“Konstitusiya və Suverenlik ili” çərçivəsində inşa yazı müsabiqəsinə start verilib
07.10.2025 [12:59]
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının 28 dekabr 2024-cü il tarixli müvafiq sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması, həmçinin Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 5 illiyi münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və “Caspel” MMC tərəfindən birgə inşa yazı müsabiqəsinə start verilib.
Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyinin tam bərpa edildiyini, bu qələbənin hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu vurğulayıb. O qeyd edib ki, “Konstitusiya və Suverenlik ili” çərçivəsində keçirilən bu müsabiqə gənclərin milli dəyərlərə, dövlətçiliyə və Vətənə sədaqət ruhunda formalaşmasına mühüm töhfə verəcək.
YAP Nəsimi rayon təşkilatının C.Xəndan küçəsi 50b üzrə Ərazi Partiya Təşkilatının sədri,“Caspel” MMC-nin İdarə Heyətinin sədri Ceyhun Quliyev öz çıxışında şirkətin sosial məsuliyyət layihələri çərçivəsində daim gənclərin bilik və yaradıcılıq potensialının dəstəklənməsinə önəm verdiyini bildirib. O vurğulayıb ki, belə təşəbbüslər gənclərin cəmiyyətin inkişafında fəal iştirakına şərait yaradır.
YAP Nəsimi rayon təşkilatının Ənvər Qasımzadə 14 (ATU) üzrə Ərazi Partiya Təşkilatının sədr müavini Sərdar Əliyev isə qeyd edib ki, müsabiqə gənclərin dövlətçilik və vətənpərvərlik duyğularını gücləndirməklə yanaşı, onların intellektual səviyyəsini və analitik düşüncə qabiliyyətini artırmaq baxımından da mühüm əhəmiyyət daşıyır.
Müsabiqədə Nəsimi rayonu üzrə 7 ali təhsil müəssisəsini təmsil edən 78 nəfər əlaçı tələbə iştirak edib.
Tədbirin əsas məqsədi gənclərin dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyə olunması, onların intellektual və yaradıcı potensialının üzə çıxarılması, eləcə də Azərbaycanın tarixi Qələbəsinin əhəmiyyətinin daha geniş auditoriyaya çatdırılmasıdır.
Müsabiqə çərçivəsində iştirakçılar aşağıdakı 6 istiqamətdə mövzular üzrə mübarizə aparırlar:
1) “Azərbaycan Konstitusiyası – dövlətimizin suverenliyinin və vətəndaşlarımızın hüquqlarının təminatçısı”
2) “İşğaldan azad olunmuş torpaqlarda sahibkarlığın inkişafı – milli iqtisadiyyatın yeni mərhələsi”
3) “Müzəffər Ali Baş Komandan İlham Əliyev – tarixi Qələbəmizin memarı”
4) “Şanlı Zəfərimizin 5 ili: qəhrəmanlıq ənənələrinin gənc nəsillərə ötürülməsi”
5) “Suverenlik və Zəfər ruhunda yetişən gənclik – Azərbaycanın gələcəyi”
6) “Zəfərdən sülhə: Azərbaycanın beynəlxalq nüfuzunun artmasında dövlətçilik və suverenlik prinsipləri”
Bu təşəbbüs gənclərin milli dəyərlərə, müstəqilliyə və dövlət suverenliyinə bağlılığını daha da möhkəmləndirməklə, onların ictimai fəallığının artırılmasına xidmət edir.
Qeyd edək ki, inşa müsabiqəsinin nəticələri 8 noyabr 2025-ci il yəni Zəfər günü ərəfəsində elan ediləcəkdir.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

