Sabunçu rayonunda Vətən müharibəsi şəhidlərinin anım tədbirləri davam edir
24.10.2025 [15:48]
Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Səmədov Məhərrəm Elxan oğlu və Əliyev Bəhruz Elman oğlunun anım tədbirləri keçirilib.
Anım tədbirlərində YAP Sabunçu Rayon Təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Elvin Şiriyev, Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov, məktəbli şagirdlər və şəhidlərin ailə üzvləri iştirak ediblər.
Qeyd edək ki, Səmədov Məhərrəm 2001-ci il martın 27-də ildə Bakı şəhərində anadan olub. Orta təhsilinə Sabunçu rayonu, Maştağa qəsəbəsi 209 nömrəli orta məktəbdə başlayıb. Daha sonra Xəzər rayonu, Binə qəsəbəsində yerləşən peşə məktəbində təhsilini davam etdirib. İkinci Vətən Müharibəsində Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Əliyev Bəhruz 24 oktyabr 1997-ci ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Sabunçu rayonu, Maştağa qəsəbəsindəki C.Cabbarlı adına 187 nömrəli tam orta məktəbin 1-ci sinfinə gedib. 9 illik təhsilini başa vurduqdan sonra təhsilini Maştağa qəsəbəsindəki 13 saylı Bakı Peşə Məktəbində davam etdirib. 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə qoşulub. Sentyabrın 28-də şəhidlik zirvəsinə ucalıb. Maştağa qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21

