/ / Prezident İlham Əliyev və Sercio Mattarellanın görüşü – Azərbaycan-İtaliya münasibətlərində yeni strateji mərhələ
Prezident İlham Əliyev və Sercio Mattarellanın görüşü – Azərbaycan-İtaliya münasibətlərində yeni strateji mərhələ
08.10.2025 [12:24]
Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının Prezidenti Sercio Mattarella arasında baş tutan görüş iki ölkə arasında münasibətlərin inkişafında mühüm siyasi hadisə kimi tarixə düşdü. Görüş zamanı dövlət başçıları Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinin uğurlu inkişafından, qarşılıqlı etimadın və dostluğun daha da möhkəmlənməsindən məmnunluq ifadə etdilər.
Prezident İlham Əliyev bəyanatında bildirdi ki, İtaliya Azərbaycanın Avropadakı ən yaxın tərəfdaşlarından biridir və bu əməkdaşlıq uzun illərin sınağından keçərək real nəticələr vermişdir. İki ölkə arasında enerji, sənaye, nəqliyyat, mədəniyyət və təhsil sahələrində imzalanmış çoxsaylı sazişlər bu münasibətlərin dərin köklərə malik olduğunu təsdiqləyir.
Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlıq bəyannamələri münasibətlərimizin möhkəm hüquqi bazasını təşkil edir. Ölkələrimizi birləşdirən əsas sahələrdən biri enerji əməkdaşlığıdır. Azərbaycan qazının Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə İtaliyaya və Avropaya nəql olunması iki dövlətin siyasi iradəsinin, qarşılıqlı etimad və dostluq əlaqələrinin bariz göstəricisidir. Prezident İlham Əliyev qeyd etdi ki, bu layihə təkcə enerji deyil, həm də regional təhlükəsizlik və iqtisadi inteqrasiyanın əsas dayaqlarındandır.
Görüş zamanı həmçinin təhsil və mədəni əməkdaşlığın önəmi vurğulandı. Prezident İlham Əliyev İtaliya-Azərbaycan Universitetinin açılışını xüsusi qeyd edərək bildirdi ki, bu ali təhsil ocağı iki ölkə arasında dostluğun, mədəni yaxınlığın və gələcək nəsillər üçün elmi körpünün simvoluna çevriləcək. Bu universitet, eyni zamanda, Avropa ilə Azərbaycanın elmi-humanitar sahədə inteqrasiyasına yeni imkanlar açır.
İtaliya Prezidenti Sercio Mattarella çıxışında Azərbaycanın regionda oynadığı mühüm rolu yüksək qiymətləndirdi. O qeyd etdi ki, ölkələrimiz arasında əlaqələr qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslanır. Prezident Mattarella vurğuladı ki, İtaliya Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafını daim dəstəkləyib və bu istiqamətdə əməkdaşlığın daha da genişlənəcəyinə əmindir.
Bəyanatlarda xüsusi olaraq qeyd olundu ki, Azərbaycan və İtaliya münasibətləri yalnız iqtisadi maraqlarla məhdudlaşmır, eyni zamanda sülh, sabitlik, mədəni əməkdaşlıq və qarşılıqlı etimad üzərində qurulub. Bu əlaqələr Avropa ilə Asiya arasında körpü rolunu oynayan Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır.
Prezident İlham Əliyev çıxışının sonunda vurğuladı ki, qarşıdakı illərdə iki ölkə arasında yeni layihələrin icrası, iqtisadi və texnoloji əməkdaşlığın genişləndirilməsi, eləcə də “yaşıl enerji” və innovativ inkişaf sahələrində birgə fəaliyyət planlaşdırılır.
Bu səfər və mətbuata verilən bəyanatlar göstərdi ki, Azərbaycan və İtaliya münasibətləri etimada, dostluğa və qarşılıqlı maraqlara əsaslanan strateji tərəfdaşlıq modelidir. Bu əməkdaşlıq regionda sülhün və sabitliyin qorunmasına, eləcə də hər iki xalqın rifahının yüksəldilməsinə xidmət edir.
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxAnalitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38

