böyük sevinc və qürur hissi ilə qarşılandı. Eyni zamanda bu qələbə düşmənə bir mesaj oldu: Azərbaycan xalqı heç bir torpağını itirməyə razı deyil və öz suverenliyini tam bərpa etmək əzmindədir.
Bu gün Cəbrayıl torpağında yenidən həyat qaynayır. Böyük Qayıdış proqramı çərçivəsində artıq bölgəyə ilk köçlər başlayıb. Dövlətin dəstəyi ilə infrastruktur layihələri həyata keçirilir, müasir yollar, məktəblər, xəstəxanalar, ictimai binalar inşa olunur. Cəbrayıl təkcə bir rayonun adı deyil o, həm də bir xalqın əzmi, dözümü və qələbəyə olan inancının simvoluna çevrilib.
Tarixi zəfər günü olan 4 oktyabr həm də şəhidlərimizin qanı ilə yazılmış bir tarixdir. Bu torpaqların azadlığı uğrunda canından keçən hər bir qəhrəmanın xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. Onların göstərdiyi şücaət sayəsində bu gün biz Cəbrayıla azad şəhər kimi baxırıq və orada həyatın yenidən canlandığını görürük.
Cəbrayılın bugünkü inkişafı, oraya qayıdan hər bir ailənin sevinci, uşaqların məktəb zəngi ilə açılan səhərləri bütün bunlar Vətən müharibəsinin gətirdiyi qələbənin canlı sübutlarıdır. Cəbrayıl yenidən doğulur və bu dirçəliş Azərbaycanın hər bir vətəndaşı üçün qürur mənbəyidir.
4 oktyabr sadəcə bir tarix deyil, bir xalqın birliyinin, ordusunun gücünün, rəhbərliyinin qətiyyətinin və şəhidlərinin qəhrəmanlığının zirvəyə çatdığı gündür. Bu gün hər birimizin yaddaşında əbədi qalacaq. Cəbrayılın Zəfər günü münasibətilə xalqımızı təbrik edir, şəhidlərimizi ehtiramla anır, bu torpaqlarda qurulan sabaha böyük ümidlə baxırıq.
Cəbrayılın Zəfər Günü mübarək olsun!
Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21

