Füzulinin Zəfər Günü – Prezident İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsi
16.10.2025 [17:45]
Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılan 17 oktyabr – Füzuli şəhərinin azad olunduğu gün, müasir tariximizin ən qürurlu səhifələrindən biridir. Bu tarix, təkcə bir şəhərin azadlığı deyil, həm də Azərbaycanın milli iradəsinin, Prezident İlham Əliyevin qətiyyətli liderliyinin, xalq–ordu birliyinin təntənəsidir.
Uzun illər ərzində düşmən tapdağı altında qalan, viran edilən Füzuli torpaqlarına 2020-ci ilin payız günündə azadlıq nəfəsi doldu. Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsi zamanı Azərbaycan Ordusu “Dəmir yumruq” birliyini nümayiş etdirərək Füzulini düşmən işğalından azad etdi. Füzuli uğrunda döyüşlər təkcə hərbi deyil, həm də mənəvi qələbə idi – çünki bu torpaqlar bizim milli kimliyimizin, mədəni irsimizin ayrılmaz parçasıdır. Füzulinin azadlığı ilə başlayan yeni dövr bu gün yenidənqurma, dirçəliş və qürur dövrüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramı Füzulini cənnətə çevirir. Müasir infrastruktur, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, Füzuli Beynəlxalq Hava Limanının inşası, yeni yollar, məktəblər, xəstəxanalar – bütün bunlar dövlət başçısının “işğaldan azad olunmuş torpaqlarımız əvvəlkindən də gözəl olacaq” vədinin real təcəssümüdür.
Bu gün Füzuli artıq qürur mənbəyidir – həm azadlığına qovuşduğu, həm də sürətlə dirçələn ilk şəhərlərdən biri kimi. Cənab Prezidentin iradəsi ilə bu torpaqlarda həyata keçirilən quruculuq işləri bir daha göstərir ki, Azərbaycanın hər qarışı dövlətimizin diqqət mərkəzindədir. Bu, ölkə rəhbərinin uzaqgörən siyasətinin, xalqına və Vətəninə sonsuz məhəbbətinin nəticəsidir. Biz fəxr edirik ki, bu zəfərlərin arxasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, milli birliyimiz və dövlətçilik ideallarımız dayanır. Partiyamızın hər bir üzvü bu siyasətin dəstəkçisi olmaqla yanaşı, onun həyata keçirdiyi islahatların, quruculuq prosesinin fəal iştirakçısına çevrilməyi öz borcu bilir.
17 oktyabr – Füzuli şəhərinin azadlığı günü bizə bir daha xatırladır ki, güclü lider, güclü dövlət və xalq birliyi varsa, heç bir ədalətsizlik əbədi ola bilməz. Bu gün Füzuli torpağında yüksələn hər bina, əkilən hər ağac, açılan hər məktəb Azərbaycan xalqının iradəsinin, Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin canlı təntənəsidir.
Səfa Ağayev
YAP İmişli rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21

