Qubadlının azad edilməsi tarixi Qələbəmizi yaxınlaşdırdı
24.10.2025 [23:47]
25 oktyabr tarixi Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılmış şanlı Qubadlı Şəhəri Günüdür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci il Vətən müharibəsində 27 illik işğala son qoyaraq, məhz bu tarixdə Qubadlı şəhərini işğalçılardan azad etdi. Bu tarixi Qələbə, Azərbaycanın ərazi bütövlüyünün bərpasında mühüm strateji əhəmiyyətə malik oldu.
Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal nəticəsində rayonun 94 yaşayış məntəqəsi, on minlərlə vətəndaşımız doğma yurdlarından didərgin düşmüş, rayonda olan yaşayış evləri, inzibati binalar, sosial və mədəniyyət obyektləri, o cümlədən tarixi abidələr və məscidlər dağıdılmış, talan edilmişdi. Otuz ilə yaxın müddətdə Qubadlı və onun ətrafı dağıntıya məruz qalmış, qanunsuz məskunlaşma halları baş vermişdi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Cəbrayıl və Zəngilan istiqamətlərində aparılan uğurlu döyüş əməliyyatlarından sonra Azərbaycan Ordusu Qubadlı rayonu ərazisinə daxil oldu. Şəhər və ona hakim olan strateji yüksəkliklər düşmənin güclü istehkamları ilə müdafiə olunsa da, Azərbaycan əsgəri misilsiz peşəkarlıq və fədakarlıq göstərdi. Bir neçə gün davam edən gərgin döyüşlərdən sonra, 25 oktyabr 2020-ci ildə Qubadlı şəhəri tamamilə işğaldan azad edildi. Şəhərin azad edilməsi, Laçın dəhlizinə nəzarətin güclənməsi və Şuşa istiqamətindəki əməliyyatların uğurla davam etdirilməsi baxımından mühüm hərbi-strateji əhəmiyyət daşıyırdı.
Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 oktyabr tarixi Qubadlı Şəhəri Günü kimi rəsmiləşdirilmişdir. Həmçinin, Vətən müharibəsində Qubadlının azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilmişlər.
Hazırda Qubadlıda genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir. "Ağıllı kənd" və "Ağıllı şəhər" konsepsiyaları əsasında inşaat işləri davam edir, yeni yol və infrastruktur layihələri icra olunur. Bütün bu işlər Qubadlı sakinlərinin doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışını təmin etmək məqsədi daşıyır.
25 Oktyabr - Qubadlı Şəhəri Günü təkcə hərbi qələbənin deyil, həm də Azərbaycanın sarsılmaz iradəsinin, milli birliyinin və bərpa edilən ədalətin təntənəsidir. Qubadlı həm də Şərqi Zəngəzur iqtisadi rayonunun bərpası və inkişafında, eləcə də Zəngəzur dəhlizinin açılması perspektivlərində strateji rol oynayan əsas məntəqələrdən biridir.
Lalə İskəndərova,
YAP Qusar rayon təşkilatının fəal üzvü
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

